Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- ________________ Reyhan M i r z ə z a d ə _____________ so 236 ca
- A B Ş - İN İLK PREZİDENTİ “Ü m id v a ra m ki, səm im iliyi qoruyub saxlam aqda
- _______________ Reyhan Mirzəzadə, ______________ _ so 238 oa
- ________________ Reyhan Mirzəzadə _________________ ю 240 оз
- _______________ Reyhan M ir z ə z a d ə ______________ “Azad Azərbaycan” qəzeti, 18 fevral 2005-ci il so 242
- _______________ Reyhan Mirzdzadə ________________ so 244 оз
- Azərbaycançılıq из vstənpərvərlik mdfkur3si_ ___ so 245
________________ Reyhaı. iYdirs:zadə ______________ _ ю 234 oa 14 metr olan bir qala tikilmişdir ki, buna “Qız qalası” deyilir. Qaflantıda Qız körpüsünün sağ sahilində Şah Abbas karvansarası adlanan bir bina var ki. Bu, Miyana ətrafında olan iki karvansaradan biridir. Tarixçilərin və xalqın dediyinə görə, Səfəvilər sülaləsinin beşinci şahı, I Şah Abbas hakimiyyəti tabeliyində olan ərazidə İraq və Xorasandan Tiflisə qədər 999 karvansara tikdirmişdi. Həmin karvaransaralardan ikincisi Miyanadan 30 kilometr aralı Camalabad kəndindədir. XV-XVI əsrlərdə Səfəvilərin hakimiyyəti zamanı İran memarlıq və incəsənəti özünün ən yüksək zirvəsinə çatmış, iranın çoxəsrlik mədəniyyətinin ən parlaq səhi fələrini təşkil etmişdir. İsfahan və eləcə də ölkənin digər yerlərində o dövrdə inşa edilmiş inzibati, ictimai, dini və s binaların tərtibatı mütəxəssislər tərəfindən yüksək qiy mətləndirmişdir. XI əsr İran müəllifi Nasir Xosrovun yazılarında göstərilir ki, İsfahanın havası gözəldir, çoxlu arxları var, şəhər abaddır, indiki İsfahan şəhəri Səfəvi şahlarının tikililəri ilə tanınır. Şah Abbas hökmdarlığının (1587-1628) ilk illərindən Səfəvi şahlığının paytaxtı Qəzvindən İsfa hana köçürülmüş, qısa bir zaman içində bu kiçik şəhərcik parlaq və dəbdəbəli şəhərə çevrilmişdi. Deyilənə görə, bu dövrdə bir milyon nəfərə yaxın əhalisi olan İsfahanda 162 məscid, 48 mədrəsə, 1800 karvansara, 273 hamam varmış. Gözəl bağlar, geniş xiyabanlar, dəbdəbəli saraylar, gümbəzləri alışıb yanan məscidlər İsfahanı dillər əzbəri etmiş, onu əzəmət və şöhrət simvoluna çevirmişdi. XII əsrdə İsfahanda olmuş italyan səyyahı Petro Della Valle bu şəhər haqqındakı xatirələrində yazmışdı ki, şəhərin baş küçəsində dörd gözəl bağ yerləşir. Bura Çaharbağ adlanır. Hezar-Carib adlı park isə bu küçənin qurtaracağında salınmışdır, italiyalının yazdığına ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ sm 235 саз görə, Çaharbağ şaha məxsus imiş və gözəlliyinə görə öz dövrünün Roma, Neapol, Genuya və s şəhərlərinin baş küçələrini kölgədə qoyurmış. 1616-cı ildə İsgəndər bəy Türkmənin yazdığına görə, İsfahanda abadlıq işləri başlayarkən ilk növbədə Şah Abbasın yaşadığı “Nəqşi-Cahan” adlı (1597-1617-ci illərdə Teymurilər dövründə belə adlanırdı) sarayın ətra fında yeni, gözəl binalar tikilir. Sonralar bu yer Şah mey danına çevrilir. Uzunluğu 512 metr, eni 159 metr olan Şah meydanı iri düzbucaqlı şəklindədir. Şəhərin baş Məscidi olan Şah məscidi cənub, Şeyxlütfülla məscidi şərqdə meydana birləşir. Şah məscidi əsl sənət incisidir. Bu məscidi bədii dolğunluğuna görə İran məscidlərinin şahı sayırlar. Məs cidi 1611-ci ildə memar Əbdülkazım tikməyə başlamış, 1638-ci ildə memar Ələkbər tamamlamışdır. Məscidin memarlıq bəzəyində təbrizli xəttatlar Əli Rza Abbasi, Əbdülbağı və Abdulla iştirak etmişlər. Hündürlüyü 50 metrdən artıq olan bu binanın giriş darvazaları qiymətli metallarla-qızıl, gümüşlə, tacı isə qlazurla bəzədilmişdir. Şah məscidinin günbəzi İranın ən iri günbəzlərindən biridir və İsfahanın hər yerindən görünür. Günbəzin bayır üzü füruzəyi rəngdədir. Dünyanın məşhur memarlıq ansamblları içərisində yüksək yeri olan İsfahan Şah meydanı estetik konsep siyaları, memarlıq prinsipləri ilə Avropa ansambllarından seçilir. 1638-ci ildə Ser Tomas Herbert Şah meydanını London və Parisdəki Kral meydanları ilə müqayisə edib göstərir ki, İsfahan meydanı onlardan altı dəfə böyükdür. Ondan 300 il sonra fransız tədqiqatçısı A.Qodar yazmış- dır:“Əgər planın xətlər, kütlələr, görünüşlər və nəhəng perspektivlərlə birliyini desək, bu, əla konsepsiya Versaldan yarım əsr qabaq doğulub”. ________________ Reyhan M i r z ə z a d ə _____________ so 236 ca İranın qədim şəhərlərindən biri olan Marağa ölkənin qərbində, Səhənd dağının cənubunda yerləşir. “Marağa” sözünün mənası “otlaq yeri" deməkdir. Marağa bağ-ba- ğatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mər məri ilə də böyük şöhrət qazanmışdır. Keçmiş əsrlərin yadigarı, dünyanın hər zaman diq qət mərkəzində olan Marağa rəsədxanası 1259-1261-ci ildə yaradılmışdır. Rəsədxana Misirdən Çinə qədər geniş bir ərazinin görkəmli alimlərini öz ətrafına toplayaraq, həmin dövrün bütün elmləri ilə məşğul olduğu üçün, bir növ akademiyanı əvəz edirdi. Rəsədxana haqqında mə lumat verən əsərlərdə qeyd olunduğuna görə, onun me marı Fəxrələddin Əhməd ibn Osman Mərağeyi olmuşdur. Həmin dövrdə rəsədxanada planetlərin şəkilləri, dairələr, 12 bürcün təsviri, yer üzünün, adalar və də nizlərin xəritəsi, coğrafi en və uzunluq ölçülərinin olduğu müəyyənləşdirilmişdir. Təxminən 52 il fəaliyyət göstərən Marağa rəsədxanası 600 ildən sonra, XIX əsrin orta larında tədqiq olunmağa başlanılmışdır. Rəsədxanada işləmiş alimlərin sayı haqqında hə ləlik dəqiq məlumat yoxdur. Lakin “Rövzətüssəfa”nın mü əllifi Əbqa xan tərəfindən Xacə Nəsirəddinin şagirdlərin dən yüz nəfərinin mükafatlandırılması barədə məlumat verilir. İranın, haqqında yazılası tarixi və memarlıq abidə lərinin sayı çox, mədəni irsi isə zəngindir. Hələ çox-çox tədqiqatçılar, yazarlar bu mövzuya müraciət edəcək, yeni-yeni məlumatları oxucuların, xalqın diqqətinə çatdı racaqlar. Sağlıq olsun! ____ Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ “Azad Azərbaycan”qəzeti, 30 mart 2004-cü il. so 237 ca A B Ş - İN İLK PREZİDENTİ “Ü m id v a ra m ki, səm im iliyi qoruyub saxlam aqda s a rs ılm a z və b ə s q ə d ə r d ö zü m lü o lacağ am . Bu, yüksək titullar için d ə ən qibtə edilənidir". Corc Vaşinqton 22 fevral amerikalıların milli bayramıdır. Çünki Ame rika dövlətçiliyinin əsasını qoyan 1732-ci ilin bu gü nündə dünyanın məşhur dövlət xadimi, böyük siyasətçisi və ölkənin ilk Prezidenti olan Corc Vaşinqton doğulub. Corc Vaşinqtonun atası, varlı pansion sahibi olan Avqustin ilk dəfə 1715-ci ildə, 21 yaşında evlənir. Bu nikahdan onun Lourens, Avqustin adlı iki oğlu, Ceyn adlı bir qızı doğulur. 1729-cu ildə həyat yoldaşı vəfat edəndən sonra Avqustin uşaqlarını da götürüb İngiltərəyə gəlir. Lakin burada ona daha bir bədbəxtlik üz verir. O, yaralanır və dostunun evində qalıb uzun müddət müalicə olunur. Avqustin burada Amerikadan qohumlarıgilə qonaq gəlmiş iyirmi yaşlı Meri ilə tanış olur. Qız ona mərhəmətlə yanaşır, qulluq göstərir, qayğısına qalır. Onlar bir-biri lərinə isinişir və aralarında dərin məhəbbət yaranır. Üç ildən sonra Avqustin Meri ilə evlənir və onu Amerikaya, Virciniyaya gətirir. Oğlanları isə İngiltərədə qalır, qızı Ceyn xəstəlikdən vəfat edir. 1732-ci ilin 12 ( köhnə təqvimlə) fevralında onların bir oğlu doğulur. Corcdan sonra ailədə daha beş övlad dünyaya gəlir. Corc on bir yaşında olanda atasını itirir və bir necə ildən sonra ögey qardaşı Lourensin dəvəti ilə Maunt - Vernon şəhərinə gedir. _________________Reyhan_Mirzəzadə,___________________so_238__oa'>_______________ Reyhan Mirzəzadə, ______________ _ so 238 oa 21-22 yaşında Virciniya milis dairələrindən birinə komandirlik edir, 1759-cu ildə polkovnik rütbəsində istefaya çıxır. Həmin il Marta Kastis adlı ağıllı, zəngin bir xanımla ailə qurur. Həyat yoldaşı Corcun dayağına, əsl silahdaşına çevrilir. On beş il Virciniya qanunvericilik məclisinin deputatı olan Corc Vaşinqton, 1775-ci ildə üsyançı ordunun baş komandanı seçilir və nizami ordu yaratmağa nail olur. XVI əsrdə avropalılar gələnədək ABŞ-ın indiki əra zisində hindular və eskimoslar yaşayırdı. XVII-XVIII əsr lərdə İngiltərə, Hollandiya, Fransa, İspaniya işğal hesa bına Şimali Amerikadakı ərazilərini xeyli genişləndirmişdi. Amerikada azadlıq, torpaqların işğaldan xilas edil məsi uğrunda mübarizə başlamışdı. Bu mübarizənin başında Corc Vaşinqton dayanırdı. 1776-cı ilin qışı, Milad ərəfəsi idi. Kontinental Ordu nun (Vaşinqton bu ordunun komandanı idi) ac-yalavac, minlərlə döyüşçüsü yorulub silahı yerə qoymaq istəyirdi. Uğradıqları məğlubiyyətlərdən sonra çoxları ruhdan düşmüş, Amerika inqilabını bitmiş hesab edirdi. Bütün var-dövlətini xalqın azadlığı uğrunda sərf edərək, ko mandanlığı öz üzərinə götürmüş Vaşinqton da vəziyyətin ağırlığından xəbərdar idi. 1775 - 1783-cü illərdə Corc Vaşinqton partizan dəstələri ilə birlikdə İngiltərənin qoşunlarını məğlubiyyətə uğradır. ABŞ və İngiltərə arasında Parisdə Versal sülh müqaviləsi imzalanır. Müqaviləyə görə, İngiltərə ABŞ-ı müstəqil və suveren dövlət kimi tanıyır. İngiltərə gələcək də ona heç bir iddia irəli sürülməyəcəyinə təminat verir. Artıq Vaşinqtonun Prezident olacağı heç kimdə şübhə doğurmurdu. Hətta 1788-ci il 4 iyul Konstitusiya bayramı şənliklərində də “Vaşinqton - Prezident!” kimi şüarlar səsləndirilirdi. Nəhayət, 1789-cu il fevralın 4-də ____ Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 239 oa keçirilən Prezident seçkilərində Corc Vaşinqton ABŞ-ın ilk Prezidenti seçilir. O, Seçicilər Kollegiyasında səslərin 100 faizini qazanmış yeganə ABŞ Prezidenti kimi tarixə düşür. Onun Maunt Vernondan Nyu-Yorka gəlişi bayram kimi qeyd olunur. Vaşinqton 30 aprel 1789-cu ildə inau- qurasiya (andiçmə) nitqi söyləyir. İlk ABŞ Konqresi Vaşinqtona ildə 25 min dollar (o dövrə görə bu, böyük məbləğ idi) maaş verilməsinə qərar çıxarır. Buna baxmayaraq, o, maddi vəziyyəti yaxşı oldu ğu üçün bu maaşdan imtina edir.Lakin bu addım gələ cəkdə yalnız varlıların Prezident kürsüsü tutmasına ənə nə ola bilərdi. Buna görə, o, maaş almağa razılıq verir. Cəmiyyətdəki nüfuzuna baxmayaraq, o, ikinci dəfə Prezident seçilmək istəmirdi. Maunt Vernona qayıdıb sakit həyat sürmək onun başlıca arzusu idi. Lakin na zirlər onu yenidən Prezident görmək istəyirdilər. Vaşinqtonun ikinci prezidentlik dövründə Avropada müharibələr səngimək bilmirdi. Prezident var qüvvəsi ilə ABŞ-ı bu müharibələrdən kənarda saxlamağa çalışırdı. Tərəfdarlarına isə birmənalı şəkildə bildirmişdi ki, növbəti Prezident seçkilərində iştirak etməyəcək. Bəzi düzəlişlərlə hazırda qüvvədə olan ABŞ Kons titusiyası Corc Vaşinqtonun sədrliyi ilə hazırlanmışdı. Vaşinqton eyni zamanda ABŞ-da ikipartiyalı sistemin ya radıcısı idi. İndi ölkə paytaxtında ABŞ-ın ilk Prezidentinin şərə finə ucaldılmış abidə və Kapitoli şəhərin hər yerindən görünür. Konqresin qəbul etdiyi qanuna əsasən, pay taxtda bu iki tikilidən hündür bina inşa edilməsinə icazə verilmir. Amerikalılar ilk Prezidentlərinə və demokrati yaya hüsn-rəğbətlərini ifadə edirlər. 1790-cı ildə yeni paytaxtın salınması üçün Potomak çayı sahilindəki yeri də Vaşinqton seçmişdi. Şəhər əvvəl ________________ Reyhan Mirzəzadə _________________ ю 240 оз lər onun şərəfinə Corctaun, sonra isə Vaşinqton adlan dırıldı. Vaşinqtonda hündür evlər, göydələnlər yoxdur. Şəhərin planını dövlət xadimi T. Ceffersonun iştirakı ilə fransız mühəndisi P. Lanfan hazırlayıb. Evlər bir-birindən aralı, küçələr olduqca genişdir. Şəhərdə çoxlu park var. Kapitoli Amerika Konqresinin binasıdır. Bu möhtə şəm bina memarlar Tornton, Latrob və Volterin layihəsi ilə 72 ilə tikilib. Daim diqqətdə olan məşhur Ağ Evin də daxili quruluşu oranı ziyarət edənləri heyran qoyur. Ağ Evdə ən böyük zal Şərq zalıdır. Burada müxtəlif tədbirlər-təntənəli qəbullar, ballar, mərasimlər keçirilir, konsertlər təşkil olunur. Prezident bəzən Konqresin təs diq etdiyi qanunları da burada imzalayır. Bu zaman onu həmin qanun layihəsinə səs vermiş Konqres üzvləri əhatə edirlər. Prezident qızları Nelli Qrant, Alisa Ruzvelt və Linda Consonun toyları burada olub. Prezidentlərdən Uilyam Makkinili və Con Kennedinin cənazələri vida məra simində Şərq zalında qoyulub. Avraam Linkoln, Franklin Ruzvelt və başqa Prezidentlərin matəm mərasimi həmin zalda keçirilib. Corc Vaşinqtonun rəssam Hilbert Stüart tərəfindən çəkilmiş portreti də Şərq zalında asılıb. 1914-cü ildə ingilislər Ağ evi yandıranda Prezident Ceyms Medisonun həyat yoldaşı Dolli Medison həmin portreti çətinliklə xilas edə bilib. Ağ Evin Qızıl, Büllur, Yaşıl, Mavi, Qırmızı adlı qonaq otaqlarının, kitabxanasının, diplomatik qəbul, təntənəli ziyafət zallarının hər biri özünəməxsusluğu ilə seçilir. Məsələn, Ağ Evin kitabxanasında asılan təkrarsız çilçıraq əvvəllər yazıçı Fenimor Kuperin ailəsinə məxsus olub. Yaşıl qonaq otağına sərilmiş türk xalçası bən zərsizliyi, gözəl ilməli naxışları ilə gələnləri heyran edir. ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ ю 241 оз Prezident Qrover Klivlendin toyu Mavi zalda keçi rilib. Bu, Ağ Evdə təşkil edilmiş yeganə Prezident toyu olub. Amerika tarixinin ən böyük hadisələrinin şahidi olmuş Ağ Ev əvvəllər “Prezident Evi”, “Prezident Sarayı” adlanıb. Bu bina da 1792-ci ildə Corc Vaşinqtonun seç diyi yerdə tikilib. Binanın memarı əslən irlandiyalı olan Ceyms Hobandır. ingilislər yandırandan sonra çölü ağ rəngləndiyi üçün binaya Ağ Ev adı verilib. Sonralar bina dəfələrlə təmir edilib, ona yeni tikililər əlavə olunub. Gü nəş enerjisi ilə qızdırılan Ağ Ev gözəl parkla əhatələnib. Parkda tarixi abidə kimi qorunub saxlanılan bir çox nadir ağac növləri var. Prezidentlərdən Endrü Ceksonun əkdiyi maqnoliya, Con Adamsın əkdiyi Amerika qarağacı da tarixin ağaclaşmış şəklidir. Jaklin Kennedi bağı par kın gözəl guşələrindən biridir. 1800-cü ildə Ağ Evə ilk dəfə Amerikanın ikinci Prezidenti Con Adams öz arvadı ilə qədəm qoyub. Tən tənəli ziyafətlər zalında, mərmər lövhədə Ağ Evin ilk sakininin bu sözləri həkk olunub:“Dua edirəm ki, Allah bu Evdən və burada yaşayanlardan öz mərhəmətini əsir gəməsin. Qoy, bu damın altında yalnız vicdanlı və müdrik adamlar hökm versinlər”. Ağ Evin devizi budur. Gözəl devizdir. Bu, həm də 281 yaşlı böyük şəxsiyyətin Corc Vaşinqtonun ideyalarına və ruhuna verilən qiymətdir. _______________ Reyhan M ir z ə z a d ə ______________ “Azad Azərbaycan” qəzeti, 18 fevral 2005-ci il so 242 ea PO LŞA KO NSTİTUSİYASI AVROPANIN ƏN QƏDİM, DÜNYANIN İSƏ ABŞ-DAN SONRA İKİNCİ KONSTİTUSİYASIDIR 3 may - Polşa Respublikasının milli bayramıdır Hər dəfə Polşanın və polyak xalqının adını eşidəndə üzümə təbəssüm qonur, ürəyimi doğma hisslər bürüyür. Hər dəfə də şahidi oluram ki, bu duyğular tək mənim yox, bütün Azərbaycan xalqının qəlbinə, yaddaşına hopub. Çünki səmimi xalq kimi sevgiyə və hörmətə layiq olan polyakların altı əsrə yaxındır ki, dostluğa sədaqətini gör müşük. Bizdən əvvəl yaşayan nəsillərimiz də, bizlər də. Bu yaddaşların xatirələrini bir daha əziz tutmaq üçün gəlin tarixə kiçicik ekskursiya edək. Azərbaycan və Polşa məsafəcə bir-birindən uzaqda yerləşsə də, xalqlarımız tarixən sıx əlaqələr saxlayıb və bu əlaqələr bünövrəsi qoyulandan heç bir zaman kəsil məyib. XV əsrdə Ağqoyunlu və Polşa dövlətləri arasında diplomatik, Azərbaycan hökmdarı Uzun Həsənlə Polşa kralı Yagellon arasında dostluq münasibətləri mövcud olub. Həmin əsrin 70-ci illərində Uzun Həsən öz səfirini Polşaya göndərib. Xalqlarımız arasında dostluq körpü sünün təməli qoyulub. O vaxtdan polyaklar və azərbay canlılar arasında ünsiyyət yaranıb, bir-birinin iqtisadiy yatına, ədəbiyyatına maraq oyanıb. İki dövlət arasında ticarət əlaqələri artıb. Azərbaycandan Polşaya xalı- xalçalar, xəncər və digər Şərq silahları aparılıb. Polşadan Azərbaycana kəhraba və müxtəlif növ odlu silahlar gətirilib. Polşa Krallığı və Şimali Azərbaycan Rusiya tər kibinə daxil olduqdan sonra çar ordusuna çağrılan pol yakların bir qismi Azərbaycanda hərbi xidmət keçib. Bir ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ ten 243 03 çox inqilabçı polyaklar Azərbaycana sürgün olunub. Həmin vaxtlar məmləkətimizdən Polşaya neft, pambıq, kürü, şərab, meyvə qurusu aparılıb, Polşadan da Azər baycana sənaye məhsulları, geyim və ayaqqabı gətirilib. 1618-ci ildə Şamaxıda məscid tikən polşalı memar Yan Dembovskinin xalqımıza yadigar qoyduğu bu mi silsiz sərvət də çox dəyərli varlıq kimi sevilib. Azərbay canın Avropada qədim və zəngin məmləkət kimi tanın masında polşalı səyyahların, ədiblərin böyük xidməti olub. XVIII əsrdə yurdumuza gələn səyyah Tadeuş Kru- sinski latın dilində çap etdirdiyi yol qeydlərində elimizin tarixi, mədəniyyəti, təbiəti haqqında xeyli məlumatlar verib. Azərbaycanla Polşa arasında mədəni əlaqələr XIX əsrin birinci yarısından genişlənib. Hələ XVII əsrin birinci yarısında dünya şöhrətli İran şairi Sədi Şirazinin “Gü lüstan" əsəri Avropa dilləri arasında ilk dəfə polyak dilinə məhz azərbaycancadan tərcümə olunub.Tarixi mənbə lərdən məlum olur ki, həmin dövrdə Polşa kral dəftər xanasının tərcüməçisi Samuel Otvinovski İstanbulda mühacirətdə olan Xoca Yusif adlı bir azərbaycanlı ziyalı ilə tanış olur. Xoca Yusif hörmət əlaməti olaraq, “Gülüstan”ın Azərbaycan dilinə tərcüməsini polyak dostu Samuel Otvinovskiyə bağışlayır. O da əsəri bir neçə ildən sonra Azərbaycan dilindən polyak dilinə çevirir. Polşada hərbi xidmətdə olan görkəmli Azərbaycan yazıçısı İsmayıl bəy Qutqaşınlı burada bədii yaradıcılıqla da məşğul olur. Beləki o, Azərbaycan nəsrinin ilk nümu nələrindən sayılan “Rəşid bəy və Səadət xanım” əsərini polyak torpağında fransız dilində yazır və 1830-cu ildə Varşavada nəşr etdirir. Uzun illər azərbaycanlı oxucu lardan gizli qalan “Rəşid bəy və Səadət xanım” əsəri yal _______________ Reyhan Mirzdzadə ________________ so 244 оз nız Sovet hakimiyyəti illərində əldə edilib Azərbaycan dili nə tərcümə olunur. Polşa-Azərbaycan ədəbi əlaqələrinin inkişafında görkəmli şərqşünaslar Aleksandr Xodzko və Lüdviq Şpitsnaqelin də böyük rolu olmuşdu. Peterburq Univer sitetinin tələbəsi olarkən universitetin fars dili və ədə biyyatı bölməsinin müdiri azərbaycanlı professor Mirzə Qafar Topçubaşov digər polşalı tələbələrlə bərabər, onlara da dərs demişdi. Məhz bu iki alimin nümunəvi xid mətləri sayəsində Qərb dünyası Azərbaycan mədəniyyəti barədə məlumat alırdı. Şpitsnaqel görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin “İsgəndərnamə”sindən parçalar, Azərbaycan dilini mükəmməl öyrənmiş Xodzko, parlaq Nəsimi poeziyasından nümunələri polyak dilinə tərcümə etmişdi. Şərq ədəbiyyatı üzrə tanınmış mütəxəssis Sta nislava Rumkiyeviç Azərbaycanın böyük söz ustad larından biri Məhəmməd Füzulinin əsərlərindən bir neçə sini polyak dilinə çevirmişdi. Azərbaycanın tanınmış yazıçı - filosoflarından biri olan Abbasqulu ağa Bakıxanov 1833-cü ildə Varşavaya gəlmiş və burada altı ay yaşamışdır. O da Qutqaşınlı kimi Polşada bədii yaradıcılıqla məşğul olmuş və “Xəyalın uçuşu” adlı əsərini burada fars dilində qələmə almışdır. Bakıxanov həmin poemasında Lehistan (Polşa) və onun paytaxtı Varşavanı dərin sevgi ilə tərənnüm edib yazırdı: ...Bu şəhərin bağı cənnət bağıdır, Hər görüşdə ələmləri dağıdır. Hər gözəllik bu şəhərdə olmuş cəm, Bu yerlərin təsvirində acizəm. Tərif etmək mümkün deyil söz ilə, Görmək lazım bu şəhəri göz ilə. Azərbaycançılıq из vstənpərvərlik mdfkur3si_ ___ so 245 ca Abbasqulu ağa Bakıxanov Varşavada o dövrün bir çox mədəni ziyalıları ilə tanış olmuşdu.Onlardan biri də Aleksandr Sergeyeviç Puşkinin bacısı O.S.Pavlişşeva idi.Bu fakt da maraqlıdır ki, Bakıxanov sonralar “Gülüs- tani-lrəm ” əsərini Tiflisdə polyak şair Tadeuş Lado-Za- bıotski ilə birlikdə rus dilinə tərcümə etmişdi. Məhz həmin dövrdə görkəmli polyak yazıçısı Xodzko Azərbaycanın qəhrəmanlıq dastanı olan “Koroğlu”nu tərcümə edərək ingilis və fransız dillərində nəşr etdirmişdi. Digər polyak yazıçısı Stefan Jeromskinin “Bahar ərəfəsi” romanının ilk süjeti məhz Bakıda vaqe olmuşdu. Tarixən Azərbaycan xanımlarına məxsus olan gözəl, zərif, ecazkar, yaraşıqlı zinət və bəzək əşyaları yurdumuza gələn heç bir qonağın diqqətindən yayınma yıb. Onların sorağı uzaq-uzaq elləri dolaşıb. Bu işdə polşalı qardaşlarımız da zəhmətini əsirgəməyib. Belə ki, uzun müddət Bakı quberniyasının zərgərlik məmulatları üzrə baş əyarı olmuş Zqlenitskinin 1900-cu ildə Fran sanın paytaxtı Paris şəhərində keçirilmiş Ümumdünya sərgisində Azərbaycanın zərgərlik nümunələrini geniş nümayiş etdirib tanıtması xalqımızın milli-mədəni irsinə daha da maraq oyatmışdı. XX əsrin əvvəllərində hər bir xalqın inqilabi ruhda olan milli mahnıları ilə yanaşı, bütün bəşəriyyətin bey nəlmiləlçi zəhmətkeş qüvvələrini təmsil edən mahnıları da dillər əzbəri idi. Belə mahnıların ən geniş yayılanlarından biri “Varşavyanka” idi. Mərkəzi və Şərqi Avropada məşhur olan “Varşavyanka’’nm melodiyası XIX əsrin ortalarında Parisdə yaşayan polyak mühacirlərinin oxuduqları bir nəğmədən götürülmüşdü. 1883-cü ildə Polşa inqilabçılarından Vatslav Sve- nitski bir neçə il həbsxanada yatdıqdan sonra “Var- şavyanka”nın polyak dilində olan ilk mətnini yaratmışdı. Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling