www.vivo-book.com
43
– Necə? Siz bunu da bilmirsiniz? – gülə-gülə təkrar
elədim.
– Hm, bu ağlıma xüsusi bir fikir salır. – O, başını
tərpətdi və yoluna davam elədi. Bu zaman görkəmindən
razılıq yağırdı. Biz onunla çox pis fransız dilində danışırıq.
IV FƏSİL
Bu gün gülməli, yaramaz, sarsaq günüydü. İndi gecə
saat on birdi. Öz otağımda oturub xatırlayıram. Hər şey
ondan başladı ki, səhər Polina Aleksandrovna üçün oynamaq
məqsədilə ruletkaya getmək məcburiyyətində qaldım. Mən
onun bütün yüz altmış fridrixsdörünü götürdüm,
amma iki
şərtlə: birincisi – mən yarısına oynamaq istəmirəm, daha
dəqiq desəm, əgər udsam, özümə heç nə götürməyəcəyəm,
ikincisi – axşam Polina mənə aydınlaşdıracaq ki, udmaq ona