Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet25/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   21   22   23   24   25   26   27   28   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
50 
Mən gülürdüm, onları acıqlandırmağı həddən artıq 
istəyirdim. 
– Mən alman bütünə baş əyməkdənsə, bütün həyatımı 
qırğız çadırında köçəri kimi yaşamağı daha çox istəyərdim, 
– qışqırdım. 
– Hansı bütə? – general artıq acıqlanmağa başlayaraq 
bağırdı. 
– Sərvət yığmağın alman üsuluna. Mən bura uzun 
müddətə gəlmişəm, amma buna baxmayaraq, hər halda, 
burada sezdiklərim, sınaqdan keçirdiklərim mənim tatar 
mənşəyimi hiddətləndirir. Allah haqqı, belə səxavətli 
adamları istəmirəm! Mən burada artıq dünən on verst ətrafı 
dolaşa bildim. Hə, eynən əxlaq dərsi verən şəkilli alman 
kitabçalarında olduğu kimidi: buranın hər yerində hər evdə 
özlərinin faterləri
23
var: dəhşətli dərəcədə səxavətli və qeyri-
adi dərəcədə doğrucul. Həm də elə doğruculdular ki, onlara 
yaxınlaşmaq belə qorxuludu. Yaxınlaşmağa qorxduğum 
doğrucul adamlardan zəhləm gedir. Hər bu cür faterin ailəsi 
23
fater – vater – ata, alm.


www.vivo-book.com 
51 
və onların hamısı axşamlar ucadan ibrətamiz kitablar 
oxuyurlar. Evlərin üzərində cökə və şabalıd ağacları 
xışıldayır. Günəşin qürubu, evin damında leylək və hər şey 
qeyri-adi dərəcədə poetik, riqqət doğurandı… 
– Acığınıza gəlməsin, general, icazə verin, mən daha 
təsirli şeylər danışım. Mən özüm rəhmətlik atamın da cökə 
ağacının altında, bağçada axşamlar ucadan mənə və anama 
bu cür kitablar oxuduğunu xatırlayıram… Axı, mən özüm 
bu barədə lazım olan kimi mülahizə yürüdə bilərəm. Hə, 
bütün buradakı bu cür, faterin tam köləliyində və itaətində 
olan ailələr kimi. Hamı öküz təki işləyir, hamı cuhud təki 
pul yığır. Tutaq ki, fater artıq nə qədərsə qulden toplayıb, 
böyük oğluna ümid edir, yəni ki, ona torpaqcığazını vermək 
istəyir; buna görə də qızlarına cehiz vermirlər, onlar da 
qarıyıb qalırlar. Elə bunun üçün də kiçik oğullarını ya 
köləliyə, ya da ki, pul müqabilində əsgərliyə satırlar, pulu 
isə evdəki kapitala qatırlar. Düzdü, bu, burda baş verir; mən 
sorğu-sual eləmişəm. Bütün bunlar başqa şeydən yox, 
namuslu, həddən artıq namuslu olmaqdan törəyir; o qədər 
namusludular ki, satılmış kiçik oğul da inanır ki, onu başqa 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   21   22   23   24   25   26   27   28   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling