Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
38 saxlayırdılar, elə bil ki, daha incə, nəzakətli davranırdılar; indisə, onların dostluğu və qohumluğu nəsə kobud və qısa görünür. Ola bilsin, işlərimiz onlara o qədər pis görünür ki, bizimlə həddən artıq nəzakətli davranmağı, gizlənməyi vacib saymırlar. Mən hələ üçüncü gündən mister Astleyin m-lle Blanche və onun anacığazını necə nəzərdən keçirdiyini sezmişdim. Məncə, onları tanıyır. Mənə hətta elə gəldi ki, bizim fransız da qabaqlar mister Astleylə rastlaşıb. Bununla belə, mister Astley o qədər utancaq, həyalı, az danışandı ki, ona demək olar ki, etibar eləmək mümkündü – evin sirrini bayıra çıxarmaz. Hər halda, fransız ona ötəri baş əyir və heç üzünə belə baxmır; deməli, belə çıxır ki, qorxmur. Bu hələ aydındı; amma niyə m-lle Blanche də onun üzünə baxmır? Xüsusən, ona görə ki, markiz dünən özünü dolaşdırdı: yadımda deyil hansı səbəbdənsə, o, ümumi söhbətdə qəfildən dedi ki, mister Astley həddən artıq varlıdı, bu haqda xəbəri var: elə onda m-lle Blanche mister Astleyə baxmalıydı! Ümumiyyətlə, general narahatlıq içindədi. Aydındı ki, indi xalasının ölümü barədə teleqram ondan ötrü hansı əhəmiyyət kəsb eləyir! www.vivo-book.com 39 Mənə Polinanın söhbətdən yayınması məqsədli göründü. Amma özüm də soyuq, etinasız görkəm aldım: elə hey fikirləşdim ki, o, indicə mənə yaxınlaşacaq. Buna rəğmən, dünən və bu gün bütün diqqətimi əsasən m-lle Blanche-yə yönəltdim. Yazıq general, tamam məhv olmuşdu! Əlli beş yaşında bu cür ehtirasla vurulmaq, əlbəttə, bədbəxtlikdi! Onun üstünə də dulluğunu, uşaqlarını, tamam dağılmış malikanəsini, borclarını və nəhayət, vurulmalı olduğu qadını da əlavə eləyin. M-lle Blanche öz-özlüyündə gözəldi. Amma bilmirəm, əgər desəm ki, onun qorxunc siması var, məni başa düşərlərmi? Hər halda, mən belə qadınlardan həmişə qorxmuşam. Onun yəqin ki, iyirmi beş yaşı var. Hündür və enlikürəkdi, dik çiyinləri var; boynu və sinəsi genişdi; dərisinin rəngi qarabuğdayı – sarıdı, saçının rəngi tuş kimi qaradı, həm də o qədər çoxdu ki, iki bərbərə bəs edər. Gözləri qaradı, gözlərinin ağı sarımtıldı, baxışları həyasızdı, dişləri dümağdı, dodaqları həmişə boyalıdı, ondan müşk qoxusu gəlir. Çox gözəl, zəngin, şıq, amma böyük |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling