Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- _______________ Reyhar. Llirzəzadə ________________ so 2CC oa.
- Azərbavcancılıa və vətənpərvərlik məfkurəsi ____ so 201 oa
- _______________ Reyhan Mirzəzadə _______________ “Azad Azərbaycan"qəzeti, 18 yanvar 2005 - c iil во 202 oa
- ________________ Reyhan Mirzəzadə ________________ eo 204 ca
- _______________ Reyhan Mirzəzadə ________________ £o 206 Oä
- _______________ Reyhan Mirzəzadə ___________ _ Ю 208 oa
__ _____________ Reyhan Mirzəzadə ________________ ю m o a Təbiəti etibarilə də yoxsulluğa meyilli adam olduğundan, günü-gündən daha da həyatın dibinə enirdi. O, gənc idi, deyəsən, hələ on səkkiz yaşı tamam olmamışdı. Görəsən qarşıda onu hansı həyat gözləyirdi? Kağızların üzünü köçürməklə keçinən bu gənc o qədər də dərin biliklər əldə edə bilməmişdi. Bildikləri də səthi idi... Nəzarətsiz seçim azadlığı sayəsində yalnız öz ruhunun xəyalpərəst meyllərinə cavab verən əsərləri oxumuşdu. Mistik hadisələr, metafizik incəliklər onun əqlini özünə maqnit kimi çəkirdi; onda bu gənc üçün xəyalın həyat, həyatın da xəyal olduğuna təəccüblənməyə dəyərmi? Heç mövhumatçı olmağına da təəccüblənmək lazım deyil. O, tez-tez taleyin ona ayırdığı sonsuz kədəri və sıra ilə ötən yeknəsəq illər haqqında düşünərdi. Adətən payızda ağaclardan yarpaqlar da beləcə süzülüb düşərdi. Məhəbbətdən məhrum olan bu gənc bilirdi ki, “həyatın bu qanunauyğunluğunda” (o, bizim həyat möhnətimizi belə adlandırırdı) heç kəs onu nə təbəssümlə, nə də göz yaşı ilə qarşılamayacaq: heç kəsin bağlılığını və nifrətini belə bilmədən, heç kəsin heç zaman xatırlamayacağı qığılcım kimi sönüb gedəcək. Onun bu həyatda heç kəsi yox idi. Elə özü də təkliyəmeylli adam olduğundan həyatını daha xoşbəxt axara yönəldə biləcək qədər mənəvi gücü də yox idi. Səhrada yaşayanın sığınacağına bənzəyən qaranlıq, hörümçəklərin sevimli yeri olan dəftərxana arxivinin küncü və qəhvəxanaların bivec, yuxulu mühiti - onun bütün həyatı bundan ibarət idi. Heç kəsi maraqlandırmırdı ki, onun da ürəyi var. Kimsə ondan soruşacaqmı ki, yaxşı geyinmək, sevmək, sevilmək istəyirmi? Sevmək... Bu fikir onun ürəyini tez-tez sıxardı. O, necə sevə bilərdi? Ona taleyini etibar edəni necə qucağında gəzdirər, ilahiləşdirərdi?” Gərgin fəlsəfi, psixoloji süjet xətti olan “Bədbəxt ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi_ ____ so 799 oa Dionis” əsərində müəllifin tarix, dünya, dünyanın idarə olunması, Tanrı haqqındakı təsəvvür və düşüncələri də maraq doğurur. Şair - yazıçı ciddi nəsr əsərləri yazmaqla bərabər, balacaları da unutmamış, uşaqların və böyüklərin çox sevdiyi "Göz yaşından yaranmış Fet Frumos”, “Hind nağılı” adlı nağılları da qələmə almışdır. Emineskunun bədii yaradıcılığı ilə yanaşı, ictimai- siyasi fəaliyyəti də təqdirəlayiq idi. “Timpul” qəzetində iş lədiyi müddətdə o, bir çox publisistik məqalələr yazmışdır. Həmin dövrdə “Epiqon”dan sonra kəndli mövzusuna həsr olunmuş “Mələk və İblis” poeması ərsəyə gəlmişdir. Daha sonra inqilabi mübarizə ruhu ilə aşılanmış “İmperator və proletar” poeması oxucuların ixtiyarına verilmişdir. Eminesku yaradıcılığının şah əsəri “Luçaferul”, yəni “Dan ulduzu” poeması hesab edilir. Bu əsər üzərində şair üst-üstə səkkiz il işləmişdir. Burjua cəmiyyətində yaradıcı şəxsiyyətin faciəsini əks etdirən poemanı Azərbaycan dilinə Fəridə Hacıyevə tərcümə etmişdir. Əsəri oxuyarkən aydın olur ki, folklor materialları əsasında yaranan bu poema fəlsəfi motivlərlə çox zəngindir. Məsələn: Gəlsəm də hüzuruna, Ey könlümün pərisi. Anam dənizdi mənim, Atam göylər qübbəsi. Yaxud: Dünyamdan yerə enib, Gəldim oğrun, sakitcə. Atam günəşdi mənim, Anamsa zülmət gecə. _______________ Reyhar. Llirzəzadə ________________ so 2CC oa. Xalqın böyük şairinin “Namələr” əsərində 1881-89- cu illərdə ictimai ədalətsizlik əleyhinə etiraz üsyanı ədəbiyyat səhifələrinə köçürülür. ... Bu gün Rumıniyada, Konstantsa şəhərində, Qara dəniz sahilində Emineskunun möhtəşəm abidəsi ucalır. Lakin o, burada tək deyil. Şairin dərin bir məhəbbət bəslədiyi sevgilisi, gözəllər gözəli Veronika da onunla bir likdədir. O Veronika ki, Mixay yoxsulluq, daim ehtiyac içində yaşaması ucbatından həsrət çəkdiyi sevgilisinə qovuşa bilməmişdi. Veronika Mikle istedadlı rumın şairəsi idi. Mixay onunla 1872-ci ildə ədəbiyyat gecələrinin birində tanış olur və onu saf bir məhəbbətlə sevir. Sevgisinin qarşılıqlı olması Emineskunu sevindirsə də, maddi sıxıntı onu Ve ronika ilə bir yerdə olmaq, birgə yaşamaq arzusunu içində boğmağa məcbur edir. Sabahını kədərlə düşünən, heç özünün belə gündəlik ehtiyaclarını ödəmək imkanı ol mayan xəstə şair üçün sevgilisinə qovuşmaq ömrünün sonuna qədər əlçatmaz bir xülyaya çevrilir. Şair öz mə həbbət duyğularını “Meşə haqqında nağıl”, “Göl”, “Arzu”, “Ulduzlardan pay istədim” şeirlərində təsvir edir. “Tənhalıq” , “İlham pərim”, “Ah, necə qəmgin könül”, “Sevmirəm yer üzünü”, “Səndən nə qədər uzağam mən...”, “Xahiş edirəm qal”, “Məhəbbət getdi”, “Ayrılıq” şeirlərində şair öz həsrətini çox ağrılı şəkildə kağız və qələmlə “bölüşür”. Mixayın Veronikaya həsr etdiyi, 1965- ci ildə Kamilə Nemətova tərəfindən Azərbaycan dilinə tərcümə olunan “Sən hələ yoxsan..." şeiri diqqəti cəlb edir: De, bir yadındamı isti yay günü, Nədən hiss etmirdik biz o bürkünü? Sənə hey deyirdim, ey sədaqətim, Mənim məhəbbətim, ey məhəbbətim. Azərbavcancılıa və vətənpərvərlik məfkurəsi ____ so 201 oa Çox gözəl görmüşəm, qadın görmüşəm, Yaqut dodaqlıdan tez ötüşmüşəm. Heç zövq almamışam bu gözəllikdən, Səni axtarmışam, aramışam mən... Veronika da Mixayı o qədər dərin bir məhəbbətlə sevirdi ki, ağır xəstə olduğu zaman bir an da olsun, şair dən ayrılmır, qayğı və isti nəfəsini ondan əsirgəmirdi. Ey ni ildə dünyaya göz açan iki sevgili, eyni ildə də, 1889-cu ildə həyatdan köçür. Əvvəlcə Mixay, qısaca müddətdən sonra Veronika... Bu gün bu cüt sevgililər milyonlann qəlbində, onları hər gün təzə-tər çiçəklərlə ziyarətə gəlib xatirəsini əziz tutan neçə - neçə insanın, qarşılıqlı məhəbbətlə ailə həyatı qurub ömür yollarında bir-birilərinə sədaqət andı içən neçə-neçə gəncin ürəyində əbədi bərabərlik abi dəsinə dönüblər. Əbədi bərabərlik, əbədi məhəbbət abi dəsinə! Heykəlləri Qara dəniz sahilində olsa da... _______________ Reyhan Mirzəzadə _______________ “Azad Azərbaycan"qəzeti, 18 yanvar 2005 - c iil во 202 oa M ERDEKA - İNDONEZİYA DİLİNDƏ “A ZA D L IQ ” DEMƏKDİR “Bu ölkəni daha yaxından izləməliyik, çünki on il sonra İndoneziya çox fərqli bir mövqedə olacaq”.. (Türkiyə jurnalistinin İndoneziya səfərindən sonra yazdığı məqaləsindən) İndoneziya adalar dövlətidir. Asiya ilə Avstraliya arasında, Sakit okeanla Hind okeanı arasında olan üç min adadan ibarət böyük bir tağım adalarıdır. İndoneziya dünyada ən böyük arxipelaqdır. 230 milyon nəfər əhali sayına görə dünyada Çin, Hindistan və ABŞ-dan sonra dördüncü yeri tutur. Əhalinin 96 faizini dil, mədəniyyət və mənşəcə yaxın, 150-dən çox xalqdan ibarət olan indone ziyalılar təşkil edir, ölkədə eyni zamanda indiyədək ibtidai icma formalarını saxlayan qəbilə və tayfalar, həm çinin çinlilər, ərəblər, Hindistan, Pakistan və banqladeş- dəngəlmələr, hollandlar da yaşayır. Ümumiyyətlə, İndo neziyada 300 etnik qrup mövcuddur, əhali 728 dildə danışır. İndoneziya dünya iqtisadiyyatı və siyasətinə birba şa təsir göstərə bilən nəhəng 20-lik (G-20 kimi qeyd olunur) ölkələr qrupuna daxildir və iqtidsadiyyatının sü rətli artım tempinə görə bu qrupda Çindən sonra ikinci yerdədir. Ölkənin ümumi daxili məhsulunun həcmi 1 tril yon ABŞ dollarından çoxdur. Dünya iqtisadiyyatı ədəbiy yatında İndoneziya, Malayziya, Sinqapur iqtisadiyyat larının sürətli inkişafına görə “pələng dövlətlər” ad landırılır. Mütəxəssislərin proqnozlarına görə, yaxın gələ cəkdə İndoneziyanın dünya iqtisadiyyatında rolu daha da artacaq, bu ölkə iqtisadiyyatının artım sürətinə və həcminə görə ilk 10-luqda yerini tutacaqdır. ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ BO 203 GA İndoneziya fərqli millətlərin, dinlərin bir-birinə səm im i dostluq m ünasibəti, qarşılıqlı ehtiram göstərdiyi ölkələrdən biridir. Burada müxtəlif millətlərin dinini, mədə niyyətini və tarixini özündə birləşdirən saysız-hesabsız m əbəd və abidələr vardır. Yazılı mənbələrdən məlum olurki, İndoneziya ərazisində mövcud olan ilk din bud dizm dir. Buddizm dini bu ərazilərdə lll-IV əsrlərdə mey dana gəlib. Buddist abidələrinə İndoneziyanın demək olar bütün ərazilərində rast gəlmək olar. Buddizmin ilk yayıl dığı yer olan Bali adasında bir-birindən əzəmətli və hey- ranedici minlərlə buddaçı məbədləri mövcuddur. Bali adası bu m ədəniyyət və memarlıq inciləri ilə o qədər zən gindir ki, deyilənə görə, burada hər evdə, mağarada, ba zarda və hətta benzindoldurma məntəqələrində belə m əbədlərə rast gəlmək mümkündür. V-VII əsrlərdə İndoneziya və Hindistan arasında ticarət və mədəni əlaqələrin inkişafından sonra İndone ziya ərazisində Hindistan mədəniyyəti və memarlığı ilə bərabər, hinduizm dini də yayılmağa başlayıb. Hinduizm və buddizm bir-birinə yaxın dinlər olduğu üçün bu dinlərə sitayiş edənlər eyni məbədlərdə görüşürdülər. İndoneziyada İslam dini XI-XIİI əsrlərdə Malayziya və Hindistandan keçməklə yayılmağa başlayıb. XVI əsrdə xristianlıq meydana gəlib. Əvvəlcə portuqallar tərəfindən katoliklik yayılıb və katolik kilsələri tikilib. Sonralar hol landlar protestantlığı yaymağa başlayıb və katolik kilsələr protestant kilsələri ilə əvəz olunub.Müxtəlif əsrlərdə dinlərin bir-birini əvəz etməsi ölkə ərazisində xeyli sayda məbədlərin tikilməsinə səbəb olub. Təkcə buddizmə aid 22 min buddaçı məbədi tikilib. Bunlardan ən böyük və ən qədimi bütün dünyada məşhur olan Borobudur məbədi dir. Məbəd Yava adasında paytaxt Cakarta şəhərindən 40 km şimal-şərqdə yerləşir,, “Dağlarda Budda məbə- __________________Reyhan_Mirzəzadə__________________eo__204__ca'>________________ Reyhan Mirzəzadə ________________ eo 204 ca di” adlanan bu möcüzəli tikili kvadrat şəklindədir. Kvadratın hər tərəfinin uzunluğu 120 metrdir Ümumi əra zisi 55 min kv metrdir. Tikilidə iki milyon daş bloklardan istifadə olunub. Məbədin içində Buddanın 504 heykəli, 1460 dini mövzuda işləmələr var. Məbədin zirvəsinə qalxmaq üçün səbrlə bir neçə km məsafə qət etmək lazımdır. Zirvəyə qalxan yol spiral şəklindədir. Alimlər məbədi təqribən VII-IX əsrlərə aid edir. Zaman-zaman ərazidə baş verən zəlzələ və vulkanlar tikiliyə ziyan vursa da, bərpa işləri aparılıb. İndi məbəd İndoneziyanın ən qiymətli sənət abidələrindən biri kimi dövlət tərəfindən qorunur. Eyni zamanda Borobudur məbədi YUNESKO nun Ümumdünya İrsi siyahısına daxil edilib. İndoneziyada YUNESKO-nun Ümumdünya İrsi siyahısına düşən tarixi memarlıq abidələrindən biri də buddizmin və hinduizmin ən böyük nümunələrindən biri olan “Prambanan“ kompleksidir. Kompleks X əsrin əvvəlində tikilib. Yava adasının mərkəzində, Cakarta şəhərindən 18 km şərqdə, Borobudur və məşhur çar sarayı olan Ratu Bokodan bir qədər aralıda yerləşir. 1918-1953-cü illərdə holland alimi tərəfindən bərpa edilib. Ratu Boko sarayını XVII əsrin sonunda portuqaliyalılar tikib Alimlərin və çoxsaylı turistlərin diqqət mərkəzində olan məşhur məbədlərdən biri də Lara Conqranq adlanır. Məbəd X əsrdə Mataram hökumətinin başçısı Caksa tərəfindən tikilib. Adının mənası “Qamətli qız” olan Lara Conqranq 47 metr hündürlükdədir və Şiva adlı Allahın şərəfinə yaradılıb. Cənub-şərqi Asiyada ən böyük məscid olan istiqlal məscidi Cakarta şəhərində yerləşir. Bu, İndoneziyanın Milli Məscidi kimi çoxsaylı müsəlmanların əziz ziyarət gahıdır Regionun ən böyük məscidi, eyni vaxtda 120 min ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 205 ca nəfər insanı qəbul edir. İstiqlal, İndoneziya azadlığına nail olduqdan sonra xalqın Allaha bir daha məhəbbətinin və təşəkkürünün təzahürü kimi inşa edilib, istiqlal sözü ərəb dilində “azadlıq” deməkdir. 1953-cü ildə İstiqlal məs cidinin tikilməsi üçün komitə yaradılıb. Bir neçə memarın layihəsi təkilf olunub. Memar Fredrik Slabanın layihəsi məqsədəuyğun hesab edilib. 1961-ci il 24 avqustda Prezident Əhməd Sukarno tikintinin təməlini qoyub. Tikinti 17 ilə tamamlanıb. 1978-ci il fevralın 22-də İndo neziyanın növbəti Prezidenti Suxarto Milli Məscidin açılışında iştirak edib. İndoneziya olduqca maraqlı ölkədir, ölkənin öz təqvimi vardır. İndoneziyalılar şən həyatı sevirlər. Onların təqvimlərində o qədər bayramlar mövcuddur ki, sanki ölkə hər gün bayram edir. İldə 230 gün bayram günüdür. Təkcə Kuninqan və Qalunqan adlı dini bayramlar on gün davam edir. Bayram günləri ailələr bir məkana yığışıb Allaha dua edirlər ki, Tanrı ocaqlarındakı səadəti qoru sun. Buna görə bayrama səadət bayramı da deyilir. İndoneziya təqvimində bir bayram da var ki, bu, 8 mart beynəlxalq qadınlar gününə çox yaxındır. Həmin gün, 21 aprel-Kartini günü İndoneziyada qadınlar bay ramıdır. Raden Adjenq Kartini İndoneziyanın yazıçısı, ictimai-siyasi xadimi, ideoloqu, ilk feminist qadını və Milli Qəhrəmanı olub. Yüksək ziyalı ailəsində doğulub, Qərb təhsili alıb. Qadınların maariflənməsinə çalışıb. Köhnə feodal qanunlarının, çoxarvadlılığın, erkən nigahların əleyhinə gedib. Qadın hüquqlarının müdafiəçisi kimi məqsəd və amallarını yazdığı “Zülmətdən işıqlığa” adlı kitabında əks etdirib. Xanımın fəaliyyəti İndoneziyada m illi hərəkatın simvollarından biri kimi qiymətləndirilib. Məktəblərə adı verilib. _______________ Reyhan Mirzəzadə ________________ £o 206 Oä Dost və qardaş ölkənin - İndoneziyanın siyasi tarixində bütün xalq üçün əziz olan bir gün var. Bu, 17 avqust - Müstəqillik Günüdür. Bu şanlı tarixə gedən yol olduqca çətin, iztirablı, eyni zamanda şərəfli və qürurlu yol olub. Bu yolda ölənlər də az olmayıb, həbsxanalarda zülümlərə düçar olanlar da, min cür dərd tapıb məhv olanlar da çox olub, amma İndoneziya düşmən qarşısın da əyilməyib. Döyüşüb, mübarizə aparıb və qalib gəlib. ...Artıq XVI əsrdə İndoneziya müsəlman süla lələrinin başçılıq etdikləri kiçik dövlətlərə bölünür. Avropa müstəmləkəçilərinin ilk dəfə İndoneziyaya gəlməsi həmin əsrə aid edilir. XVIII əsrdə hollandlar Yava adasının əsas bölgələrini, XIX əsrdə isə bütün İndoneziyanı işğal edir. XX əsrin əvvəlindən İndoneziyada mütəşəkkil milli azadlıq hərəkatı başlayır. 1908-ci ildə ilk milli təşkilat - Budi Utomo, 1911-ci ildə İslam Kütləvi-Siyasi təşkilatı - Sariqat təşis edilir. 1939-cu ildə İndoneziyada milli şüurun güclənməsi nəticəsində ilk vahid milli cəbhə təşkilatı-lndoneziya Siyasi Birliyi təşkilatı yaranır. 1942-1945-ci illərdə İndo neziyanı Yaponiya qoşunları işğal edir. 1945-ci ilin 17 avqustunda milli-azadlıq hərəkatının güclü mübarizliyi nəticəsində keçmiş müstəmləkə ərazisində azad, müs təqil dövlətin-lndoneziya Respublikasının yaranması elan olunur. O vaxtdan 17 avqust ölkədə milli bayram-Müstə- qillik Günü kimi geniş qeyd olunur, ölkənin ilk Prezidenti Sukarno seçilir. Əhməd Sukarno kasıb müəllim ailəsində doğul muşdu. İndoneziyada mövcud olan bir neçə dildən əlavə, ingilis, fransız, alman və yapon dillərini də yaxşı bilirdi. 1927-ci ildə yaranan İndoneziya Milli Partiyasının bani lərindən biri və partiyanın sədri olmuşdu. Xalq ara sında Bunq Karno, yəni qardaş Karno adı ilə məşhur idi. _ Azərbaycançılıq və vətənpərvərlik məflturəsi _____ s n 207 ea Müstəmləkəçiliyə, əsarətə qarşı mübarizədə iştirak etdi yinə görə 1929-1931-ci illərdə hollandiyalılar tərəfindən Bandunqda iki il həbs cəzasına məhkum edilmişdi. 1932- ci Üdə İndoneziya Milli Partiyasının əvəzində yaradılmış İndoneziya Partiyasına daxil olub onun sədri seçilmişdi. 1933-1942-ci illərdə səkkiz il Sumatra və Flores ada larında sürgün həyatı yaşamışdı. 1945-ci ildə İndonezi yanın istiqlaliyyətini bəyan edib onun ilk Prezidenti seçil dikdən sonra, 1963-cü ildə Əhməd Sukarnoya inqilabın böyük rəhbəri titulu verilmiş və o, ömürlük Prezident elan olunmuşdu. Lakin 1965-ci il 30 sentyabr hadisələri nəticəsində ölkədə hərbi-bürokratik rejimin yaradılması ilə Sukarnonun siyasi fəaliyyəti məhdudlaşdırılmış və o, 1966-cı ildə hakimiyyətdən uzaqlaşdırılmışdı. Hakimiy yətdən uzaqlaşdığı ildən ömrünün sonuna qədər ev dustağı idi. Onun ideologiyası ölkədə qadağan olunsa da, 1970-ci ildən sonra ideologiya üstünlüyü ilə haqqa tapındı, bu qadağa aradan götürüldü. Nəydi bu ideo logiya? Gəlin, tarixi sənədlərə müraciət edək və arxivin səhifələrində bunu necə deyərlər, onun öz dilindən eşidək. 1956-cı ilin sentyabrın əvvəlində İndoneziyanın ilk Prezidenti Əhməd Sukarno keçmiş SSRl-yə rəsmi səfərə gələrkən ölkənin bir çox yerlərini gəzdi. Müsəlman xalqlı respublikalarda - Özbəkistanda və Azərbaycanda olarkən onun etdiyi çıxışlarda müsəlman doğmalığı özünü aydın büruzə verirdi. O, deyirdi:”Sizin aranızda çoxlu müsəlman olduğunuzu bildiyimə görə, mən sizə müsəlmancasına salam vermək istəyirəm. İndoneziyada ən müxtəlif dinlərə etiqad edən adamlar yaşayır, orada müsəlmanlar, xris tianlar və büdpərəstliyə etiqad edən adamlar vardır, lakin İndoneziya xalqı özünü vahid bir xalq hiss edir və indoneziyalılar bir-birilərini İndoneziya dilində “Merdeka!”- _______________ Reyhan Mirzəzadə ___________ _ Ю 208 oa deyə salamlayırlar. Bu söz isə İndoneziya dilində Azadlıq deməkdir. Biz 350 il müstəmləkə əsarəti altında olmuşuq, 350 il bundan əvvəl birinci dəfə olaraq hollandiyalılar bizim ölkəmizə gəlmişlər. İndoneziyada milli mübarizə 1908-ci ildə başlanmışdır. Əvvəlcə kiçik bir hərəkat olan bu mü barizə tədricən genişləndi və bütün İndoneziya xalqının, 80 milyonluq indoneziyalıların hamısını bürüdü. 1945-ci il avqustun 17-də biz özümüzü müstəqil dövlət elan etdik, İndoneziya xalqını azad və müstəqil xalq elan etdik! İndi məndən qabaq çıxış edən alim, bizim qəh rəmanlarımızdan Suopatinin və Kipokaqorun adını çəkdi. Bəli, doğrudan da onlar mübarizə aparmışlar. Onlar nəyin uğrunda mübarizə aparmışlar? Onlar ideya uğrunda mübarizə aparmışlar. Bir çoxları həbsxanalara gön dərilmişdir. On minlərlə adam həbsxanalarda həlak olmuşdur, on minlərlə adam güllələnmişdir. Onlar nəyin xatirinə bu yol ilə getmişlər? Müəyyən ideyanın xati rinə.Biz də müəyyən ideya xatirinə inqilab etmişik. Bu ideya xatirinə İndoneziya Respublikası yaradılmış, İndo neziya xalqının istiqlaliyyəti elan edilmişdir. İndoneziya xalqının qəlbində yaşayan bu ideya hansı ideyadır? Bu, azadlıq, xoş güzəran, bərabərlik və bütün dünyada sülh ideyasıdır. Dövlət həyatında bu ideya məlum “Pənça sila” prinsiplərində ifadə edilmişdir. İki növ “Pənça sila” vardır. İndoneziyada elan edilmiş “Pənça sila” prinsipləri vardır. Bunlar İndoneziya dövlətinin əsaslandığı beş prinsipdir. Bu prinsiplər aşağadakılardan ibarətdir: 1. Allaha etiqad etmək və bütün dinlərə hörmət etmək. 2. Vətənə məhəbbət. 3. Humanizm 4. Dövlətin istiqlaliyyəti və suverenliyi. 5. İctimai xoş güzəran. ___ Azərbaycançılıq və vətənpərvərlik məflturəsi _____ ю 209 ca. Bu “Pənça sila” prinsipləri İndoneziya dövlətinin daxili prinsipləridir. Lakin bütün dünyada məşhur olan və 1955-ci ilin aprel ayında Asiya və Afrika ölkələrinin Bandunq konfransında elan edilmiş “Pənça sila” prinsip ləri də vardır. Bu “Pənça sila” prinsipləri dövlətlərin dinc yanaşı yaşaması, qarşılıqlı faydaya və bərabərliyə əsaslanan əlaqələr yaradılması prinsipləridir “Pənça sila”- beş məlum prinsip ideyası müxtəlif ölkələrin dinc yanaşı yaşamasından, istiqlaliyyətindən və bir-birilərinə hörmət etməsindən bəhs edir. Biz qoca rəhbərlər bəlkə də bu ideyanın həyata keçiriləcəyi vaxta qədər yaşaya bilmədik, lakin gənclər bütün dünyada sülhü görəcəklər, bütün dünyada dostluğu görəcəklər, qarşılıqlı hörməti görəcəklər. Gənclər dünyanın bütün ölkələrinin dinc yanaşı yaşamasının şahidi olacaqlar. Biz həmişə gənclərimizi öz ideyalarımızı inkişaf etdirməyə çağırmışıq.İndoneziya rəhbərlərinin daşıdıqları bu ideya ları İndoneziya gəncləri inkişaf etdirəcəklər. Biz öz müba rizəmizi İndoneziya gənclərinə tapşırırıq. Biz deyirik ki, biz qocalar bir yerə toplaşsaq, dağı yerindən qaldıra bilərik, lakin gənclərin hamısı bir yerə toplaşsalar, onlar bütün dünyanı dəyişdirə bilərlər. “ Pənça sila" ideyası hazırda İndoneziya gənclərinin qəlbində yaşayır... Mən Şimalda, Cənubda, Qərbdə və Şərqdə yaşayan bütün adamlara müraciət edirəm. Mən dərisinin rəngindən, ağ və ya qara, sarı və ya qəhvəyi olmasından asılı olma yaraq, bütün adamlara müraciət edərək deyirəm: gəlin dostlar, sülhün xeyri üçün hamımız birlikdə işləyək, hamımız birlikdə çalışaq. Mən bütün dünyanın adam larına müraciət edərək, onları möhkəm sülhün həyata keçirilməsi uğrunda birlikdə çalışmağa və birlikdə mübarizə aparmağa çağırıram”. Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling