Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
273 gülüşlə gülürdü, elə bil, qəşş eləyirdi: başqa vaxt bütöv saatlarla qalın qaşlarını çatıb, gecə kimi tutqun halda otururdu… hətta çox şeyləri də xatırlamırdı; biabırçı dərəcədə dalğın oturmuşdu, öz-özüylə danışmaq vərdişi qazanmışdı. Yalnız təkcə Blanche onu canlandıra bilərdi; elə bir küncə qısıldığı tutqun, qəzəbli tutmaları da bircə o deməkdi ki, Blancheni çoxdan görməyib, yaxud Blanche harasa gedib, amma onu özüylə aparmayıb, ya da çıxıb gedəndə ona nəvaziş göstərməyib. Bununla yanaşı, nə istədiyini özü deyə bilməzdi, tutqun, kədərli olduğundan da xəbəri olmazdı. Bir-iki saat oturub (mən bunu iki dəfə Blanche bütün günü güman ki, Albertin yanına gedəndə sezmişdim), o, ora-bura boylanır, vurnuxur, ətrafını axtarır, yadına salır, elə bil, kimisə axtarıbtapmağa çalışır; amma kimsəni görməyib və nə soruşmaq istədiyini heç cür ala bilməyib, qəfildən şən, oynaq, çılpaq Blanche cingiltili qəhqəhələriylə peyda olanacan huşa gedirdi; Blanche onun yanına qaçırdı, dartışdırmağa başlayırdı və hətta öpürdü, – yeri gəlmişkən, bununla onun nadir hallarda şikayətlənməyinə səbəb olurdu. Bir dəfə general onun www.vivo-book.com 274 hərəkətinə o qədər sevindi ki, hətta ağladı, – mən hətta təəccübləndim. Blanche onun bizə gəlməsinin lap əvvəlindən dərhal mənim qarşımda generala vəkillik eləməyə başladı. O hətta gəlişigözəl danışırdı; xatırladırdı ki, generala mənə görə xəyanət eləyib, artıq demək olar, onun nişanlısıymış, ona söz veribmiş; deyirdi ki, ondan ötrü general ailəsini atıb, nəhayət, mən onun yanında qulluq eləmişəm, bunu hiss eləməliyəm və deyirdi ki, heç utanmırammı… Mən elə hey susurdum, o isə həddən artıq boşboğazlıq eləyirdi. Nəhayət, qəhqəhə çəkib güldüm, məsələ bununla da bitdi.Yəni əvvəlcə o fikirləşdi ki, mən axmağam, axırdasa, mənim yaxşı, üzüyola adam olmağım fikrinin üzərində dayandı. Bir sözlə, axırda bu ləyaqətli qızın tam rəğbətini qəti qazanmaq xoşbəxtliyinə nail oldum. (Yeri gəlmişkən, Blanche doğrudan da, həddən artıq xeyirxah qızıydı, – amma şübhəsiz ki, özünəxas tərzdə; əvvəlcə mən onu belə qiymətləndirmirdim.) “Sən ağıllı, xeyirxah adamsan, – o axırda mənə deyirdi, – və… və… amma təəssüf ki, belə axmaqsan! Sən heç bir şey, heç bir şey qazanmayacaqsan!” |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling