Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
66 öldürsəm, özümü də öldürmək lazım gələcək; amma bu dözülməz ağrını sizsiz duymaq üçün sizi mümkün qədər uzun müddət öldürməyəcəyəm. İnanılmaz bir şeyi bilirsinizmi? Mən sizi gündən-günə daha artıq sevirəm, bu isə demək olar, mümkün deyil. Bundan sonra da fatalist olmayımmı? Yadınızdadı, Şlangenberqdə olduğumuzun üçüncü günü sizin gülüşünüzə səbəb olan bir söz pıçıldadım: bir kəlmə deyin, bu uçuruma atılım. Əgər o kəlməni desəydiniz mən onda atılardım. Bəyəm, inanmırsınız ki, atılardım? – Bu nə axmaq boşboğazlıqdı? – o qışqırdı. – Söhbətimin ağıllı, yaxud əhəmiyyətsiz olub-olmaması mənim vecimə də deyil, – qışqırdım. – Bilirəm ki, sizin yanınızda danışmalıyam, danışmalıyam, danışmalıyam – ona görə də danışıram. Sizin yanınızda bütün qürurumu itirirəm, heç nə eynimə deyil. – Sizi Şlangenberqdə uçuruma atılmağa məcbur eləmək nəyimə lazımdı? – O, quru tərzdə və nəsə xüsusi incikliklə dedi. – Bu məndən ötrü tamamilə faydasızdı. www.vivo-book.com 67 – Çox gözəl! – qışqırdım. – Siz məni əzmək üçün bu gözəl “faydasızdı” sözünü qəsdən dediniz. Mən sizin hər üzünüzü görürəm. “Faydasızdı”, deyirsiniz. Amma zövq həmişə faydalıdı axı, vəhşi, hüdudsuz hakimiyyətsə – lap milçəyin üzərində də olsa – bir zövqdü. İnsan təbiətən qəddardır, zülmkar olmağı sevir. Siz belə olmağı dəhşətli dərəcədə sevirsiniz. Yadımdadı, o məni nəsə xüsusi diqqətlə nəzərdən keçirirdi. Ola bilsin ki, onda sifətim bütün qeyri-ciddi və axmaq duyğularımı ifadə eləyirdi. İndi xatırlayıram ki, söhbət doğrudan da, demək olar, sözbəsöz mənim burada təsvir elədiyim kimi gedirdi. Gözlərim qan çəkmişdi. Dodaqlarımın kənarında köpük yığılmışdı. Şlangenberq məsələsindəsə, hətta indi də şərəfimə and içirəm: əgər o zaman mənə aşağı atılmağı əmr eləsəydi – atılardım. – Yox, niyə ki, mən sizə inanıram, – o dilləndi, amma bu sözləri yalnız özünün hərdənbir söyləməyi bacardığı elə nifrət və kinayəylə, elə yekəxanalıqla dedi ki, Allah haqqı, həmin dəqiqələrdə mən onu öldürə bilərdim. O risk eləyirdi. Bu barədə də yalan danışmadım, ona dedim. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling