Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet131/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   127   128   129   130   131   132   133   134   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
265 
ölgün halda “Chateau des Fluers”ə
106
gedirdim, burda 
müntəzəm, hər axşam doyunca içirdim və kankan
107
öyrənirdim (bunu orda həddən artıq pis oynayırlar), axırda 
hətta bu sahədə məşhurlaşdım. Nəhayət, Blanche məni 
dişlədi: o, nəsə əvvəlcədən özündən ötrü ideya quraşdırmışdı 
ki, birgə yaşadığımız bütün müddət ərzində mən əlimdə 
qələm-kağız arxasınca gəzəcəyəm, hesablayacağam ki, nə 
qədər xərcləyib, nə qədər oğurlayıb, nə qədər xərcləyəcək, 
hələ nə qədər də oğurlayacaq? Əlbəttə, əminiydi ki, hər on 
frank üçün döyüşəcək. Onun qabaqcadan ehtimal elədiyi hər 
etiraza hazırıydı; amma məndən heç cür hücum 
görmədiyindən, birinci az qala özü etiraz eləməyə 
başlamışdı. Özgə vaxt qızğın-qızğın başlayır, amma mənim 
susduğumu görəndə – əksərən qatlama çarpayıda uzanıb 
tavana baxa-baxa – hətta axırda təəccüblənirdi. Əvvəlcə 
fikirləşdi ki, mən sadəcə, axmağam, “un ounchitel”-əm, 
güman ki, öz-özünə: “Axı o, axmaqdı; hər halda özü başa 
106
“Çiçəklər qəsri” – frans.
107
Nalayiq bədən hərəkətlərilə oynanan fransız rəqsi – tərc.


www.vivo-book.com 
266 
düşmür, onun üstünə düşməyin xeyri yoxdu”. Fikirləşib, 
sadəcə, izahına ara verirdi. Bəzən çıxıb gedirdi, amma on 
dəqiqədən sonra yenə geri qayıdırdı (bu onun ən coşqun, 
bizim vəsaitimizə tamamilə uyğun gəlməyən bədxərclikləri 
zamanı baş verirdi: məsələn, o, atları dəyişib, bir cütünü on 
altı min franka alıb). 
– Hə, necəsən, Bibi, incimirsən? – o mənə yaxın gəldi. 
– Yo-o-ox! Bezmi-ş-ə-əm! – onu əlimlə özümdən 
aralayıb deyirdim, amma bu ondan ötrü elə maraqlıydı ki, 
dərhal böyrümdə otururdu. 
– Görürsən, əgər bu qədər pul verməyi qərara 
almışamsa, bunu ona görə eləmişəm ki, onları təsadüfən 
satırdılar. Atları təzədən iyirmi min franka satmaq olar. 
– İnanıram, inanıram.Gözəl atlardı.İndi sən də yaxşı at 
minirsən.Lazım olar.Hə, bəsdi. 
– Deməli, incimirsən? 
– Nəyə görə axı? Sən ağıllı iş görürsən ki, özün üçün 
bir para lazımlı şeylərin ehtiyatını tutursan. Bütün bunlar 
sonra lazımın olacaq. Görürsən ki, sən, doğrudan da, bu cür 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   127   128   129   130   131   132   133   134   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling