Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
52 şeyə görə yox, namuslu olduqları üçün satıblar – qurbanın özü onu qurban verdiklərinə görə sevinirsə, bu artıq idealdı. Bəs sonra nə olacaq? Böyük oğula da asan deyil: onun orada Amalhen kimi ürəkdən vurulduğu biri var, – amma evlənmək olmaz, ona görə ki, hələ yetərincə qulden toplanmayıb. Onlar da abırla və səmimi qəlbdən gözləyirlər, təbəssümlə də qurban gedirlər. Amalheninsə artıq yanaqları sallanıb, quruyub gedir. Nəhayət, iyirmi ildən sonra sərvət artıb, quldenlər namusla və səxavətlə yığılıb. Fater qırxyaşlı böyük oğluna və otuzbeşyaşlı Amalhenə xeyir-dua verir… Bu zaman ağlayır, əxlaq dərsi verir və ölür. Böyük oğlunun özü səxavətli faterə çevrilir və yenə eyni əhvalatı başlayır. Təxminən əlli, yaxud yüz ildən sonra birinci faterin oğlu artıq doğrudan da böyük kapital toplayır, öz oğluna verir, o da öz oğluna, o da öz oğluna ötürür, beş-altı nəsildən sonra baron Rotşildin özü, ya da Hoppe və Komp, yaxud bunlara bənzər kimsə çıxır. Hə, möhtəşəm mənzərə deyilmiş: yüzillik, yaxud ikiyüzillik irsi əmək, dözüm, namusluluq, xarakter, mətanət, haqq-hesab, evin damında leylək! Artıq nə istəyirsiniz, axı burda ali heç nə yoxdu, onların özləri də www.vivo-book.com 53 bu nöqtədən dünyanı və günahkarları mühakimə, daha doğrusu, azacıq özlərinə oxşamayanları edam edirlər. Hə-ə, bax, məsələ nədədi: mən daha yaxşısını, yəni russayağı dava salmaq, yaxud ruletkada müflis olmaq istəyirəm. Mənə pul mənim özüm üçün lazımdı, özümü nəyləsə kapitala gərəkli və əlavə hesab eləmirəm. Bilirəm ki, həddən artıq səhv buraxdım, amma qoy elə belə olsun. Mənim inamım belədi. – Bilmirəm, sizin dediyinizdə həqiqət çoxdumu, – general fikirli-fikirli qeyd elədi, – amma yəqin bilirəm ki, siz dözülməz dərəcədə şit oyuna başlayıbsınız, sizə yalnız bircə damcı özünüzü unutmağa imkan verərlər… Adəti üzrə o, sözünü axıracan demədi. Əgər bizim general nə haqdasa, adi gündəlik söhbətdən heç olmasa, bir damcı vacib şeylər barədə danışmağa başlayırdısa sözünü heç zaman bitirmirdi. Fransız gözlərini azca bərəldib etinasızlıqla qulaq asırdı. O mənim danışdığımdan demək olar, heç nə anlamadı. Polina qəribə, özündənrazı etinasızlıqla baxırdı. Elə görünürdü ki, o, bu dəfə təkcə mən dediklərimi yox, masa arxasında deyilənlərin də heç birini eşitmədi. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling