Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- _______________ Reyhan Mirzəzadə ________________ ю 164 oa
- _______________ Reyhan Mirzəzadə ________________ ю /66 oa
- Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ “Azad Azərbaycan” qəzeti, 19 avqust 2015-ci il /67 oä
- ____ Reyhan Mirzəzadə ___________ _
- _______________ Reyhan Mirzəzadə _________________ яо 17 C
- _______________ Reyhan Mirzəzada ________________ яо 17 2 oa
_______________ Reyhan Mirzəzadə_ ________ _______ Ю /62 oa Nazirliyinin nəzdində olan Tərcümə İdarəsi arasında əməkdaşlıq əlaqələri qurulmuşdur. Memorandumun 13- cü maddəsinə uyğun olaraq, razılığa gəlinmişdir ki, Kral lıq və Azərbaycanın ərəb və Azərbaycan dillərində olan ən mühüm elmi və ədəbi kitablarının seçilməsi üçün hər iki tərəfdən komissiya təşkil edilsin. Həmin kitablar iki ölkə universitetləri nəzdindəki tərcümə mərkəzləri ilə əmək daşlıq edilməklə, tərcümə olunsun. Həmçinin qərara alın mışdır ki, Səudiyyə Ərəbistanı universitetləri ilə müvafiq Azərbaycan universitetləri arasında ümumi maraq kəsb edən sahələr üzrə araşdırma fəaliyyəti gücləndirilsin və həmin işlər ərəb və Azərbaycan dillərinə tərcümə edilsin. Elm sahəsində əməkdaşlığı daha da inkişaf et dirmək məqsədi ilə Səudiyyə Ərəbistanı Krallığı Kral Əbdüləziz adına Tədqiqat və Arxiv Fondundan olan nü mayəndə heyəti bu ilin may ayında Azərbaycana səfər etmişdir. Fondun Əlyazmalar Arxiv Sənədlər Mərkəzinin direktorunun başçılıq etdiyi nümayəndə heyəti Azərbay can Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda olmuş, oranın fəaliyyəti ilə tanış olmuş və əməkdaşlıq yollarını müzakirə etmişdir. Qərara alınmışdır ki, Kral Əbdüləziz adına Tədqiqat və Arxiv Fondu ilə Əlyazma lar İnstitutu arasında əməkdaşlıq sazişi imzalansın. Bu Sazişə əsasən qurumlar arasında arxiv materialları və əlyazmaların surətlərinin mübadiləsi həyata keçiriləcək. Həmçinin qədim Azərbaycan əlyazmalarının rəqəmsallaş- dırılması - elektron variantın yaradılması sahəsində əməkdaşlıq ediləcək. - Dünyanın hər yerində hər cür terror, ekstremizm və zorakılığın əleyhinə.olan Səudiyyə Ərəbistanı özü də terrordan əziyyət çəkib. Bu baxımdan keçmiş kral Abdul lah bin Əbdüləziz əl-Səudun təklifi ilə BMT-nin tərkibində Terrorla Mübarizə üzrə Beynəlxalq Mərkəz təsis edilib. ____ Azarbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ _ fo 163 CA Əlahəzrət kral Mərkəzin effektiv fəaliyyəti üçün ora 100 milyon dollar həcmində maliyyə yardımı ayırıb. İndi həmin Mərkəzdə işlər necə davam edir? - Bildiyiniz kimi, terrorizm dövlət, millət, mədəniyyət sərhədi tanımayan, bəşər cəmiyyətinə təhlükə yaradan ən ciddi qlobal problem sayılır. Buna görə bu problemin bütün istiqamətləri, təzahürləri və kökləri aradan qaldırıl malı, onu doğuran səbəblər həll olunmalıdır. Bu problem lə mübarizə aparmaq və axırına çıxmaq üçün beynəlxalq səylər birləşdirilib, daha da artırılmalıdır. Səudiyyə Ərə bistanı Krallığı əvvəllər olduğu kimi, indi də terrorizmlə mübarizə aparan dövlətlərin önündə gedir. Krallıq ter rorizmlə mübarizə üzrə bir çox konfransların keçirilməsini zəruri hesab edərək, çoxlu təşəbbüslərlə çıxış etmişdir. Onların ən başlıcası isə sizin qeyd etdiyiniz kimi, 2005-ci ildə BMT-nin nəzdində terrorizmlə mübarizə üzrə Bey nəlxalq Mərkəzin yaradılmasının təşəbbüskarı olmaq və tək region üçün deyil, bütün dünya üçün bir təhlükəyə çevrilən bu problemin öhdəsindən gəlmək üçün həmin Mərkəzə 100 milyon dollar yardım göstərməsi olmuşdur. Hazırda da terrorizmlə mübarizə üzrə bu Beynəlxalq Mərkəz müxtəlif istiqamətlər üzrə aktiv fəaliyyətini davam etdirir. Bildiyimə görə, Mərkəzin ən son fəaliyyəti 21-22 iyul tarixində Mərakeş Krallığının Kasablanka şəhərində 30 dövlətin hüquq-mühafizə orqanları rəhbərlərinin iştirak etdiyi beynəlxalq konfransın təşkili olmuşdur. Konfrans zamanı onlar sərhəd təhlükəsizliyi, terrorizm və mütə şəkkil cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə et mişlər. Krallıq arzu edir ki, həmin təhlükəli bəlanın qarşısının alınması üçün bütün dost ölkələr bu Mərkəzin fəaliyyətində iştirak etsinlər. Ümumiyyətlə, Krallığın terro rizmlə mübarizədə oynadığı rol, onun İŞİD təşkilatına _______________ Reyhan Mirzəzadə ________________ ю 164 oa qarşı vuruşan beynəlxalq Koalisiyada yer almasında da öz təcəssümünü tapmışdır. Belə ki, bu ilin sentyabr ayında Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən konfrans İŞİD təşkilatına qarşı Beynəlxalq Koalisiyanın təşkili üçün bir təməl oldu. Krallığın rolu bu təşkilata qarşı keçirilən hərbi əməliyyatlarda iştirakla məhdudlaşmaya raq, həmçinin ondan zərər çəkənlərə humanitar yardımlar göstərmək, terrorçu qrupların maliyyə qaynaqlarının quru dulması üçün beynəlxalq aləmlə əməkdaşlıq etmək, mər həmət dini olan islamın təlimlərinə zidd olan bu qrupların kriminal xarakterini ifşa etmək kimi fəaliyyətləri də əhatə edir. Güman edirəm ki, bütün bu səylər terrorçuluğun kö künün kəsilməsini təmin edəcəkdir. - Cənab səfir, İslam dünyasının ayrılmaz tərkib his səsi olan Azərbaycan Respublikası ilə Səudiyyə Ərə bistanım bir sıra doğma amillər bağlayır ki, onlardan biri də İslamın müqəddəs yerlərinin ölkənizin ərazisində yer ləşməsi, hər il yüzlərlə azərbaycanlının, digər müsəlman vətəndaşlarımızın bu yerləri ziyarət etməsi və bu ziya rətlərin iki qardaş ölkə arasında əlaqələrin genişlənmə sinə xidmət etməsidir. Zəhmət olmasa deyin, bir müddət sonra Səudiyyə Ərəbistanı Həcc ziyarətinə gələcək yüz minlərlə zəvvarlar, o cümlədən Azərbaycan vətəndaş ları üçün hansı yeni əlverişli imkanlar həyata keçirəcək? - Həcc zəvvarlarına göstərilən xidmət ildən-ilə tək milləşdirilir. Bu il də təhlükəsizlik, səhiyyə, təşkilati, xidmət, nəqliyyat, asayiş, profilaktik proqramların həyata keçirilməsinə böyük qüvvə sərf edilmişdir. Bu, bütün hacı lara imkan verəcək ki, İslam dininin böyük əsaslarından olan həmin ayini tam asan və rahat şəkildə icra etsinlər. Hazırda Allah Evini ziyarət edən hacılara göstəriləcək xid mətlər, güzəştlər, asayiş təminatı və müqəddəs ərazi lərdə hərəkəti üçün nizamlanmış nəqliyyatın mükəmməl ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi so /65 ca sistemi yaradılmışdır. Bu il ziyarətə gələn bütün zəvvar lar, o cümlədən azərbaycanlı hacılar Krallığın bu sahədə gördüyü uğurlu işləri öz gözləri ilə görəcəklər. Bu işlərə İki Müqəddəs Məscidin genişləndirilməsi, ayinlərin keçirildiyi ərazilərin abadlaşdırılması, yol, körpü və tunellərin inşası, onlarla xəstəxana, yüzlərlə tibbi mərkəz tikintisi və s. daxildir. Habelə sevindirici haldır ki, keçən ay Səudiyyə Ərəbistanının Ciddə şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti ara sında hava əlaqəsi haqqında Saziş imzalanıb. Bu Azər baycandan Krallığa və əks tərəfə gedən həcc, ümrə zəv varlarının, eləcə də adi ziyarətçilərin rahat və tez daşın masına şərait yaradacaq. Bundan əlavə, birbaşa hava xəttinin açılması iki ölkə arasında ticarət dövriyyəsi və turizm mübadiləsinin daha da artıb çoxalmasına imkan verəcək. - Sentyabr ayının 23-ü Səudiyyə Ərəbistanı Krallı ğının milli bayramı - Krallığın yaranmasının 83-cü ildönü müdür. Bu bayram tədbiri hər il Bakıda da qeyd olunur.Bu tarixi gün haqqında ətraflı danışmağınızı xahiş edirəm. - 1932-ci ildə Əlahəzrət Kral Əbdüləziz bin Əbdür rəhman Al-Səud (Allah ona rəhmət eləsin!) ölkəni “Səu diyyə Ərəbistanı Krallığı” adı altında birləşdirərək, dün yaya yeni bir dövlətin yarandığını bəyan etmişdir. Krallıq həmin hadisəni özünün Milli Günü kimi qeyd edir. Mər hum qurucu Kral otuz iki il ərzində çox çətin şəraitdə qəh rəmancasına yeni dövlətin bünövrəsini Allah Kitabı - Qu rani-Kərim və onun Peyğəmbərinin (Ona Allahın salavat və salamı olsun!) sünnəsi əsasında quraraq, İslam dininin qaydaları ilə çiçəklənən, bu dinin saf və humanist təlimləri ilə dünyaya səs salan, sülh və xeyir yayan, elm və tərəqqiyə can atan, özünün və bütün bəşəriyyətin daha gözəl sabahına doğru sürətli addımlarla irəliləyən gənc _______________ Reyhan Mirzəzadə ________________ ю /66 oa bir dövlətin qüdrətli memarı olmuşdur. Bu inkişaf və qu ruculuq prosesi daha sonra onun sadiq övladları tə rəfindən davam etdirilmiş və onlar dövlətçiliyin bütün sahə və səviyyələrində müasir tərəqqinin əsasını qoy muşlar. Məhz bunun sayəsində Səudiyyə Ərəbistanı Krallığı bu gün İki Müqəddəs Məscidin Xadimi Kral Sal man bin Əbdüləziz Al-Səudun (Allah onu qorusun!) rəh bərliyi dövründə özünün ən parlaq günlərini yaşayır. Onun dövründə Krallıq bir çox sahədə, o cümlədən təhsil, səhiyyə, bələdiyyə işi, tikinti, yol və kommunikasiya sahə lərində nəhəng layihələrin şahidi və icraçısı olmuşdur. Səudiyyə vətəndaşının məişət və təhsil səviyyəsinin artırılması, həmçinin müasir inkişaf və tərəqqiyə yönəlmiş digər işlər Krallığı dünyanın mütərəqqi ölkələri sırasına çıxarmışdır. Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ “Azad Azərbaycan” qəzeti, 19 avqust 2015-ci il /67 oä “A ZƏ RBAYCANIM IN SƏSİDİR ÖZ SƏSİM” Yəhya kişinin və Pəricahan xanımın halalçörəkli ocağında Zeynəb adlı bir körpə doğulanda, heç kimsə bil mirdi ki, illər ötəcək, bu qızcığaz Azərbaycan adlı məm ləkətini bütün dünyaya tanıdacaq, milyonlara sevdirəcək. Milli mədəniyyətimizin beşiyi olan Azərbaycan muğamı, təsnifi, musiqisi ilə yüzlərlə ölkələri, şəhərləri diyar-diyar dolaşacaq. Zeynəbi dinlədikcə, Zeynəbi duyduqca qəl bimdə bir sual oyanır. Bu sənətkar-insanın ruhunda təkcə fitri istedad, qabiliyyətmi var? Yox, Azərbaycanın mədəni dünyası hər zaman Zeynəb yetişdirə bilməz. Vətən mə həbbətli, ülvidiləkli, yanarürəkli, kövrəkqəlbli, kişiqeyrətli Zeynəb xanım! Axı nə yazım, nə deyim ki, sənin saf dün yana uyğun gəlsin? Bəli, Zeynəb halal zəhmətlə yaşayan bir ailədə doğulub. Bu ailənin saf duyğusu, təmiz dünyası, ülvi niy yəti tutduğu həqiqət yolu, paklık yolu, enişli-yoxuşlu cı ğırlarla onu sənət adlı bir varlığın şöhrət zirvəsinə doğru addım-addım istiqamətləndirib. Zeynəb min bir əziyyətə qatlaşaraq qora bişirən istilərdə, şaxtanın qılınc kimi kəsdiyi açıq havalarda, hətta qızdırmadan inildəyən kör pəsini yataqda gözüyolda qoyub nəhəng meydanlarda, möhtəşəm salonlarda həvəslə konsertlər verib, oxuyub. Ona görə yox ki, o təkcə müğənnidir, Zeynəb Xanlaro vadır, oxumalıdır. Həm də ona görə ki, o, Azərbaycan qı zıdır, damarlarında azərbaycanlı qanı, qeyrət qanı axır. Bu qan onun beyninə, ruhuna işləyib. Ona qüvvət verib, dayaq olub. Planetimizin saysız, hesabsız şəhərlərində, günəş kimi parıldayan saraylarda Zeynəb Azərbaycam, doğma yurdunu tanıdıb, sevdirib, dəyərləndirib. Əcnəbi tamaşaçı Azərbaycan mədəniyyəti, musiqisi qarşısında səcdə edib. Milyonlarla musiqisevərlər, hətta Azərbaycanı ____ Reyhan Mirzəzadə ___________ _ tn16Sc& xəritədə tapa bilməyən adi vətəndaş belə Azərbaycan adı gələndə ayağa durub, təzim edib. Yaxınlarımdan biri Zeynəb xanımın oğlu Raminə dərs demiş müəllimlərdən olub. Hər dəfə Ramin yadına düşəndə “Allah saxlasın, çox tərbiyəli, çox məsuliyyətli uşaqdır, ağıllı oğlandır, Anasına, ailəsinə layiq baladır. Ramal da ondan heç geri qalmır”, - deyə Rəna xanım keçmiş tələbəsini xoş təəssüratla, təbəssümlə xatırlayır. Zeynəb xanımın övladlarından ağız dolusu söz açır. Ramin artıq ali təhsilli hüquqşünasdır. Müstəqil döv lətimizin qanun keşikçisidir. Hüquq-mühafizə orqanlarının birində çalışır. Ramal isə hələ tələbədir. Gəncliyin ilk kövrək addımlarını atır. Müğənninin ömür-gün yoldaşı Səlim müəllim həyatın enişli-yoxuşlu yollarında Zeynəb xanıma həmişə böyük arxa, onun ən yaxın dostu, ən yaxın məsləkdaşı olub. Bu mehriban ailənin bünövrəsi möhkəm bir təməl üzərində qurulub. Müğənniyə böyük sənət yollarında inamla addımlamağa ilham verən, onu daha uca zirvələrə pərvazlanmağa sövq edən qüvvə də məhz ailəsi olub. Zeynəb xalqı yolunda həyatını şam kimi yandırıb. Lakin bu şam getdikcə əriməyib, yandıqca çilçırağa dönüb, daha çox şəfəq saçıb, milyon-milyon insanın qəl binə sevinc, xoş ovqat gətirib. İnsanlar bulaq kimi qay nayan bu səsin qeyri-adi ahəngindən mənən ruhlanıb. Bu səs saysız-hesabsız adamları düşündürüb. Düşündür dükcə də həm sevindirib, həm də kədərləndirib. Bu səsin sədasından Azərbaycan adlı bir Vətən, Azərbaycan adlı bir bir məmləkət boylanıb. Qəriblikdəki övladlarına həs rətlə boylanıb Axı qürbətdə yaşayan bir azəri Zeynəbin səsinə-Azərbaycamn səsinə necə kövrəlməsin, yanaqla rından göz yaşları necə axmasın? Dünya azərbaycanlı larını dünya boyda ürəyində birləşdirən azəri qızı! Tanrı- ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ 8 0 7 6 9 0 3 nın qarşısında nə qədər savab qazanmısan! Adını eşidən şikəst də, səsini eşidən dünya işığına həsrət qalan da qarşına tələsib. İyirmi il küsülü qalan ata-balanı barış- dırmısan. Cana ürək, ürəyə can bağışlamısan, Zeynəb! Zeynəbin mədəniyyətimiz qarşısında, xalqımız qar şısında xidmətləri olduqca böyükdür. Bu xidmətlər ona həmişə qol - qanad verib. Böyük mənəvi çalarları ilə onu bəhrələndirib. Zeynəb daxilən zənginləşib, onun zəhməti xalqının qəlbində həmişəlik yuva qurub. On il də, yüz il də, min il də ötsə, Zeynəb unundulmazdır, əbədidir, tək rarolunmazdır. Zeynəb şöhrət qalasıdır. Zeynəb qeyrət qalasıdır. Zeynəb Azərbaycan boyda bir məkandır. Zey nəb əbədi bir kainatdır. Bu kainatın ən parlaq ulduzları onun nəğmələridir, qitədən-qitəyə, materikdən-materikə, eldən-elə sərhədsiz dolaşan mahnılarıdır. Harada Zey nəb varsa, orada Azərbaycan var, Azərbaycan bayrağı var. Harada Azərbaycan varsa, orada Zeynəb var, orada zəhmət var, orada sadəlik, səmimilik, orada gözəllik, orada təravət var. Məhz belə bir xanım cəmiyyətə tər biyəli balalar, ağıllı övladlar bəxş edə bilər. Qadın kimi, Ana kimi. Yalnız belə bir insan Ana hissini, Ana duyğu sunu dərindən başa düşə bilər, oğul qədri, övlad qədri bilər. Ona görə də Azərbaycan ağlayanda Zeynəb göz yaşları tökdü, Azərbaycan şəhidlər verəndə Zeynəb susdu, nəğmələri hıçqırdı. Tək özü yox, o möhtəşəm sa lonlar susdu, zeynəbsevərlər susdu. Zeynəb ağı dedi, igid oğul və qızlarını, torpaqlarını itirən Azərbaycanın taleyinə layla çaldı. “Oğul!"-deyib nalə çəkən ana-bacıla rımızın yanğılı fəryadına qoşuldu. Zeynəb aylarla qara geyindi, dünyanın "Zeynəb, oxu!” deməyə cəsarəti çat madı. Zeynəbin qara örpəyindən ürəyində zərrə qədər mərhəmət olan erməni də içində xəcalət çəkdi, öz qan içən soydaşlarına nifrət etdi. “Azərbaycan"m, “Azərbay _________________Reyhan_Mirzəzadə___________________яо__17_C'>_______________ Reyhan Mirzəzadə _________________ яо 17 C ca can m aralfnın, “ Bakı gecələri” nin, “Xəzər oğlu" nun, “Göygöl”ün, “ÇahargalY’ın, “Dağlar”ın, “So!maz”ın, “Xali- də"nin, “Reyhan”ın, "Leylican’ ın yanıqlı həsrəti, Zeynəbin şəffaf səsi, büllur nəğmələri üçün düşmən də qəribsəyir, için-için göynəyirdi. Zeynəb Xanlarovanın xarici ölkələrə ilk qastrol səfəri düz 34 il bundan öncə, 1963-cü ilin oktyabrında Bolqa rıstana olmuşdu. Həmin il Bolqarıstan Xalq Respublika sında Azərbaycan mədəniyyəti ongünlüyü keçirilirdi. Res publikamızın görkəmli mədəniyyət ustaları sırasında Zey nəb də ongünlüyün iştirakçısı idi. O, bir sıra xalq nəğ mələrini, muğamları və bəstəkarların ən yaxşı mahnılarını seçib repertuarına daxil etmişdi. Azərbaycan mədəniyyəti dost ölkədə bütün çalarları ilə təmsil olunmuşdu. Yerli qəzetlər Zeynəb Xanlarovanın fotoşəklini dərc etmiş və çıxışları barədə müsbət rəylər vermişdi. "Rabotniçesko delo" qəzetində yazılırdı "Azərbaycan xanəndəlik məktəbi bütün Yaxın Şərqdə şöhrət tapmışdır. Xalq musiqisi ya radıcıları həmişə el-obada hörmətlə qarşılanmışlar. Son zamanlar böyük səhnəyə ayaq açmasına baxmayaraq, Zeynəb Xanlarovanı da doğma xalqı çox sevərək əziz ləyir. Buna o, özünün istedadı və oxumaq bacarığı sayə sində nail olmuşdur İndi ölkəmizdə keçirilən Azərbaycan mədəniyyəti günlərinin bədii proqramında çıxış edən Zeynəb Xanlarovanı şəxsən görüb dinlədikdən sonra yuxarıdakı rəyin reallığına inanırıq". Müğənni Azərbaycanın musiqi tarixində həm də ona görə özünəməxsus yer tutub ki, “Çahargah” kimi çətin muğamı qadın sənətkarlar arasında ilk dəfə məhz Zey nəb xanım Xanlarova oxuyub Və Zeynəbin “ÇahargahV nı Seyid Şuşinski, Şəmsi Bədəlbəyli, Əfrasiyab Bədəl- bəyli kimi sənət dühaları son dərəcə yüksək qiymətlən dirib. ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 171 ca 1963- cü il Zeynəbin həyatında ən uğurlu və yadda qalan illərdən biri oldu.Müğənninin ilk qrammofon valı “Çahargah" və “Şur təsnifi” ilə həmin ildə buraxıldı. 1964- cü ilin yay mövsümündə M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Tbilisidə qastrol tamaşaları göstərdi. Kollektiv qardaş res publika sənətsevərlərinə “Leyli və Məcnun” operasının tamaşasını təqdim etdi. Tamaşada Leyli rolunda Zeynəb Xanlarova səhnəyə çıxdı. Gürcü musiqisevərləri bu adla ilk dəfə tanış olurdular, lik tanışlıq onların qəlbində dərin iz buraxdı.Hər tamaşa axşamı salondakılar Zeynəbi ürək dən alqışlayırdılar. Sənətşünas M.Berulavanın “Veçerni Tbilisi" qəzetinin 1964-cü il 16 iyul tarixli nömrəsində çıxmış resenziyasında deyilirdi: “Operanın partiturası orjinal və spesifikdir, vokal epi zodlar əsasən muğam üzərində qurulmuşdur. Aydındır ki, qəhrəmanların vokal xüsusiyyətlərinin özünəməxsusluğu müvafiq ifaçılar tələb edir. Bizim baxdığımız tamaşada Leyli partiyasını artist Zeynəb Xanlarova ifa edir. Dinin kəskin qanunlarının qurbanı olan hüquqsuz qızın obrazını müğənni hərarətlə, təsirli boyalarla yaradır. Hərgah, birinci pərdədə Leyli-Zeynəb Xanlarova yüksək arzularla qanadlanan incə bir qızdirsa, Məcnundan ayrı düşdüyü sonrakı səhnələrdə ifası faciəvi motivlərlə zənginləşir, fə ğanı qəlbləri göynədir. Zeynəb Xanlarova özünün fitri is tedadı, təsirli oyunu ilə qısa müddətdə tbilisililərin rəğ bətini qazana bilib". 1967-ci il də Zeynəb Xanlarovanın həyatında əla mətdar oldu. Musiqi-ifaçılıq mədəniyyəti qarşısında mü hüm xidmətlərinə görə istedadlı sənətkar “Azərbaycan SSR Əməkdar Artisti” fəxri adına layiq görüldü. Bu, Zey nəbin böyük fərəhinə səbəb oldu, onun yaradıcılıq mə suliyyətini daha da artırdı. Müğənninin repertuarında Fik _______________ Reyhan Mirzəzada ________________ яо 17 2 oa rət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev, Arif Mə- likov, Ramiz Mustafayev, Şəfiqə Axundova, Emin Sabit- oğlu, Telman Hacıyev, Tofiq Bakıxanov, Ramiz Mirişli, Oqtay Kazımov, Oqtay Rəcəbov və digər onlarca iste dadlı bəstəkarların mahnıları geniş yer tuturdu. Bu siya hıya Azərbaycanın görkəmli şairləri, söz ustadlarından Süleyman Rüstəm, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Ca bir Novruz, Nəriman Həsənzadə, Gəray Fəzli, Teymur El çin, Aslan Aslanov, Məmməd Araz, Fikrət Qoca, Rəfiq Zəka Xəndan, İsgəndər Coşqun və başqalarının da adla rını əlavə etmək vacibdir Çünki bu tanınmış söz - sənət sahiblərimizin adlarını çəkdiyim bəstəkarlarımızla birlikdə Zeynəb xanım üçün, xalqımızın musiqi, muğam, mahnı mədəniyyətini yüksəltmək, yaşatmaq üçün bir-birindən gözəl sənət əsərlərinin yaranıb şöhrət tapmasında xeyli zəhmət çəkmişlər. Azərbaycanda məhsul yığımının qızğın dövrü idi. Zeynəb xanım Sabirabada, rayon zəhmətkeşləri ilə gö rüşə gəlmişdi. Konsertin başlanmasına yarım saat qalmış müğənninin əhvalı birdən - birə dəyişdi.Güclü başağrısı və halsızlığa baxmayaraq, o, özünü mətinliklə idarə edib səhnəyə çıxdı. Zeynəb vəziyyətini onu məhəbbətlə dinlə yən tamaşaçılara qəti hiss etdirmədi. Bütün qüvvəsini toplayaıb, üç saat fasiləsiz olaraq gözəl mahnı, təsnif və muğamlar ifa etdi. Sonuncu mahnısından sonra Zeynəb səhnə arxasında artıq huşunu itirmişdi. Təcili yardımın həkimləri dərhal onu müayinə etdilər.Qoyulan diaqnozla müğənninin həmin vəziyyətdə çoxsaylı insanlar qarşı sında bu qədər canlı oxuyub qəlblərə sevinc bəxş etməsi hamını heyrətləndirmişdi. 1970-ci ildə Zeynəb Xanlarova Türkiyədə ilin ən yaxşı müğənnisi elan olunmuş və Türkiyə Prezidenti C.Sunay ona xüsusi mükafat təqdim etmişdi. Yerli Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling