Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet130/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   126   127   128   129   130   131   132   133   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
263 
Yeri gəlmişkən, mən demək olar, bu yüz mini də 
görmədim; pulu həmişə o saxlayırdı, mənimsə hər gün 
yoxladığı kisəmdə heç vaxt yüz frankdan artıq pul olmurdu. 
– Yaxşı, pul sənin nəyinə lazımdı? – o, bəzən lap sadə 
görkəmlə soruşurdu, mən də onunla mübahisə eləmirdim. 
Bununla belə, həmin pula öz mənzilini həddən artıq yaxşı 
təmir etdirdi, sonra məni yeni mənzilə köçürəndə otaqları 
göstərə-göstərə dedi: “Bax, gör ən cüzi vəsaitlə neyləmək 
olar”.
Amma bu cüzinin dəyəri düz əlli min frank idi. Qalan 
əlli minə o, fayton və atlar aldı.Bundan başqa, biz iki bal
daha doğrusu, iki təntənəli gecə keçirtdik.Çox-çox 
cəhətlərdən gözəl, hətta o qədər də pis olmayan Hortense də, 
Lisette də, Kleopatre də həmin gün gecədəydilər. Bu iki 
gecədə mən ev sahibinin ən səfeh rolunu oynamağa; 
varlanmış, küt tacirciyəzləri, dəbli fraklarda, noxudu 
əlcəklərdə, hətta bizim Peterburqda da ağla gəlməyən 
dərəcədə şöhrətpərəstliklə, lovğalıqla təşrif buyuran; 
cahilliklərinə, abırsızlıqlarına görə dözülməz olan cürbəcür 
hərbi poruçikləri də, miskin müəllifciyəzləri də, jurnal 


www.vivo-book.com 
264 
böcəklərini 
də 
qarşılamağa, 
əyləndirməyə 
məcbur 
edilmişdim.Bu isə artıq çox şey deməkdi. Onlar hətta məni 
ələ salmaq fikrinə düşdülər, amma mən şampandan vurdum 
və arxa otaqda uzanıb yatdım. Bunlar məndən ötrü həddən 
artıq iyrənciydi.
“C’est un outchitel, – Blanche mənim barəmdə deyirdi, 
il a dadne deux cent mile franch
105
və mənsiz onların necə 
xərclənəcəyini bilməzdi. Sonra təzədən müəllimliklə məşğul 
olacam; – bir kimsə yer bilirmi? Ondan ötrü nəsə eləmək 
lazımdı”.
Şampana çox tez-tez əl atmağa başladım, ona görə ki, 
həmişə çox kədərliydim, hədsiz darıxırdım. Mən hər qəpiyin 
hesablandığı, ölçülüb-biçildiyi ən burjuy, ən pulgir mühitdə 
yaşayırdım. Blanche ilk iki həftə məni qəti sevmirdi, bunu 
sezirdim; düzdü, məni şıq geyindirirdi, hər gün qalstukumu 
özü bağlayırdı, amma qəlbində səmimi qəlbdən mənə nifrət 
eləyirdi. Mən buna qətiyyən fikir vermirdim. Adətən tutqun, 
105
Bu müəllimdi… o, iki yüz min frankı udub – frans.



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   126   127   128   129   130   131   132   133   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling