Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- AzərbaycançıliQ və vətənpərvərlik məfkurəsi_ ____ so 137 03
- _____ __________ Reyhan Mirzəzadə _______________ so 138 ca
- _______________ Reyhan Mirzəzadə _____________ __ ю 140 ca
- Azərbavcançılıa və vətənpərvərlik məfkurəsi ____ ю 141 o
- R e y h a n M ir z ə z a d ə ______________________ “Azad Azərbaycan” qəzeti, 16 mart 2012-ci il s o 142 ça
- _______________ Reyhan Mirzəzadə_ ________________ so 144 ся
- ______________ _Reyhan Mirzəzadə ________ ю 146 ca
- ________________ Reyhan M i rzazadə ______________ _ “Azərbaycan” qəzeti, 29 oktyabr 1997-cı il. Ю 148 ся
________________ Reyhan Mirzəzadə _____ _ ю 136 ca öz sözünü deyib. Nəbi Xəzrinin “Xoş gəldin, özbək qardaşım!” şeirindəki kimi. Gəldi doğma qardaş doğma torpağa, Yaşıldan biçildi dağların donu. Mehriban dostlarım, sizi qucmağa Anam Azərbaycan açdı qoynunu. Səhərə calayıb nurlu səhəri, Hər ürək çevrildi günəşə, gəldi. Nəvai adlayıb yüzillikləri Böyük Nizamiylə görüşə gəldi! Çağladı ümmantək söz də, ilham da, Ürəklər qovuşdu dost əllər kimi. Vurğun da göründü, Qafur Qulam da Qoşa addımlayan heykəllər kimi. Şimal diyarı olan Finlandiyanın təbiəti öz gözəlliyi və özünəməxsus füsunkarlığı ilə insanı valeh edir. Yaşıl me şələr, sahələrə bölünmüş əkin yerləri, dərin göllərin güz gü kimi parlayan səthi, iti axan astanalı və şəlaləli çayları, dəniz sahillərinin mənzərəli görünüşü ölkə təbiətinin sə ciyyəvi əlamətidir. Təsadüfi deyil ki, Finlandiyanın “Min göllər ölkəsi” adlandırırlar. Nəbi Xəzri “Göllər ölkəsi" şei rində dost diyarın təbii mənzərəsini yaratmaqla bərabər, fin xalqının mehribanlığından sevə-sevə bəhs edir. Qədim Finlandiya... Uzaq bir diyar... Güllü, çiçəklidir bağlar, bağçalar. Açıqdır üzlər də ürəklər kimi, Alışan yanaqlar çiçəklər kimi. Deməyin bu yurda: göllər ölkəsi, Söyləyin: mehriban ellər ölkəsi. AzərbaycançıliQ və vətənpərvərlik məfkurəsi_ ____ so 137 03 ...Bizi qarşıladı dostlar çiçəklə, Mehriban ürəklə, açıq ürəklə: - Alın bu gülləri, - dedilər bizə, - Əziz dostluğumuz gəlməsin gözə... Deməyin bu yurda: göllər ölkəsi, Söyləyin: çiçəklər, güllər ölkəsi. Görkəmli şair olmaqla bərabər, Nəbi Xəzri Azərbay canda Beynəlxalq Dostluq Cəmiyyətinin sədri kimi də xeyli yaxın-uzaq ölkələri ziyarət edib. Bu ölkələr və on ların xalqları şairin yaddaşında dərin izlər qoyub. Həmin izlər söz sənətinin qiymətli sərvəti kimi poeziya tarixində daim şəfəq saçır. Belə ki, Nəbi Xəzri “Əlvida, Yaponiya” şeirində sanki kövrək baxışlarını bu uzaq yurda dikib vidalaşır: ...Baxdım... gözlərimdə doğma bir ölkə... Söz açdım Xəzərə sədaqətimdən. Günəş okeandan qalxmırdı bəlkə, Qalxırdı okean məhəbbətimdən. Gedirəm, xoşbəxt ol, bu cahanda sən Bir də görüşümüz görən haçandır? Gündoğan ölkəsi çağrılsan da sən, Mənimçün gündoğan Azərbaycandır! Azərbaycanın şeir kainatının nümayəndələrindən biri olan Xalq Şairi Cabir Novruzun yaradıcılığı milyon ların sevgi və məhəbbətini qazanıb. Müxtəlif mövzularla şeiriyyətə müraciət edən şair, “Şekspirin evində” adlı əsərini təəccüblü və heyrətli duyğuları ilə ərsəyə gətirib. Ş air yazır ki, Şekspirin adı gələndə, bu korifey m ədəniyyət xadiminin saraylarda yaşadığını düşünür- _____ __________ Reyhan Mirzəzadə _______________ so 138 ca düm. Evinin parlamentdən nəhəng, yurd-yuvasının varlı, zəngin olacağım zənn edirdim. Amma... Sən demə, bu söz dühası kiçik, sadə bir otaqda qələm çalıb yaşayırmış. Cabir Novruz gördüklərini həm təəssüf, həm də kövrək hisslərlə qələmə alır: Stretford şəhərində, onun doğma evindəyəm, Dəstə-dəstə axır bura insanların gur axını. Çox qəribə fikirlərin, xəyalların sehrindəyəm, Heyrət ilə seyr edirəm onun kiçik otağını. ... Bir otaqda ömr eləyib oğlu ilə, qızı ilə, Bir otağa yerləşdirib hamletləri, maqbetləri, Baxıb göyə bu xırdaca pəncərənin gözü ilə, Burda yazıb yer üzünə sığışmayan hikmətləri. ... Nə şan-şöhrət, nə təntənə, Şekspirin özü elə, İngiltərə şöhrətinin rəmzi olub, ilki olub. O, ikinci İngiltərə yaradıb öz sözü ilə, O, ölkənin daxilində ikinci bir ölkə olub. Deyirlər, həqiqi şair insanlığın müəllimidir. Doğrudan da belədir, insanlığın ən ülvi hissləri Anaya, Vətənə, Tor pağa məhəbbətdən və sədaqətdən başlayır. Ana Vətənə, Ana Torpağa isə hərtərəfli bağlı olan insanı həyat daim ucaldıb. Elə Cabir Novruz kimi. “Qürbət bayatıları...” şeirində görün şair nə deyir: ... Qürbət üfüqləri doğulan kimi, Həsrət çalır səni bir ilan kimi... Gözlərin Vətəni görmək istəyir, Ayağın yad yerə toxunan kimi. ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 139 оя Gah qürbət görməyə məcbur olmuşam, İtmişəm, batmışam, məchul olmuşam, Vətən! Vətən! - deyə haray salmışam, Leylini axtaran Məcnun olmuşam... ... Qürbətdə neyləyir ömür sürənlər, Yad yeri özünə pənah bilənlər, İki ayağından asılmalıdır Vətəni qürbətə dəyişdirənlər... Nelson Mandela Cənubi Afrika Respublikasının ilk qaradərili Prezidenti kimi tarixə düşüb. O, 1994-1999-cu illərdə ölkəsinə rəhbərlik edib. 1993-cü ildə Nobel Sülh Mükafatı laureatı adına layiq görülən Nelson Mandela, əvvəllər həyatın ağır sınaqlarına tuş gəlib. Belə ki, o apartheyd əleyhinə (apartheyd - CAR-da Afrikanın bantu xalqlarına və qeyri-avropalı, yaxud qarışıq mənşəli digər etnik qruplara qarşı qəddar ayrı-seçkilik siyasətinə əsas lanan irqi seqreqasiya prinsipidir. 1948-ci ildən rəsmi döv lət siyasəti kimi tədbiq edilib. Apartheyd siyasəti BMT Baş Məclisi sessiyyalarının qərarlarında dəfələrlə pislənib) apardığı mübarizəyə görə 27 il həbsxanada yatıb. 11 fev ral 1990-cı ildə onun azadlığa buraxılması prosesi canlı efirlə bütün dünyaya yayımlanıb. Həmin vaxtlar Mos kvada Lefortovo zindanında yatan Azəbaycanın tanınmış şairi Xəlil Rza Ulutürk bu hadisədən sonsuz sevinc hissi yaşayaraq "Təbrik, Nelson Mandela!” şeirində yazıb: Əziz Nelson Mandela - səngərdaşım, qardaşım. Əli əlimə çatmaz arkadaşım, sirdaşım. ... Salam! Nelson Mandela! Gözün aydın, günaydın! Yurdun kişi övladı yurda bir də qayıdır. Bu gün "Viktor Ferster" barmaqlığı sökülür. Coşqun təbrik gülləri dağ başına tökülür. _______________ Reyhan Mirzəzadə _____________ __ ю 140 ca Ulutürkü oxuduqca, fransız şairi Pol Elüarın sözü yadıma düşür:“Poeziyanın məqsədi faydalı həqiqətdir”. Daxili aləmində daim azadlıq, müstəqillik ruhu yaşadan Xəlil Rzanın Lefortovoda yazdığı şeirlər içində faydalı hə qiqətə xidmət edən “Vyetnam”ın öz yeri var. Onun bu əsərini oxuyanda, Vyetnam xalqının vətənpərvər oğlu Xo Şi Minin mübarizə dolu həyat yolu gözlərimiz önündə bir daha canlanır. Qeyd edim ki, Vyetnamda milli-azadlıq hə rəkatının əvəzsiz xadimi olan Xo Şi Min fəhlə və milli- azadlıq hərəkatına dair bir sıra əsərlərin müəllifi kimi də nüfuz qazanmışdı. O, 1946-1955-ci illərdə Vyetnamın həm Prezidenti, həm də eyni zamanda Baş naziri olub. Ümumdünya Sülh Şurası Xo Şi Min mükafatı təsis edib. Onun anadan olduğu 19 may günü istiqlaliyyət və azadlıq uğrunda Beynəlxalq Mübarizə Günü elan olunub. Xəlil Rza bu barədə görək nə yazır: Qollarımla ölçmüşəm, yaxud ekvator ilə Vyetnam dəyanətini, Vyetnam mədəniyyətini. Milyon-milyon dalğa tək qoy çırpılım sahilə öpüm, qucum, oxşayım sal qaya qüdrətini. Vyetnam dəyanətini, Vyetnam mətanətini. Orda Hanoy şəhəri, heykəlləşən Xo Şi Min, Xo Şi Min ordusunun sıravi əsgəriyəm. Sağ qalan beş-on nəfər, ölən, qırılan min-min, Min dəfə güllələndim, mən hələ də diriyəm, Xo Şi Min ordusunun sıravi əsgəriyəm. Artıq səhifə bitməkdədir. Bir məqalədə isə dünya poeziyasının inciləri sayılan, ən gözəl, ən zərif, ən ibrə tamiz nümunələrini ərsəyə gətirib yaşadan Azərbaycan poeziyasından, onun bütün söz, sənət korifeylərindən bəhs etmək mümkün deyil. Poeziyamız yenə ucalmaqda, Azərbavcançılıa və vətənpərvərlik məfkurəsi ____ ю 141 o? inkişafdadır. Onun yeni istedadlı nəsli yetişməkdədir.Uğur olsun! Mənsə Azərbaycan şeirini dərin məhəbbətlə sevən bir vətəndaş kimi bu yazımda nəsə deməyi bacardımsa, yenə poeziyamıza borcluyam. Poeziyamıza minnət daram. Çünki rus yazarı V.Belinski demişkən: “Poeziya hər şeydən əvvəl həyat, sonra isə incəsənətdir”. _________________ R e y h a n M ir z ə z a d ə ______________________ “Azad Azərbaycan” qəzeti, 16 mart 2012-ci il s o 142 ça AZADLIQ CARÇISI Atatürkün anası! Adi bir insan, bir ana Zaman ötdükcə də Minnətdar olur hər kəs ona; Böyük bir millətə bir gün Ata doğmuş o ana! Bəxtiyar Vahabzadə Vaxtilə dünyada qüdrətli bir dövlət kimi tanınmış Osmanlı İmperiyası XIX əsrin axırlarında yarımmüs təmləkə vəziyyətinə düşmüşdü. Üstəlik, XX əsrin əvvəl lərində ölkənin ictimai-siyasi həyatında yaranmış gərgin vəziyyət imperiyanı müstəmləkəyə doğru sürükləyirdi. Zaman keçdikcə, siyasi və iqtisadi həyatda özünü gös tərən böhran və tənəzzül bütün sahələrə sirayət edirdi. Hələ Birinci Dünya müharibəsinin başlanması ərəfə sində imperialist dövlətlər Sultan Türkiyəsini öz aralarında bölüşdürmək barədə danışıqlara başlamışdılar. Onların 1915-1917-ci illərdə bir-biri ilə bağladıqları sazişlər impe riyanın demək olar ki, bütün torpaqlarının əlindən alın masını və öz aralarında bölüşdürülməsini nəzərdə tutur du: Şərq vilayətləri Rusiyaya keçməli idi, Suriya və ətrafı Fransaya verilirdi, Mesopotamiya, habelə İzmir - Aydın dəmir yollarının keçdiyi əraziyə ingilislər göz dikmişdilər, Anadolu isə almanlar üçün nəzərdə tutulmuşdu. Sultan Türkiyəsinin taleyini 1920-ci il avqustun 10- da istanbul hökumətinin imzaladığı Sevr müqaviləsi həll etdi. Həmin müqavilənin şərtlərinə görə Sultan Türkiyəsi öz ordusunu buraxmalı, hərbi donanmasını ləğv etməli idi. Türkiyə özünün Suriya, Fələstin, Ərəbistan yarım- ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ s o 1 4 3 c s adası, Transiordaniya və Mesopotamiyadakı torpaqların dan məhrum olmuş, Şərqi Fragiyadakı ərazisinin əksə riyyətini itirmiş, İzmir isə əslində Yunanıstana verilmişdi. Ermənistana müstəqillik verilməsi və onun ərazisinin Ərzurum, Van, Trapezund və Bitlis rayonlarına qədər genişləndirilməsi müqavilədə ayrıca maddə kimi nəzərdə tutulmuşdu. Kürdüstan hökuməti yaradılacağı da m üqa vilədə qeyd edilirdi. Müqavilənin şərtlərinə görə, Türki yəyə yalnız Mərkəzi Anadolu yaylası qalmalı idi. O dövrü sonralar Atatürk belə qiymətləndirirdi: “Os manlı məmləkətləri tamamilə parçalanmışdı. Ortada bir ovuc türkün yaşadığı ata yurdu qalmışdı. Son məqsəd bunun da bölüşdürülməsini həyata keçirməkdən ibarət idi. Osmanlı dövləti, onun istiqlalı, padşah və xəlifə, hö kumət - bunların hamısı öz məzmununu itirmiş ifadələr dən ibarət idi”. Bir əsrdən də az bir dövrdə Türkiyədə özünü g ö s tərmiş bütün bu ciddi siyasi-iqtisadi dəyişikliklər üçün türk xalqı özünün böyük oğlu Mustafa Kamala minnətdardır. “Ya istiqlal, ya ölüm!" şüarını irəli atmış Mustafa Kamal, ilk baxışda mümkün olmayan bir şəraitdə xalqı antiim pe rialist müharibəyə çağırdı Və tarixdə öz layiqli yerini tut muş olan milli - azadlıq hərəkatına başçılıq etdi. Mustafa Kamal Atatürk 1881 -ci ildə Yunanıstanda iri liman şəhəri olan Salonikidə anadan olmuşdu. Atası Əli Rza əfəndi, anası Zibeydə xanım idi. 1886-cı ildə Mustafa Kamal ibtidai təhsilə baş lamışdı. O, bir az əvvəl məhəllə məktəbinə getmiş, sonra çağdaş təhsil verən Şəmsi əfəndinin məktəbinə keçərək, ibtidai təhsilini burada bitirmişdi. 1893-cü ildə Atatürk Salonikidə hərbi Rüştiyyəyə daxil olmuşdu. O, qısa bir müddətdə Salonoki Mülkiyyə Rüştiyyəsində təhsil almış, sonra Hərbi Rüştiyyəyə daxil olmuş və 1896-cı ildə bu _______________ Reyhan Mirzəzadə_ ________________ so 144 ся məktəbi bitirmişdi. Məktəbdə təhsil alan vaxt riyaziyyat müəllimi Mustafa əfəndi gənc tələbəsi Mustafanın geniş təfəkkür və zəkasına görə onun adının sonuna “Kamal” ismini əlavə etmişdi. 1896-cı ildə Atatürk Monastır Hərbi Idadəsinə daxil olub, 1899-cu ildə həmin idadəni bitirmişdi. İstanbulda hərbi məktəbin piyada sinfinə yazılmışdı. 1902-ci ildə tex- men (leytenant) rütbəsi ilə hərbi məktəbi bitirib və təhsilini Hərbi Akademiyada davam etdirmişdi. 1903-cü ildə ona üstegmen (baş leytenant) rütbəsi verilmişdi. 1905-ci ildə Atatürk Qərargah Yüzbaşısı rütbəsi ilə Hərbi Akademi yanı bitirib, həmin il Ştab təcrübəsi üçün Şamda 5-ci or duya göndərilmişdi. 1907-ci ildə Atatürk kolağası (baş yüzbaşı) rütbəsinə layiq görülmüşdü. 1908-ci ildə İstanbulda İkinci Konstitusiya elan edildi və buna qarşı atıcı batalyonların qiyamı ilə böyük üsyan başladı. (31 mart qiyamı) Atatürk əməliyyat ordusu ilə İstanbula gəlib üsyanı yatırtdı. 1911-ci ildə italyanlar Liviyada Osmanlı dövlətinə müharibə elan edib hücuma keçdilər. Atatürk könüllü olaraq jurnalist Mustafa Şərifin adına yazılan vəsiqə ilə Liviyaya gedib Tripolidə italyan işğalçılarına qarşı səhra döyüşlərində iştirak etdi. Həmin il Mustafa Kamal minbaşı (mayor) rütbəsində uğur qazandı. 1912-ci ildə indiki Çer noqoriya Respublikası (Yuqoslaviya Federasiyasına da xildir) müharibə elan etdi və Balkan müharibəsi başladı. Mustafa Kamal Liviydan İstanbula hərəkət etdi. 1914-cü ildə Atatürkə yarbaylıq (podpolkovnik) rütbəsi verildi. Hə min ildə Almaniyanın Rusiyaya müharibə elan etməsi ilə Birinci Dünya müharibəsi başladı və Osmanlı dövləti mü haribəyə qoşuldu. Atatürk Təkirdağa gəlib 19-cu Diviziya nı yaratdı və Çanakkala boğazını keçməyə çalışan ingilis donanmasını ağır itkilərə məruz qoyub məğlub etdi. ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so H 5 c a 1915-ci ildə ona aybaylıq (polkovnik) rütbəsi və hərbi medal verildi.Mustafa Kamal general Limon fon Sander- sin əmri ilə Anafartalar Qrupu komandirliyinə təyin edildi. ingilislər yenidən qoşun çıxarmağa başladı. Ata türkün komandanlığı altında olan qüvvələr Conkbayında ingilislərə qarşı hücuma keçdi və düşmənin irəliləyişinin qarşısı alındı. Bu döyüşlər zamanı Atatürkün ürəyinə tuşlanmış bir güllə döş cibindəki saata dəyib geri qayıtdı və Mustafa Kamal aşkar ölümdən xilas oldu. 1916-cı ildə Atatürkə Mirliva (general-mayor) rütbəsi verildi. 1920- ci ilin aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisi yaradıldı və Atatürk Məclisin sədri seçildi. Mustafa Kamal Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi ilə əlaqədar etdiyi təşəkkür nitqində dedi: “ ..İstər hərbi, istərsə siyasi həyatım boyu etdiyim mü barizələrimdə həmişə rəhbər tutduğum şüar milli iradəyə əsaslanaraq, millətin və Vətənin möhtac olduğu məqsəd lərə doğru yürümək olmuşdur". 1921- ci il avqustun 5-də Atatürkə böyük səla hiyyətlər və Baş komandanlıq vəzifəsi verildi. Avqustun 23-də Yunan ordusunun hücumu ilə Sakarya meydan müharibəsi başlandı. Müharibə 22 gün davam etdi. Atatürkün əmrində deyilirdi: “Müdafiə xətti yoxdur, səthi müdafiə vardır. O səth bütün Vətəndir. Vətənin hər qarış torpağı vətəndaşın qanı ilə islanmasa, tərk olunmaz". Sentyabrın 13-də Sakarya meydan müharibəsi düşmənin darmadağın edilməsi ilə nəticələndi. Atatürkə Böyük Millət Məclisinin qəbul etdiyi qanunla müşir (marşal) rütbəsi və “Qazi" adı verildi. Həmin il Türkiyə Böyük Millət Məclisi hökuməti ilə Qafqaz respublikaları (Azərbaycan, Gürcüstan, Ermənistan) arasında “Qars müqaviləsi" imzalandı. ______________ _Reyhan Mirzəzadə ________ ю 146 ca Qurtuluş savaşında oğluna böyük dəstək olan Mustafa Kamalın anası Zibeydə xanım övladına marşal rütbəsi və Qazi adı verilməsi münasibətilə göndərdiyi teleqramda yazırdı:"Millətin haqqımızdakı bu sevgi və etimadı benim kadar kimsə duyğulandırmaz. Kız karde- şinlə beraber alnından öperek və bağrımıza basarak seni tebrik ederiz". Atatürkün anasına göndərdiyi cavab teleqramı da çox sadə və dəyərli idi'B enim için dünyevi mükafatların en yükseyi olan tebrikinizlə məsud oldum”. (29 iyul 1921- ci il) 1923-cü il iyulun 24-də Lozanna müqaviləsi imza landı. Atatürk bu barədə demişdir: “Lozanna sülh müqavi ləsinin qəbul etdiyi əsasları digər sülh müqavilələri ilə mü qayisə etməyə ehtiyac görmürəm. Bu müqavilə türk millə ti əleyhinə əsrlərdən bəri hazırlanmış və Sevr müqaviləsi ilə həyata keçirildiyi zənn edilən böyük bir sui-qəsdin ara dan qaldırılmasını ifadə edən bir vəsiqədir. Osmanlı döv rünə aid tarixdə örnəyi olmayan bir siyasi zəfər əsəridir”. 1923-cü il oktyabrın 29-da Türkiyə Respublika elan olundu və Atatürk ölkənin Prezidenti seçildi. Atatürkə Tür kiyə Böyük Millət Məclisinin qərarı ilə yaşıl-qırmızı haşi yəli istiqlal Medalı təqdim edildi. Bu xəbərdən sonra övladının böyüklüyü qarşısında ona bir daha ehtiramını bildirmək ehtiyacını duyan Zibey də xanım oğlunun əlini öpmək üçün Çankayaya gəlir. Atatürk anasını sayğı ilə qarşılayaraq onun əlini öpür. Xeyli söhbətdən sonra Zibeydə xanım ayrılarkən oğ lunun əlini öpmək istəyəndə, Atatürk: “Nə yapıyorsun, anne?! - deyib, həyəcanla əlini çəkməyə çalışır. Bu za man Zibeydə xanım oğluna deyir: “Ben senin annenem. Əlimi öpməklə bana karşı övlatlık edebini gösterirsin. Fe- qet, sen Vatanı, ulusu felaketden qurtaran bir komandan ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 147 ea v ə d e v le t başçısısın. Ben de ulusun bir nümayendesiyim. O n u n için elini öpe bilirim”. 1926-cı il iyunun 14-də İzmirdə Atatürkə hazırlanan su i-q ə s d in üstü açıldı. Bu barədə o, Anadolu Agentliyinə v e rd iy i müsahibədə bildirirdi: “... Alçaq təşəbbüsün mə nim şəxsimdən daha çox müqəddəs respublikamıza və o n u n istinad etdiyi yüksək prinsiplərimizə yönəldilmiş o ld u ğ u n a heç bir şübhə yoxdur... Mənim miskin vücu du m , əlbəttə, bir gün torpaq olacaqdır. Fəqət, Türkiyə R espublikası daim yaşayacaqdır”. Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da D olm abağça Sarayında saat 9.05-də vəfat etdi. Atatürkün T ü rkiyə bayrağına sarınmış cənazəsi 1938-ci il noyabrın 16-da Sarayın böyük təntənə salonunda katafalk üzərinə q o yularaq millətin ziyarətinə çıxarıldı. Noyabrın 21-də cə n a zə Etnoqrafiya Muzeyinə gətirildi və hazırlanan mər m ə r m əzara yerləşdirildi. 1953-cü il noyabrın 10-da böyük bir hüznlə Anıtqəbirdə Atatürkün vücudu Vətən torpaq larına təslim edildi. Atatürkün 77 il öncə söylədiyi bu sözlər əbədi olaraq tarixin səhifələrinə yazılmışdır:“Mən Qərb millətlərini, bütün dünyanın millətlərini tanıyıram. Fransızları tanıyıram , almanları, rusları və bütün dünyanın millətlərini şəxsən tanıyıram. Və bu tanışlığım da döyüş meydan larında olmuşdur, atəş altında olmuşdur, ölüm qarşısında olm uşdur. Sizi əmin edirəm ki, bizim millətimizin mənəvi qü vvəsi bütün millətlərin mənəvi qüvvəsindən üstündür". ________________ Reyhan M i rzazadə ______________ _ “Azərbaycan” qəzeti, 29 oktyabr 1997-cı il. Ю 148 ся Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi P.S. Bir neçə il əvvəl Ankarada, Anıtqəbirdə “Azər baycanın kədəri bizim kədərimiz, sevinci bizim sevin cimizdir” - deyən böyük Mustafa Kamal Atatürkün mə zarını ehtiramla ziyarət etdim. Mustafa Kamalın məza rının dairəvi çevrəsinə Türkiyənin 81 vilayətindən gətirilib dəmir qablarda düzülmüş torpaqlar gördüm. İki qabda qardaş yurdlardan gələn torpaq vardı: Biri Quzey Kıb- rısdan, o biri - Azərbaycandan. Kövrəldim. Gözlərimdən yaş axsa da, təbəssümlə qürurlandım: Atatürk həm də Azərbaycan torpağında uyuyurdu... ю 149 ca. QARDAŞ XALQ IN CÜM HURİYYƏT BAYRAMI 29 oktyabr - Türkiyə Respublikasının yaranması günüdür. “...Türkiyənin yeni və modern b ir dövlətə ehtiyacı var. Bu məmləkət yuxandan aşağıya dəyişdirilməlidir. Ordu biliksiz, ləyaqətsiz və şərəfsiz zabitlərdən təmiz lənməlidir Köhnə qanunlar ləğv edilməlidir. Fəs atılmalı, qadın qəfəsdən çıxarılmalı, onlara azadlıq verilməlidir. Bir kişi b ir qadından artıq başqasıyla evlənməməlidir! Kişilər və qadınlar eyni hüquqlara sahib olmalı, avropalılar kimi yaşamalıdırlar. Demokratik bir cəmiyyətdə Türkiyənin bütün sosial məsələlərini həll etmək olar. Allah qismət edərsə, günün birində Türkiyənin idarə olunmasında rolum olarsa, bilirəm edəcəyim yenilikləri... ” Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling