Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
46 elə gəlir ki, beş dəqiqəyəcən vaxt ərzində əlimə dörd yüz fridrixsdörə qədər pul gəldi. Elə buradaca aralanmalıydım, amma içimdə hansısa qəribə duyğu yaranmışdı, taleyə anlaşılmaz meydan oxuma, bir növ onu çimdikləmək, dilimi göstərmək arzusu peyda olmuşdu. Mən icazə verilən ən böyük məbləğ – dörd min qulden qoydum və uduzdum. Sonra qızışıb olan-qalanımın hamısını çıxartdım, elə həmin rəqəmə qoydum, yenə uduzdum, ardından gicəllənmiş kimi masadan aralandım. Hətta mənə nə olduğunu belə başa düşmürdüm, uduzmağım barədə Polina Aleksandrovnaya nahardan azca qabaq elan elədim. O vaxta qədər elə hey parkda vurnuxurdum. Naharda eynilə üç gün bundan əvvəl olduğu kimi, yenə həyəcanlı durumdaydım. Fransız m-lle Blanche bu dəfə də bizimlə nahar edirdilər. Sən demə, m-lle Blanche səhər oyun zallarındaymış, mənim qəhrəmanlığımı da görübmüş. Bu dəfə o mənimlə nəsə diqqətlə söhbətləşirdi. Fransız birbaşa və sadəcə, soruşdu ki, doğrudanmı mən öz pullarımı uduzmuşam? Mənə elə gəlir ki, o, Polinadan şübhələnir. Bir www.vivo-book.com 47 sözlə, burada nəsə var. Mən o saat yalan danışdım, dedim ki, öz pullarımdı. General hədsiz təəccüblənmişdi ki, mən bu qədər pulu haradan almışam? İzah elədim: on fridrixsdördən başladım, altı, yaxud yeddi zərbə, yarısını dalbadal vurdu, beş, yaxud altı min quldenəcən qazandım, sonrasa hamısını iki zərbədən buraxdım. Bütün bunlar, əlbəttə, ağlasığmazıydı. İzah eləyə-eləyə Polinaya baxdım, amma onun sifətindən heç nə ayırd edə bilmədim. Bununla belə, o mənə yalan danışmağa imkan verdi, sözümü çevirmədi; bundan belə nəticə çıxardım ki, elə yalan danışmalıydım, onun üçün oynadığımı da gizlətməliydim. Hər halda, özüm barədə fikirləşirdim, o mənə izahat verməyə borcluydu, bir az bundan qabaq mənə bəzi şeyləri açmağa söz vermişdi. Fikirləşdim ki, general bəzi iradlar eləyəcək, amma o susurdu; bununla belə onun sifətində həyəcan və rahatsızlıq duydum. Bəlkə də belə qəfil bir vəziyyətdə on beş dəqiqə ərzində mənim kimi öz xeyrini bilməyən axmağın əlindən |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling