Reyhan Mirzəzadə azərbaycançiliq və
Azdrbaycançılıq və vdtanparvarlik məfkurəsi
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- _______________ Reyhan Mirzdzadd _______________ во 174 ea
- _______________ Reyhan Mirzdzadə ________________ ю 176 cn Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
- _______________ Reyhan Mirzəzadə ________________ в о 178
- __________ Reyhan Mirzəzadə _____________________ во
- _______________ Reyhan Mirzəzadə ________________ so 182 ca
- Azarbavcancılıa və vətənpərvərlik məfkurəsi ____ so 183 ca
- _______________ Reyhan Mirzəzadə _________________ s o 184 ca
- Azərbavcancılıq və vətənpərvərlik məfkurəsi
____ Azdrbaycançılıq və vdtanparvarlik məfkurəsi ____ so 173 CA qəzetlərin yazdığına görə, dünyanın heç bir adlı-sanlı müğənnisi Zeynəb Xanlarova qədər ölkədə sevilməmiş, konsertləri bu qədər geniş əks-səda verməmişdi. SSRİ Xalq Artisti, Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı İqor Moiseyev yazırdı: “Zeynəb Xanlarovanın nadir istedadı məncə, üç cəhətlə səciyyəvidir: 1. Yüksək artistizm, teatrallıq (bu sonuncu sözü sırf teatr mənasında işlətmirəm); 2. Millilik, vətənpərvərlik; 3. Yorulmazlıq, əməksevərlik. Bu gün o, xalq ifaçıları arasında ən şöhrətli müğən- nilərdəndir, buna görə də nəhəng auditoriyası vardır, özü də onun konsertlərinə "dəbdə olan” müğənnini görmək üçün deyil, Xanlarovanın böyük sənəti ilə qovuşmaq, dil rüba mahnılarının qanadlarında musiqi adlı heyrətamiz aləmə daxil olmaq üçün tələsirlər”. Mərhum yazıçımız Mirzə İbrahimovun bu kəlmələri isə müğənni haqqında deyilən bütün sözlərin yekunudur: “Zeynəb xanımın səhnəyə gəlib-getməsi özü böyük bir konsertdir”. 1976-cı ildə Zeynəb Xanlarova Azərbaycan SSR Xalq Artisti, 1978-ci ildə Ermənistan SSR Xalq Artisti, 1980-ci ildə SSRİ Xalq Artisti fəxri adlarına, 1985-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına, 1986-cı ildə “Xalqlar Dostluğu” ordeninə layiq görüldü. Daha son ra Zeynəbin “Qızıl val”ı onun zəhmət dolu həyatını bəzədi. indi dünyanın neçə-neçə ölkəsində Zeynəb Xanlaro vanın konsertləri xüsusi lentlərə köçürülüb, həmin ölkələ rin mədəniyyət xəzinələrinin “Qızıl fond"unda qorunur. Tarix üçün, gələcək nəsillər üçün saxlanılır. Müğənninin adı dünyanın ən məşhur adamları sırasında (Azərbaycan _______________ Reyhan Mirzdzadd _______________ во 174 ea və SSRİ ensiklopediyalarından əlavə) dünya ensiklopedi yasına daxil edilib.Bu, xalqımızın mədəni tarixinə, bütöv lükdə Azərbaycana verilən qiymət deyilmi? Zeynəb xanımın respublikamızın ictimai-siyasi hə yatında da böyük rolu olub. O, dəfələrlə Azərbaycan Res publikası Ali Sovetinin deputatı seçilib. Müstəqil ölkəmizin Parlamentində Zeynəb xanım bu gün də millətini təmsil edir. 1990-cı ilin Qanlı Yanvar hadisələri, xalqının başına gətirilən dəhşətli faciələr Zeynəbi son dərəcə sarsıtdı. Fa ciə zamanı insanlardan, törədilən qırğınlardan hər an, hər dəqiqə ürək ağrısı ilə xəbər tutan Zeynəb, bir an belə rahatlıq tapa bilmirdi. Müğənni baş vermiş hadisə ilə bağlı Ali Sovetin təcili keçirilən sessiyasında iştirak etmək üçün oraya tələsən ilk deputatlardan biri oldu. Zeynəb hər addımda baş verə biləcək ölüm və təhlükələrdən qorxma yaraq, xalqının başına gətirilən müsibətləri lentə köçür mək məqsədilə videokamerasını paltosunun içində gizlə dərək, bir çox maneələrdən keçirib iclas zalına yetişdi. Qanlı Yanvardan bir qədər sonra “Pravda” qəze tində M.Qorbaçovun əli ilə SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini vəzifəsindən istefaya gedən və qırğın gecəsinin ertəsi günü Moskvada Azərbaycan nümayən dəliyində hadisəni və onun səbəbkarlarını ifşa edən Heydər Əliyevin ünvanına “Əliyevçilik, yaxud “xoş əy yam ların xiffəti” adlı iftira və böhtan dolu məqalə dərc et dirildi. Zeynəb Xanlarova vəzifəsindən, kreslosundan qor xub əqidəsindən üz döndərən bəzi kişilərdən fərqli ola raq, Azərbaycanın böyük oğlu Heydər Əliyevə qarşı edi lən haqsızlığa dözə bilmədi. Moskvaya vurduğu teleqra mında “Pravda” nın yalan və böhtanlarına qarşı etiraz səsini ucaltdı: ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi во 175 03 “...Respublika ağlayır. Minlərlə günahsız adamların qanının sel kimi axıdılmasına görə ağlayır. Bu qanın axıdılmasına əmr edənləri və buna yol verənləri məsuliy yətə çağırmaq əvəzinə, “Pravda” bütün bəlalarda Əliyevi yalnız ona görə təqsirləndirməyə çalışır ki, o, həqiqəti söyləmişdir-Azərbaycanda hərbi aksiyanı açıq-aşkar şə kildə antidemokratik, antihumanist və hüquqazidd adlan dırmışdır. Çoxsaylı həmkarlarım, dostlarım və yoldaşla rım kimi mən də “Pravda” qəzetinin dərc etdiyi kobud və yalan yazıya görə dərindən hiddətlənmişəm, aşkarlıq və demokratiya dövründə düzgün deyilmiş sözə görə adamı təqib etməyi, Azərbaycandakı qanlı faciənin əsas təqsir- karları-Vəzirov və onun mərkəzdəki himayədarları haq qında susmağı yolverilməz hesab edirəm”. Bu, həmin məqamlar idi ki, Kremldə Zeynəb Xanla rovanın Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq gö rülməsi barədə fərman artıq hazırlanmışdı. Və fərmanın imzalanmasına çox az bir vaxt qalmışdı. Zeynəbin imza lanmamış fərmanı Moskvaya, “Pravda” ya qarşı “itti- ham”ından sonra M.Qorbaçovun iş masası üzərindən dərhal “uzaqlaşdırıldı”. Lakin Zeynəbi artıq tarix qiymət ləndirmişdi, səhnə qiymətləndirmişdi, bütün türk, müsəl man dünyası, bəşəri təfəkkür sahibləri olan yüzlərlə xalq və millətlər qiymətləndirmişdi. Qanlı Yanvarın istər mənəvi, istərsə də fiziki iztirabları Zeynəb xanımın sağlamlığına ciddi təsir et mişdi. Əsəb gərginliyi və sarsıntıdan altı ay xəstə yatan müğənni, yuxudan tez-tez səksəkə ilə ayılır, kəskin nəfəs daralması və boğulmadan əziyyət çəkirdi. Həkim lərin böyük səyi nəticəsində Zeynəb sağalıb yenidən ailəsinə, xalqına qaytarıldı. Zeynəb səhnəyə qaytarıldı. 1996-cı ildə Zeynəb Xanlarova Azərbaycan mədə niyyəti qarşısındakı xidmətlərinə görə müstəqil döv _______________ Reyhan Mirzdzadə ________________ ю 176 cn Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi . lətimizin böyük mükafatlarından birinə - “Şöhrət” ordeninə layiq görüldü. Zeynəb Xanlarovanın qastrol coğrafiyasına Amerika Birləşmiş Ştatları, İtaliya, Fransa, Almaniya, Yaponiya, Türkiyə, İraq, Cənubi Yəmən, Çin, Avstraliya kimi 70-dən artıq ölkənin (müğənni dünyanı artıq ikinci dəfə dövr edir. Elə ölkələr var ki, xanım orada 6-7 dəfə olub) siyahısı daxildir. O, həmişə sənətkarın səhnə mədəniyyətinə, yük sək oxu tərzinə böyük qiymət vermişdir. Onun 20 il bun dan öncə ifa tərzi barədə söylədiyi fikirlər bu gün də öz aktuallığını itirməyib. Fazil Rəhmanzadənin “Nəğmə dolu könül..." kitabından: - Zeynəb xanım, bir müğənni kimi məhsuldar- sınızmı? - Şair Bəxtiyar Vahabzadənin şeirindəki sətirlərlə ni- garançılığınıza son qoymaq istəyirəm: Yalnız ondan razıyam ki, özüm dən narazıyam. Mən bir gün özümdən razı qalsam ki, son həddə çatmışam, məhsuldaram, bu gün elədiklərim bir ilə kifa yətdir və s. demək, yerimdə sayıram. Demək, mən müa sir dövrün Zeynəbi deyiləm. Dünənki az-çox uğurun kölgəsində gizlənirəm. Zənn edirəm ki, daha məhsuldar ola bilərdim. Bəzən repertuarıma yol tapan bir sıra mah nılar üzərində bəstəkarı təkrar-təkrar işlətməliydim. Nə isə, yaradıcılıq belə şeydir: dünən nə etmisənsə, kifayət deyil, bu gün daha artıq etməlisən. Lakin bütün bunlarla bərabər, mən şüurlu olaraq yaradıcılıq yolumu özüm istə diyim məcraya istiqamətləndirmiş və bu yoldakı təbii çətinliklərə, əzab- əziyyətlərə sinə gərərək addımlamışam so /77 oa və addımlayıram. Bu yol naminə sonra da hər bir fədakarlığa hazıram. Qətilik, prinsipiallıq, dönməzlik, müasirlik! Bax, mənim yaradıcılıq həyatımda bu dörd söz həmişə yad daşımın mərkəzində olub. Sənətin sirlərini öyrənməkdə bu meyarı əsas tutmuşam. Və həmişə də öz yolumun gerçəkliyinə inanmışam. İndiyədək 600-dən çox mahnı oxumuşam. Amma təsəvvür edin ki, heç zaman kağızla səhnəyə çıxmamışam. Bu, ilk növbədə salondakılara hör mətsizlikdir. Hər halda mən belə düşünürəm. İkinci bir şey də həmişə mənə yaddır: fonoqram ilə oxumağın qəti əleyhinəyəm. İndi məndən soruşa bilərsiniz ki, bəs nə üçün Zeynəb bir tərəfdən belə deyir, digər tərəfdən yeri gələndə fonoqram ilə ekrana çıxır? Bəyəm, hər şey müğənnidən asılıdır? Bir də görür sən, televiziyada “Mavi işıq" gecəsi təşkil edilir. Bəli, uzaq-uzaq rayonlardan, kəndlərdən, Bakının, Gəncənin, Sumqayıtın sənaye müəssisələrindən hörmətli əmək qa baqcıllarını toplayırlar teleteatra, yaxud da studiyanın “Oktyabr" salonuna. Budur, müğənni gəlir, hər şey yerli yerindədir, ansambl da yanındadır. Fəqət, fonoqram fə ğan qoparır, müğənni yalandan ağzını açır, dodaqlarını süni surətdə tərpədir, hətta bayağı gülüşlər, yersiz emo siya yaratmaq cəhdi, nə bilim daha nələr... Mahnı bitir, ar xadan işarə edilir ki, oturanlar müğənnini alqışlasınlar. Axı nə üçün? Niyə bu hala yol verilir? Məgər tamaşaçının nəfəsini duyub, pis-yaxşı canlı konsert versək, bu daha təbii və məntiqli olmazmı? Əgər müğənni oxumağa hazırlaşmayıbsa, səsi yerində deyilsə, onu niyə belə mö təbər məclisə dəvət edirlər? Belə görüşlərin böyük dəyəri bir də ondadır ki, diqqətəşayan hünər göstərən zəhmət keş insana bu və ya digər müğənni özünün canlı olaraq _________________Reyhan_Mirzəzadə__________________в_о__178'>_______________ Reyhan Mirzəzadə ________________ в о 178 c s mahnısını hədiyyə versin. Heç təsəvvürə gətirirsinizmi, bunun estetik dəyəri nə ölçüdə olar? Bir də görürsən, studiyada işin qızğın çağına rejis sor, yaxud operator “konserti kəsdi, başladı müğənni ilə kəskin söhbətə. Axı sənətkarı adam yanında nüfuzdan, hörmətdən salmaq nə dərəcədə doğrudur?Elə bilirəm ki, telestudiyada bu barədə nəhayət, qəti tədbir görəcək, real hərəkət edəcəklər. - ...Təsəvvür edin ki, Azərbaycanın bütün dövrlərinin yaradıcı dühaları toplaşıblar bir yerə və bunlara ayrı- ayrılıqda hansı sualları verərdiniz? Bu dühalarin 10 - un adını çəkin. - Yaxşı, gəlin elə bax, bu mənzilimdə xəyali bir məclis təşkil edək. Və Dədə Qorqud, Nizami, Füzuli, Əcəmi, Sabir, Cəfər Cabbarlı, Müşfiq, Üzeyir Hacıbəyov, Bülbül, Ələcgər Ələkbərov oturublar masa arxasında. Əvvəla, onlara əla süfrə açardım. Ən ləziz milli xörəkləri, şirniyyat nümunələrini hazırlayıb düzərdim süfrəyə. Mat- mat baxardım onların yeyib-içməyinə, xırda-xırda qulaq asardım söhbətlərinə. Bütün danışıqlarını köçürərdim lentə. Ancaq heç birinə sual verməyə cürətim çatmazdı. Bircə xahiş edərdim axşam yığışıb Bakıda solo-konsertı- mə baxmağa gəlsinlər. - Həsrətini çəkdiyiniz səhnə? - Var, var. Təbrizdə hər hansı səhnə... Qəribədir, Təbrizi görməmişəm deyə, “xarici şəhərlər kolleksiyam- dakı" boşluğu aydın hiss edirəm. Eh , görən bu mənə nə vaxt qismət olacaq?..” Zeynəb xanım 1988-ci ildə Danimarkada verdiyi konsertləri belə xatırlayır: “Bütün konsertlərimiz təntənəli, şən, böyük ruh yüksəkliyi ilə keçirdi. “Azərbaycan" mahnı sını oxuyurdum, Azərbaycan kəlməsi, “Azərbaycan mara- ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so /79 ea h”nda Qarabağ eşidiləndə salonda bir hay-küy, bir alqış qopurdu ki, uğultudan qulaq tutulurdu. Böyük bəstəkarlardan biri müğənni haqqında gözəl deyib: “Elə oxu ki, hər hansı əcnəbi doğma dilini, bu mahnını, doğulduğun diyarı sevsin...” Nə üçün bu cümlə ni xatırladım? Bir dəfə məndən xahiş etdilər ki, “Şuşanın dağlarfm oxuyum. Oxumağa başladım və gördüm bütün salon mənə qoşulub. Yalnız azərbaycanlılar deyil, salon da oturan bütün tamaşaçılar xorla ritmi tutmağa səy edirdilər...” Bəli, Zeynəb xanım, sənin, Azərbaycanımızın qara örpək bağlayacaq müsibətlərimizin yeni mərhələsinin bü növrəsi məhz Danimarkadakı təsvir olunan mənzərənin cərəyan etdiyi ildən başlayırdı. Başlayır, nə başlayırdı... İndi artıq tək bircə salon tamaşaçı deyil, bütün bəşə riyyət, bütün dünya Azərbaycan adlı müqəddəs yur dumuzun Qarabağ dərdlərinin, Qarabağ həqiqətlərinin rit- mini tutmağa çalışır. Bu işdə sənin də payın, sənin də zəhmətin var, Zeynəb xanım! Zeynəb Xanlarova bu gün yüzlərlə qocalara, xəstə lərə, şikəstlərə, şəhid ailəsinin üzvlərinə, imkansız adam lara, kimsəsiz uşaqlara, keçid dövrümüzün qayğıları əha təsində daha çox əziyyət çəkən insanlara kömək edir, əl tutur. Bu barədə yazmamağımı Zeynəb xanım xahiş edəndə, sual dolu baxışlarıma o belə cavab verdi:”Bu, mənim xalqım qarşısında müqəddəs borcumdur. Mən bu nu etməsəm, yaşaya bilmərəm. Azərbaycan xalqı mənim həyatımdır, nəfəsimdir, taleyimdir, qismətimdir. Haraya getsəm də, planetin hansı nöqtəsində olsam da, istər nəhəng Amerikada, istər uzaq Avstraliyada, yenə xalqım üçün, Azərbaycanım üçün körpə uşaq kimi qəribsəyirəm. Ana Vətənimin isti qucağına, Xəzərimin gah coşqun, gah da sakit dalğalarına baxmağa tələsirəm. Baxıram, hey __________ Reyhan Mirzəzadə _________________Reyhan_Mirzəzadə___________________so_182__ca'>_____________________ во 180 oj baxıram doğma Bakıma, doymuram. Hər dəfə də ürə yimdə sakit bir səslə pıçıldayıram: Yurdumun öz halal çörəyi, duzu var, Hər vuran ürəkdə min arzu, dilək var. Eşit, Ulu Tanrım, bu qəlbimin səsin Azərbaycanımın səsidir öz səsim. Allah, Allah, Allah, Allah, eşit məni, Allah, Saxla bəd nəzərdən, sən xalqımı Allah! ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ___ _ “Azərbaycan” qəzeti, 8 noyabr 1997-ci il. so 181 oa GÖ ZƏL İNSAN, QEYRƏTLİ QADIN, BÖYÜK SƏNƏTKAR 38 il əwəl vəfat etmiş ərəb xalqının böyük sənətkarı, dünya şöhrətli Misir müğənnisi Fatma İbrahim əl- Baltacinin (Umm Gülsümün) əziz xatirəsinə Hansı ərəb ölkəsinə gedirdimsə, orada Umm Gül sümdən söhbət açmağı unutmurdum. Bu xanım haqqın da, möcüzəli səsə malik sənətkar haqqında daha çox öyrənmək istəyirdim. Hər yerdə ona məhəbbət, ülvi mü nasibət, xatirəsinə ehtiram görürdüm. Amma təəssüflənir- dimki hələ də Azərbaycanımda bu fenomen mügənni- şəxsiyyət haqqında məlumatı olmayanlar var. Onun ifaları bizim efir məkanlarımızda ya heç səslənmir, ya da o qə dər az eşidilirki, nəzəri cəlb etmir.Onu da deyim ki, məm ləkətimizdə bu sənətkar xanımı, müsəlman aləminin fəxri ni sevib dinləyənlər də var.Ən azı Azərbaycanımız müs təqilliyini bərpa edəndən, dünyaya qapılarımız taybatay açılandan sonra digər ölkələrə olduğu kimi, Misirə də gediş-gəlişimiz artdı, uzun illərin həsrətindən sonra ərəb bacı-qardaşlarımıza qovuşduq. Onların musiqiləri, nəğ mələri, poeziyaları ruhumuzu rövnəqləndirdi. Bu sənət incilərinin diskləri, audio-video lentləri evlərimizə, ocaqla rımıza pərvazlandı. Evdə ayırdığım guşədə bu mədə niyyət sərvətlərinin içində Umm Gülsüm “fəxri yer” tutdu. 1898-ci ilin 30 dekabrında (bəzi mənbələrdə nədənsə 4 may 1904-cü il qeyd olunur) Misirdə-Nil çayı nın mənsəbində yerləşən Tamaz əs-Zahayra adlı kiçik kənddə kasıb bir dindar ailəsində Fatma adlı qız uşağı dünyaya gəldi. Atası kənd məscidinin imamı idi. Fatma beş yaşında olanda atası onun gözəl səsə malik olduğunu kəşf etdi. Ecazkar səslə Qurani-Kərimi oxuyan qızcığaz, hamının sevimlisinə çevrildi. O zamanlar heç _______________ Reyhan Mirzəzadə ________________ so 182 ca kim bilmirdiki, vaxt gələcək, Fatma parlaq istedadı ilə nəinki Misirin, hətta bütün müsəlman aləminin əvəzolunmaz sənətkarı, böyük mədəniyyət xadimi, dün yanın tanınmış müğənnisi, ərəb musiqisinin korifeyi olacaq, incəsənət dünyasında XX əsr tarixinin ən görkəmli sənətkarı kimi əbədi şöhrət qazanacaq. Lakin o vaxtlar, Fatma kiçik yaşlarında olanda, qız uşağının kişilər olan yerdə oxumağına yaxşı baxmırdılar. O, belə məclislərdə oğlan geyimi ilə çıxış edib ilahi mahnılar oxuyurdu. Sonralar Umm Gülsüm adı ilə məşhurlaşan Fatma İbrahim, doğulduğu ailənin təmiz, saf tərbiyəsindən bəhrələndi, dinimizin uca mənəvi dəyərlə rindən, yüksək əxlaqi keyfiyyətlərindən qüvvətləndi. İlk dərslərini məhz böyük Qurandan, müqəddəs varlığımızın misilsiz fəlsəfi məzmun, dərin və zəngin mənalar kəsb edən surələrindən aldı. Uşaqlıqdan ərəb xalq mahnıla rının bənzərsiz ifaları ilə könüllərə xoş əhval-ruhiyyə bəxş edən Umm Gülsüm üçün elə bu nəğmələr böyük bir məktəb oldu. Onun ifa etdiyi laylalarda, bayatılarda, oxşama və ağılarda da sadə xalqının istək və arzulan ifadə olunurdu. Onun səsi müqayisəedilməz dərəcədə güclü idi. Təmiz, ifadəli, gözəl tembrli, zəngin çalarlı, daha dəqiq desəm, nadir səs idi. On altı yaşı olanda atası onu Qahirəyə, məşhur mü ğənni Məhəmməd Əbül Əlanın yanına səs təhsili almağa gətirdi. Burada qısa müddətdə tanınmış bəstəkar Zəkə riyyə Əhməd və Məhəmməd Əbdülvahab kimi sənətkarın təcrübəsindən faydalanan Fatma, çox çəkmədi ki, şöhrət də müğənni Munirə Mehdini ötüb keçdi və ölkənin bir nömrəli ifaçısına çevrildi. Qahirə Universitetinin müəllimləri belə bir nəticəyə gəlmişdilər ki, Umm Gülsümün səsində bir saniyədə 14 min səs telləri titrəyişi və cingiltisi var idi ki, bu da adi ada- Azarbavcancılıa və vətənpərvərlik məfkurəsi ____ so 183 ca min səsindən dörd dəfə artıq idi. Onun üçün xüsusi ola raq mikrofon yaradılmışdı. Müğənninin səsinin qeyd et diyim nadir xüsusiyyəti həmin mikrofonda nəzərə alınırdı. Umm Gülsümün ilk qastrolları 1932-ci ildə Dəməşq, Beyrut, Bağdad, Tripoli şəhərlərinə olub.Məşhur xanən dənin ilk böyük və ilk rəsmi konserti 32 yaşnda olanda, yəni 1930-cu ildə keçirilib. 1937-ci ildən Qahirə radiosun da çıxış edib. Ərəb xalqının Umm Gülsüm yaradıcılığına olan məhəbbət və səmimiyyətin, hörmət və ehtiramın nümunəsidir ki, Qahirə radio kanallarından biri 24 saat ərzində, bütün gecə və gündüz onun mahnı və nəğ mələrini səsləndirməkdə davam edir. Müğənninin ifa etdiyi elə sənət əsərləri vardırki, onlar müvafiq kiçik musiqi fasilələri nəzərə alınmaqla, iki saat davam edirdi. Bu mahnıların özünəməxsus giriş hissələri olurdu. Əsərdə təkcə giriş hissələri yarım saat çəkirdi. Umm Gülsüm aktrisa kimi də fəaliyyət göstərib. O, ilk dəfə 1935-ci ildə filmə çəkilib. Kral ailəsinin də sevim lisi olan müğənni, ailə qarşısında dəfələrlə çıxış edib. 1944-cü ildə Misir kralı Faruk müğənnidən əvvəl yalnız məşhur siyasətçi, dövlət xadimləri və kral ailələrinin üzv lərinə verilən ölkənin ən ali mükafatı - ƏL KAMAL nişanı nı Umm Gülsümə təqdim edib. 1970-ci ildə keçmiş SSRl-yə ilk dəfə qastrola gələn müğənninin burada nəzərdə tutulan konserti baş tutmur. Yüksək səviyyədə hazırlıq gedən proqramın başlanma sına azacıq vaxt qaldıqda, o, Misir Prezidenti Kamal Əb dül Nasirin ölüm xəbərini eşidir və təcili olaraq Qahirəyə qayıdır. Əlli ildən artıq ərəb musiqisini bütün dünyada tanı dıb sevdirən Umm Gülsümü nahaq yerə “Şərqin ulduzu”, "Ərəblərin Piafı” adlandırmayıblar. Onun Misir estradası nın, ərəb musiqisindəki mahnı janrının inkişafında çox _______________ Reyhan Mirzəzadə _________________ s o 184 ca böyük xidmətləri olub. Sosioloqlar ifaçının uğurunun necə qazanıldığı ilə maraqlanıblar. Bunun sirlərini öyrənmək istəyiblər. Kral Faruk müğənninin başına xeyli qızıllar yağdırıb Umm Gülsümün konsertlərinə düşmək üçün gərək bir il əvvəl bilet alınaydı. Yoxsa, mümkün deyildi. Bilet tapmaq olmurdu. Hələ 60-70-ci illərdə xanımın konsertinə olan biletin ən ucuz qiyməti 100 ABŞ dolları idi. Müğənnini bütün ərəb ölkələrinin Xalq Artisti adlandırırdılar. Hər bir ərəbin evində xanəndənin heç olmasa, bir valı var idi (indi təbiiki bu valları müasir disklər, audio və videoka- setlər əvəz edir). ingilis jurnalisti Terri Deçarden görkəmli müğənninin iştirak etdiyi konsertindən bəhs edərək yazırdı:“Umm Gülsümü kimlərlə müqayisə etmək olar? Qərbin ən böyük nəğməkarlarından biri olan Piafla! Bəli, bəli, Edit Piafla! Ona görə ki, Umm Gülsümün də mahnıları Editin nəğmə ləri kimi hər bir qərblinin ürəyindən idi. Bir dəfə mən Umm Gülsümü Abu-Dabidə dinlədim. Romantik bir yerdə. Fars körfəzinin sahillərində. Belə vaxtlarda bu yerlərə iynə atsan, yerə düşməz. Adam əlin dən tərpənmək mümkün deyildi. Bir yandan da isti. Qay nar bir gün. Qızmar günəşin odlu şəfəqləri altında saat larla durmaq olardı. Təkcə bu müğənniyə baxmaqdan ötrü Əvvəl təbillər çalındı. Çalğıçıların çoxunun əlində skripka var idi. Milli ərəb musiqi alətləri olan rübab və xudanın da səsi eşidilirdi. Umm Gülsüm gəldi. Ağ geyimdə. Səliqəli bir gör kəmdə. Onun sifətində tam bir sakitlik vardı. Mərhəmət tökülürdü üz-gözündən. Rəhmlilik yağırdı. Sadəliklə meh ribanlıq ona xüsusi gözəllik verirdi. Azərbavcancılıq və vətənpərvərlik məfkurəsi Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling