Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- _______________ Reyhan Mirzəzadə ________________ «o 186 ca
- _______________ Reyhan Mirzəzadə _______________ _ "Yeni xəbər" qəzeti, 19 mart 2005-ci il ю Ш с в ƏRƏB XALQININ UNUDULMAZ OĞLU
- Azərbaycancılıa və vətənpərvərlik məfkurəsi ____
- _______________ Reyhan Mirzazada ________________ bt >190 gz
- _______________ Reyhan Mirzazada ________________ ю 192 oa
- Azərbavcancılıa və vatanpərvarlik mafkurasi ____ so 193 ca
- _______________ Reyhan Mirzəzadə ________________ “Azad Azərbaycan” qəzeti, 15 mart 2005-ci il ю 194 ca
- Azərbavcancılıq və vətənpərvərlik məfkunsi ____ £o /95 ca
- ________________ Reyhan Mirzdzadd ________________ so 796 ca
____ s o 185 0 3 Sanki möcüzə baş verdi. Hər şey yoxa çıxdı, onun sifətində gördüyüm bütün ifadələr qeyb oldu. Qaldı bir qadın mehribanlığı, bir də ifadəli səs, məlahətli oxu. Bu səs üç saatdan artıq ürəkləri riqqətə gətirdi. Ürəkləri yan dırdı. Soyutdu. Sakitləşdirdi. Görünməz həyəcanla doldu ürəklər. Qərb adamlarına doğrudan da ərəb musiqisinə qulaq asmaq çətindir. Cazın cazibəsi nəticəsində biz Afrika musiqisi ilə tanış olduq. Ancaq ərəb musiqisindəki təkrar motivlərin qanunauyğunluğu, qeyri-adi düzümü bi zə əlçatmaz bir şeyi xatırladır. Konsertdə istənilən bir yad musiqi alətini görənlər o saat anlayar, başa düşər və ən başlıcası razılaşar ki, o, təkcə ərəb estradasının ulduzu deyil, həm də dahi müğənnidir. Onun istedadı, onun mu siqi mədəniyyəti və mahnıları necə deyərlər, bir xalqın qəlbinə sığmır, bir xalqın deyil. Umm Gülsüm dünyanın ən məşhur, ən adlı-sanlı simfonik orkestrlərinin müşaiyəti ilə oxumağa hazır idi...” Hələ Misirdə İyul inqilabı baş verməmişdən əvvəl Umm Gülsüm xalqının dərdini, çətinliklərini, onun istək və arzularını yanıqlı nəğmələri ilə dünyaya yayırdı. Həmin dövrün qayğılarını yaşayan bir Misir ziyalısının xatirələrin də oxuyuram:“Onun bütün mahnılarında insan qəlbinin hıçqırıqları,ağrıları var. Bu ağrılarda məhəbbətin səsi ya şayır. Bu səs həmişə adamları mübarizəyə səsləyir. Bu səs gözəldir. Gözəldir ona görə ki, onda bədbəxtlikdən qurtulmağın yolları var. Bu səs deyir ki, bədbəxtliyi məhv etmək olar. Bax, uzun illər idi ki, ərəblər səadətin nə oldu ğunu bilmirdilər. Ancaq Umm Gülsüm bizə ümid verdi. Bizi yaşatdı. O, bütün ərəblərə aydın olan mahnıları ilə bizi inandırırdı ki, biz qüvvətliyik, mübarizə aparmalıyıq! Biz öz zəngin mənəviyyatımızla gözəllik yarada bilərik! Bax, bunları bizə Umm Gülsüm mahnıları ilə deyirdi...” _______________ Reyhan Mirzəzadə ________________ «o 186 ca ...Misirin həyatı son dərəcə təhlükədə idi. Qonşu İsrail havadarları ilə Misirin xeyli torpağını işğal etmişdi. Qızğın savaşlar on minlərlə insanı şəhid, əlil etmişdi, ölkədə vəziyyət getdikcə ağırlaşırdı. Pul, vəsait tükənirdi. Yurdunun maddi və mənəvi dəstəyə ehtiyacım görən Umm Gülsüm dözə bilərdimi? O, ayağa qalxıb, millətinin, soydaşlarının harayına səs verdi.Onsuzda neçə-neçə ailəni, sahibsiz qalmış uşaqları, şikəstləri, qocaları himayəsinə götürüb qayğısı ilə əzizləyən Umm Gülsüm, bu dəfə dünya banklarındakı vəsaitlərinin ən çox hissə sini müharibə xərclərinin hesabına köçürdü. İllərlə halal zəhməti ilə qazandığı pulları, qiymətli zinət əşyalarını canından artıq sevdiyi millətinə və dövlətinə bağışladı Və bundan böyük qürur duydu. Misir xalqı cəsur övladlarının möhkəm iradəsi, birliyi və şücaəti ilə müharibədən qalib çıxdı. Bu qələbə millətin əsl vətənpərvərlik məfkurəsi ilə qazanılmışdı. Umm Gülsüm Azərbaycanın xanəndələri, muğam ifaçıları, sənətkarlarını çox sevirdi. Onları həvəslə din ləyirdi. Öyrəndikləri az olmurdu 1960-cı ildə Azərbaycanın tanınmış müğənnisi Sara Qədimova Misirdə konsert verərkən gözləri artıq dünya işığından məhrum olmuş Umm Gülsümü qolundan tutub zala gətirirlər. Sara xanım məşhur ərəb mahnısı - "Xəyalımın nuru"nu oxuyarkən Umm Gülsüm kövrəlib göz yaşları axıtmağa başlayır. Görkəmli sənətkarımız Şövkət Ələkbərova ərəb ölkələrinə tez-tez qastrola gedirdi. Əlcəzairdə olarkən Umm Gülsümün məşhur “Bəndi şələbiyyə” mahnısını simfonik orkestrlə ifa edib bitirən kimi zalda “bravo” sədaları, fit səsləri, alqışlar qopur. Ərəblər ayaqlarını yerə vurur, bununla müğənniyə ehtiramını bildirirlər. Sən ____ Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi ___ 1_ ю Ш о а demə, onlar səhnədə yalnız Umm Gülsümü belə həyəcanla, sonsuz məhəbbətlə qarşılayırmışlar. 38 il əvvəl, fevral ayının 3-də qara xəbər bütün ərəb aləmini, dünyanı sarsıtdı:Sevimli Umm Gülsüm Qahirənin Meadi xəstəxanasında vəfat etmişdi. Hıçqırıqlar, göz yaş ları bir-birinə qarışdı, indi bütün ərəb dünyası, islam aləmi öz əziz balasına laylay deyirdi. Ağı deyirdi. Kişi, qadın fərqi yox idi. Uşaq, böyük hamı matəm içində idi. Umm Gülsüm istəkli xalqı ilə əbədi vidalaşıb, haqq dünyasına qovuşurdu. Əslində hər bir ürəkdə ömürlük yuva qurduğu əbədi mənzilinə köçürdü. Məhəbbət və sevgi ilə dünya durduqca yaşamaq üçün köçürdü. Onu bu mənzilə sadə xalqla bərabər, neçə-neçə ölkə liderləri, dünya məhşurları, alimlər yola salırdı. Bizə həm də unudulmaz Rəşidimizin sənət dostu kimi əziz olan Umm Gülsümü Azərbaycan xalqı da heç bir zaman unutmayacaq. Allah ona rəhmət eləsin! _______________ Reyhan Mirzəzadə _______________ _ "Yeni xəbər" qəzeti, 19 mart 2005-ci il ю Ш с в ƏRƏB XALQININ UNUDULMAZ OĞLU Yusuf əs - Sibainin vəfatından 38 il keçir Tanınmış Misir yazıçısı, görkəmli ictimai-siyasi və dövlət xadimi kimi xalqların qəlbində əbədi yaşayan Yusuf əs-Sibainin yaradıcılığı çox zəngindir Lakin ədibin zəhmət və mübarizə dolu fəaliyyəti heç də asanlıqla bu zənginliyə qovuşmayıb. Ərəb xalqının bu layiqli oğlunun parlaq yaradıcılıq zirvəsinə getdiyi yol siyasi aşırımlardan keçdiyi üçün əvvəlcə bu barədə bəhs etmək istəyirəm. Yusuf əs-Sibainin yaradıcılığında mühüm yer tutan “Riyakarlıq yurdu” romanı mürəkkəb bir tarixi şəraitdə yazılmışdır. Qeyd edim ki, 1944-1949-cu illərdə Misirdə hökumət beş dəfə dəyişilmişdi. Misir-İsrail müharibəsi ölkənin iqtisadiyyatına ağır zərbə vurmuşdu. Müharibə ərəfəsində irticaçı mülkədar, komprador höküməti ölkənin mütərəqqi qüvvələrini həbs etmişdi. Sibainin “Riyakarfıq yurdu" romanı 1952-ci il İyul İnqilabından üç il əvvəl, 1949-cu ildə nəşr olunmuşdu. Bu roman həmin dövrdə ictimai mühitin və monarxiya qurulu şunun yaramazlığı, idarə və nazirliklərdə bürokratizm, polis sistemində xalqa qarşı edilən özbaşınalıq və ədalət sizlik əleyhinə yazılmış kəskin bir əsərdir. Zamanın mütərəqqi ziyalıları ölkənin bu ağır vəziy yətinə acıyır, qələmə sarılaraq ölkədəki mövcud quruluşu tənqid edirdilər. Bu barədə haqqında söhbət açdığım əsərə resenziya yazan Misir tənqidçisi Bint əş-Şati ya zırdı: “Riyakarlıq yurdu” şəhadət verir ki, romandakı hadi sələr həqiqi, realdır; qələm sahibləri qələmin şərəfini qo rumuş, böyük mübarizədə öz qələmləri ilə qorxmadan və riyakarlıq etmədən vuruşmuşlar. Əsərin qəhrəmanı Əmək Nazirliyində işləyir. O, açıqfikirli, köhnə adət və ənənələrə qarşı çıxan, dövrün ю 189 03 Azərbaycancılıa və vətənpərvərlik məfkurəsi ____ iyrənc qayda-qanuniarını rədd edən bir ziyalıdır. Ancaq o təkdir, ölkədə yaranmış dəhşətli vəziyyəti aradan qaldırmaq üçün çıxış yolu, mübarizə üsulu axtarır. Odur ki, mübarizəyə ilk növbədə işlədiyi nazirlikdən başlamalı olur. Burada gördüyü nöqsan və ədalətsizliklərə, bürokratiyaya qarşı çıxır. Cəmiyyətin eybəcərliklərindən ancaq yoxsul, kasıb insanlar, yarıac dolananlar əziyyət çəkirlər. Əsərdəki dul qadının vəziyyəti bunu bir daha təsdiq edir: “Bu qovluq Vəqf Nazirliyinin işçisi mərhum Abdul Vahid ibrahim Əfəndinin arvadı Zəhra Abdul- Hamid xanımındır. Bu qadın mərhum ərinin maaşından onun payına düşən miqdarı artırmağı hökümətdən xahiş edir, çünki ərinin əmək haqqından cüzi vəsait qalır ki, bu da vur-tut dörd funt təşkil edir. Ailə başçısı öz maaşından başqa, sonrakı günə heç bir irs saxlamamış ki, ailə onunla dolansın. Qovluq şişmiş, imzalı və dərkənarlı kağızlarla dol muşdur. Necə də şişməsin, qadının tələbindən iki il keç məsinə baxmayaraq, qovluq hələ də nazirliyin idarə lərində dolaşır, siyirmələrdə “mürgüləyir” və kabinetlərdə “yatır” . Əsərin yazıldığı dövrdə Misirdə ictimai ədalətsizlik o dərəcəyə çatmışdı ki, hətta küçələrdə dəstə-dəstə gəzən yoxsullar, dilənçilər belə ölümə məhkum edilmişdilər. Yazıçı bu vəziyyəti öz romanında real və inandırıcı şəkildə təsvir edir:“Burada milyonlar kömək istəməyə haqlıdır, ancaq onlar cəsarət etmirlər ki, əllərini uzadıb soruşsunlar... Bunlar göz yaşlarından başqa hər şeyini iti rənlər, ürək açıqlığından savayı, hər şeydən məhrum olanlardır!..” Yazıçı öz qəhrəmanını ictimai həyatın müxtəlif səhnələridən keçirir və o, bu səhnələrdə döyülür, təhqir edilir, işgəncələrə məruz qalır. Qəhrəman xeyirxahlıq, _________________Reyhan_Mirzazada___________________bt__>190__gz'>_______________ Reyhan Mirzazada ________________ bt >190 gz nəciblik göstərir, lakin onu başa düşən tapılmır, səsinə səs verən olmur. Onu yalnız yoxsullar, dilənçilər və sadə xalq başa düşür. Yusuf əs-Sibainin öz qəhrəmanını müxtəlif həyat səhnələrindən keçirməkdə məqsədi budur ki, ictimai həyatda qanun şəklində olan riyakarlıq, saxtakarlıq, hərc- mərclik və ictimai ziddiyyət hallarını geniş planda açıb göstərə bilsin. Dul qadının vəziyyəti, polis idarəsində qəh rəmana qarşı olan özbaşınalıq, dilənçilərin müdhiş yaşa yışı, seçki sistemindəki alver və nəhayət, qəhrəmanın icti mai həyatı “əxlaq vəbası” ilə “zəhərlədiyinə" görə müha kimə edilməsi, bunların hamısı cəmiyyətin yaramazlığına qarşı öldürücü ittihamnamədir. “Riyakarlıq yurdu"ndan sonra yazıçı 1952-ci ildə “Sudaşıyan öldü" romanını yazır Bir qədər sonra onun “Ən xeyirxah adamlar” kitabı müxtəlif dillərə tərcümə olunur. 1958-ci ildə Asiya və Afrika qitələrində müstəmləkə zülmü altında inləyən xalqların milli - azadlıq hərəkatına və milli istiqlaliyyətinə kömək etmək məqsədilə Asiya və Afrika Xalqlarının Həmrəylik Təşkilatı yaradılır. Yusuf əs- Sibai bu təşkilatın Baş katibi seçilir. Həmrəylik təşkilatının maddi, mənəvi və siyasi dəstəyi sayəsində həmin vaxtdan etibarən Asiya və Afrika qitələrində yaşayan xalqlar müstəmləkə zülmündən xilas olaraq, 60-dan yu xarı müstəqil dövlət yaradırlar Odur ki, təşkilat milli is tiqlaliyyət əldə etmiş, bu istiqlaliyyət uğrunda çarpışan xalqların dərin hörmət və nüfuzunu qazanmışdı. Sonralar həmrəylik təşkilatının təsiredici qüvvəsini, fəaliyyətini daha da gücləndirmək məqsədi ilə Asiya və Afrika Ölkələri Yazıçılarının Cəmiyyəti yaradılır. Bu cə miyyət Hindistan yazıçılarının təşəbbüsü və buna tərəfdar olan ölkələrin səyi nəticəsində meydana gəlir. ____ Azarbaycançılıq və vatanpərvərlik məfkurasi R T > 191 CA 1966-cı ildə Asiya və Afrika Yazıçıları Cəmiyyəti Daimi Bürosunun iqamətgahı Kolombodan Qahirəyə kö çürülür, Büronun Baş katibi vəzifəsinə isə yekdilliklə Misir Yazıçıları Cəmiyyətinin Baş katibi Yusuf əs-Sibai seçilir. Görkəmli ədib eyni zamanda Asiya və Afrika Yazıçıları Cəmiyyətinin mətbuat orqanı olan “Lotos” jurnalının (“Lo- tos-şandgüllə”, göldə bitən bitkidir) baş redaktoru təyin olunur. 1960-1973-cü illərdə Yusuf əs-Sibai ərəb aləmi ilə bərabər, Asiya və Afrika xalqlarının tərəqqisi naminə onların ictimai-siyasi həyatında gərgin fəaliyyət göstər məklə bərabər, öz yaradıcılığı sahəsində də əzmkarlıq nümayiş etdirib, Misir mədəniyyəti və ədəbiyyatına böyük töhfələr bəxş edir. “Qəlbimin cavabı”, “Nadiyə”, “Biz tikan əkmirik”, “Biz tək deyilik", “Qəlbimi qaytar”, “Mən köçü rəm”, “Qayıdış yolu”, “Ömür bir anlıqdır” romanlarını, "Za mandan daha güclü” pyesini, “İki okean arasındakı təyyarədə” oçerkini bu gün tək ərəb xalqı deyil, dünyanın bir çox millətləri, ədəbiyyatsevərləri müəllifə məhəbbət dolu hisslərlə oxuyur. Daha sonra “Əzrailin müavini”, “On iki qadın”, “Nəhayət, millət güldü”, “Naməlum aləmdə”, “İman vergisi”, “Pərdə arxasında”, “Günlər keçir" əsərlərini qələ mə alan Yusuf əs-Sibainin gərgin zəhmətlə işləməsini onun “Xarabalıqlar arasında” əsərini yazdığı qısa müd dətdən bir daha görmək olar: “Səhər saat 9-dan axşam saat 5-dək gündəlik “həbs əməliyyatına” başladım: po vesti 20 günə yazıb qurtardım”. Məlumat üçün deyim ki, yazıçının əlli adda kitabı vardır ki, bunlar on beş roman və povest, üç dram əsəri, qalanları isə hekayələr məcmuəsi və ədəbiyyata dair tən qidi məqalələrdən ibarətdir. Ədəbiyyat sahəsindəki xid mətlərinə və siyasi fəaliyyətinə görə Yusuf əs-Sibai 1960- _________________Reyhan_Mirzəzadə__________________“Azad_Azərbaycan”_qəzeti,_15_mart_2005-ci_il_ю__194__ca'>_______________ Reyhan Mirzazada ________________ ю 192 oa 1974-cü illərdə Jolio-Küri adına Qızıl Sülh medalı ilə təltif edilmiş və beynəlxalq “Lotos” mükafatına layiq görül müşdür. “Əl-Hilal" jurnalı idarə heyətinin rəisi vəzifəsini də icra edən yazıçı, Misirin Ədəbiyyat və Incəsənt İşləri üzrə Ali Məclisinin Baş katibi və Misir-Ərəb Respublikasının Mədəniyyət naziri vəzifələrinədək ucalmışdır. 1976-1977-ci illərdə Yusuf əs-Sibai iki dəfə Azər baycanda olmuş, tanınmış ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərimizlə görüşmüş, onlarla gözəl xatirə lərə çevrilən maraqlı fikir mübadilələri aparmışdır. 1978-cil il fevralın 18-də 61 yaşlı Yusuf əs-Sibai Cənubi Kiprin Nikosiya şəhərində keçirilən Asiya və Af rika Xalqlarının Həmrəylik Təşkilatının növbəti sessiya sında terrorçular tərəfindən qətlə yetirilmişdir. Hər il Misir xalqı başda olmaqla, bütün ərəb aləmi, o cümlədən bir çox müsəlman xalqı böyük ədib, ictimai və siyasi xadim Yusuf əs-Sibainin şəhidlik gününü qeyd, onun əziz xatirəsini yad edir. Bu mərasimlə bağlı bir neçə il əvvəl Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində xalqımızın necə-neçə ziyalısı, yazıçı və şair ləri, rəssam və kinomatoqrafçıları, alim və şərqşünasları, jurnalist və tarixçilərinin iştirak etdiyi tədbiri və həmin tədbirdə Mədəniyyət Mərkəzinin müdiri doktor Seyyid Qanimin çıxışını xatırladım. Ədibin həyat və fəaliyyətin dən, xüsusilə peşəkar hərbçi kimi nailiyyətlərindən və onun general rütbəsinədək yüksəlməsindən bəhs edən Seyyid Qanim deyirdi:“Misirdə mərhumun cənazəsi hərbçilərə məxsus təntənə ilə son mənzilə yola salındı. Vida mərasimində Prezident Ənvər Sadat, ərəb dünyası nın, o cümlədən Misirin bir çox ədibi iştirak edirdi. Onlar bu hadisədən çox kədərlənmişdilər. Mərhumun dostu Sərvət Akaşa o müdhiş gecəni belə xatırlayır: “Həmin gecə Misir ağlayırdı... Qərb və Şərqin paytaxtlarının qol- Azərbavcancılıa və vatanpərvarlik mafkurasi ____ so 193 ca larini açaraq salamladıqları sülh elçisinə ağlayırdı. Elə bil ədibə ağlayırdı ki, sanki səma ona ürəklərin dərinliklərinə sirayət edə biləcək sözün sirrini bəxş etmişdir”. Həmin vaxt Yusuf əs-Sibainin əsərlərinə çəkilən çoxsaylı filmlərdən biri olan “Biz tikan əkmirik” kinofilminə maraqla tamaşa etdik. Sadə, yetim və məzlum bir qızın- Seyyidənin acınacaqlı taleyindən bəhs edən bu film müəllifin qayğıya möhtac olan, kimsəsiz, sahibsiz uşaq lara necə ürəyi yandığının, daim bu acının ağrıları ilə yaşadığının, insanların dərdinə həssaslıqla şərik oldu ğunun, onların hüquqlarının müdafiəçisi kimi çalışdığının və hər cür haqsızlığa qarşı öz mübarizəsini əsirgəməyən bir söz sahibi kimi tanındığının bir daha şahidi olurduq... Yusuf əs-Sibainin vəfatından 38 il keçir. O, milyon ların qəlbində əbədi məskən saldlığı kimi, bizim də hər zaman ürəyimizdə, ruhumuzda yaşayır və yaşayacaqdır. _______________ Reyhan Mirzəzadə ________________ “Azad Azərbaycan” qəzeti, 15 mart 2005-ci il ю 194 ca ABİDƏYƏ DÖNƏN MƏHƏBBƏT Mixay Emineskunun 155 illik yubileyi münasibəti ilə Rumın xalqı dünya mədəniyyətinə, bəşər fəlsəfi düşüncəsinə böyük töhfələr bəxş edib. Boyar Kımpulunq Nyakşu, Nikolaye Olaxus, Ioann Xonterus, Dmitri Kantemir, Milku-Kleyn, George Şinkay, Buday-Delyanu, Vasile Aleksandri, Mixail Sadovyanu, Mariya Banuş, Xarikleya Darkle, Ştefan Dimitresku kimi tanınmış rumın mədəniyyət və incəsənət xadimlərinin böyük xidmətlərini dünya ictimaiyyəti, o cümlədən Azərbaycan oxucuları yüksək dəyərləndirib və onların adları ilə bərabər, sənətini də həmişə məhəbbət və ehtiramla yad edib. Dünyada və ölkəmizdə sevilən rumın şair ya zıçılarından biri də Mixay Emineskudur. Bəşər poezi yasının gözəl nümunələrini yaradan vətənpərvər şairin 155 illik doğum gününü yer üzünün bir çox xalqları qeyd edir. Mixay Eminesku 1850-ci il yanvarın 15-də Rumı niyanın Botoşari şəhərinin ipateşt kəndində çoxuşaqlı sadə bir ailədə doğulub. Uşaqlıq illərini kəndlilər arasında keçirən Mixay, öz zəkası, dərin düşüncəsi, orijinal xarak teri ilə yaşıdlarından seçilib. Onun təxəyyülünün forma laşmasında ilk öncə atasının kiçik kitabxanasının müəy yən təsiri olub. Sonralar yaradıcılığında ilk kövrək addım larını atan Mixayın həyatında sevimli müəllimi Aron Rum- nunun böyük rolu olub. Bir müddət Mixay onun evində yaşayıb. Müəlliminin zəngin kitabxanası onu heyran edib. Həvəslə geniş mütaliəyə başlayıb. Buradakı kitabları sevə-sevə oxuyub. Dünya ədəbiyyatının dərinliyinə baş vurub. Aron Rumnunun ölümü Mixayı sarsıdır. İstəkli Azərbavcancılıq və vətənpərvərlik məfkunsi ____ £o /95 ca müəllimindən əbədi ayrılığı onun üçün dözülməz bir itkiyə çevrilir. Elə ilk şeirini də bu əziz, doğma insana həsr edir. “Aron Rumnunun ölümünə” adlı şeirində Mixay əslində bu dəhşətli itkiyə ağı deyir: Bukovina, qara geyin, yasdasan! Yaşıl sərv ağacı bələnmiş sənə. Aydın sabahımın oğlun itirdin, Yandı, qürub etdi, batdı o ulduz, Bir yoxa çevrildi, itdi hardasa. Yayılır hər yana qəmli fit səsi, Titrəyən mis zəngin öz zənguləsi. İlahi, bir dahi, qayğıkeş insan Getdi ölməzliyə, qayıtmaz daha, Qayıtmaz, qayıtmaz nurlu sabaha. iki bəndini təqdim etdiyim bu şeir rumın ədəbiyyatı nın elegiyasına çevrilir. Əvvəl seminariyada oxumuş Mixay, sonralar uni versitetin ədəbiyyat və fəlsəfə kurslarında təhsilini davam etdirmək istəsə də, onu başa vura bilməmişdir. O, maddi və mənəvi cəhətdən çətin güzəran,' acınacaqlı həyat tərzi keçirsə də, şairin qələmindən çıxan əsərlər rumın xalqı nın mədəni sərvətinə, dünya söz xəzinəsinin zəngin kapi talına çevrilmişdir. Ehtiyac içində yoxsul ömür sürən ədib, bu gün şöhrət baxımından “dünyanın ən varlı şəxsiy- yət!əri”ndən biridir. (Ik şeirini on altı yaşında çap etdirən Mixay, Höte, Şiller, Alfreda de Vini, Lamartin, Hero, Puş- kin, Qoqol, Hafiz kimi bəşər fikrinin qabaqcıl nümayən dələrinin əsərlərini mütaliə etməklə yüksəlmiş, öz xalqının ən görkəmli, ən sevimli oğlu olmuşdur. Mixay Eminesku öz əsərləri ilə daima xalqın qəddar ________________ Reyhan Mirzdzadd ________________ so 796 ca düşmənlərinə, riyakar burjua millətçilərinə qarşı mübarizə aparmış, kasıbları, zəhmətkeş və əməkçi xalqı müdafiə etmişdir. 1864-1869-cu illərdə yazdığı “Ailə", “Kaş mən də...” , “ Ümid” , “Aktrisaya”, “Heykəlin məhəbbəti”, “Qərib likdə”, “Bukovinaya”, “Elladaya”, 'Venera və Madonna" şeirləri yazıçı losif Vulkanın rəhbərliyi ilə işıq üzü görən “Familiya” jurnalında nəşr olunmuşdur. İnsan haqqında fəlsəfi düşüncələri, haqq-ədalət naminə mübarizə, Vətən həsrəti, nakam məhəbbətdən yaranan kədər bu şeirlərin əsas məzmununu təşkil edirdi. Bir müddət doğma yurdundan kənar düşən, qürbətdə Vətən üçün ürəyi sızıldayan şair, “Qəriblikdə” şeirini yazarkən öz ürək ağrılarım belə təsvir edir: O zaman ki yaz gəlir, yer gülür, torpaq gülür, Böyük-kiçik şadlanır, başlanır səfalı gün. Bircə mənim ürəyim danxır Vətəndəki Doğma zəmilər üçün, doğma kəndimiz üçün. Novruz Gəncəlinin tərcümə etdiyi şeirin növbəti bəndlərinin birində şair öz yurd həsrətini oxucularla bö lüşür: ____ Azərbaycançılıq vd vatənpərvərlik mafkurdsi O doğma dərəmizi yenə görmək istərəm, Doymamışam o büllur çayın zümzüməsindən. Meşəmizin dolanbac cığırlarında gəzmək!.. Uşaqlıqda sevdiyim hər şeyə həsrətəm mən. Qeyd etdiyim kimi, Mixay Emineskuda Vətənə mə həbbət hissi o qədər güclü idi ki, kimliyindən asılı olma yaraq, yurduna xor baxan nadanları kəskin tənqid edirdi. Bu baxımdan şair “Pozğun gənclər" satirik şeirində Vətə nin taleyinə laqeyd münasibət bəsləyənləri ifşa etmişdir. £o /97 ce Bir sıra görkəmli əsərləri ilə yanaşı, şairin “Meşə, sən niyə ləngər vurursan?”, “Yenə həmin döngədə”, “Görüş", “Gecəniz xeyir” kimi nəğmələri sevilə-sevilə, nəsildən-nəslə keçə-keçə öz müəllifinə ümumxalq mə həbbəti qazandırmışdır. Nəriman Həsənzadənin tərcüməsində “Xeyrə qalsın gecəniz...” nəğməsində şair insanlara həzin röya, şirin yuxu arzulayır: Quşlar kəsdi səsini, Yuxuyla doldu yol-iz. Yatdı yorğun çiçəklər, Xeyrə qalsın gecəniz. Çayın səsi gəlir tək, Meşə yatır... bir az sus. Nəğmə yatır elə bil, Şirin olsun yuxunuz. Mixay Eminesku nəsr sahəsində də qələmini sına mış və böyük uğur qazanmışdır. Onun ilk nəsr əsəri 1868-1869-cu illərdə yazdığı “Vəhşiləşmiş ruh” romanıdır. Roman 1904-cü ilədək əlyazma halında qalmış, yalnız nasirin ölümündən sonra çap olunmuşdur. Mən “nasir” sözünü təsadüfi qeyd etmədim. Ədibin “Mənim kölgəm", “Ad günündə", “Çezara", “Bədbəxt Dionis” kimi əsərləri onun həm də istedadlı bir nasir olduğunu sübut edirdi. Onun qəhrəmanları da özü kimi kasıb, ehtiyac içində yaşayan, lakin əxlaqı, ləyaqəti, digər mənəvi dəyərləri çoxlarından üstün olan ağıllı və istedadlı gənclərdir. Onların məhəbbətləri də ömür yollan kimi fa ciələrlə sona yetir. Bədbəxt Dionis də belə gənclərdəndlr. “...Dionis də məhz kasıb bir gənc idi. Daha betəri. Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling