Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet31/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   27   28   29   30   31   32   33   34   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
62 
– Südəmər uşağın nitqidi. Hər cür vəziyyətdə özünü 
ləyaqətlə aparmaq olar. Əgər burda mübarizə varsa, onda bu 
mübarizə ucaldır, əksinə, alçaltmır. 
– Tamam şablondu! Siz fərz eləyirsiniz ki, mən bəlkə 
də özümü ləyaqətlə aparmağı bacarmıram. Daha doğrusu, 
belə çıxır. Həm də ləyaqətli adamam, amma özümü 
ləyaqətlə aparmağı bacarmıram. Siz başa düşürsünüzmü ki, 
bu cür ola bilər? Bəli, ruslar belədilər, həm də bilirsinizmi 
niyə: ona görə ki, ruslar özlərinə yaxşı forma axtarmaq üçün 
həddən artıq zəngin, hərtərəfli istedada malikdilər. Burada 
məsələ formadadı. Bizim rusların böyük bir qismi elə zəngin 
istedada malikdilər ki! Amma yaxşı forma üçün dahilik 
lazımdı. Hə, dahiliksə, ümumiyyətlə, nadir hallarda olur. 
Yalnız fransızlarda və eyni zamanda bəzi başqa 
avropalılarda bu forma elə yaxşı müəyyənləşib ki, fövqəladə 
ləyaqətli adam kimi görünmək, ən ləyaqətli adam olmaq 
mümkündü. Onlarda formanın bu qədər əhəmiyyət kəsb 
eləməsi bu səbəbdəndi. Fransız əsl, ürəkdən gələn təhqirə 
dözə bilir, üz-gözünü turşutmur, amma burnuna vurulan 
çırtmaya heç cür dözmür, ona görə ki, bu, qəbul olunmuş, 


www.vivo-book.com 
63 
əbədiləşdirilmiş ədəb formalarının pozulmasıdı. Bizim 
xanımlar fransızlara bu qədər alçalırlar, çünki onların 
forması yaxşıdır. Məncə, bununla belə, heç bir forma da 
yoxdu, yalnız xoruz var, le coq qaulois
24
. Amma bunu başa 
düşə bilmərəm, mən qadın deyiləm. Ola bilər, xoruzlar da 
yaxşıdılar. Hə, ümumiyyətlə, ağ yalan danışdım, sizsə məni 
saxlamırsınız. Mənim sözümü tez-tez kəsin; sizinlə 
danışanda hər şeyi, hər şeyi, hər şeyi demək istəyirəm. Mən 
hər cür formaları itirirəm, amma heç bir ləyaqətə də malik 
deyiləm. Bunu sizə bəyan edirəm. Hətta hansısa ləyaqətin 
dərdini də çəkmirəm. İndi mənim içimdə hər şey dayanıb. 
Siz özünüz bilirsiniz ki, nəyə görə. Mənim beynimdə bircə 
insani fikir də yoxdu. Axı, artıq çoxdan nə dünyada, nə 
Rusiyada, nə burda nələr baş verdiyini bilmirəm. Bax, 
Drezdenə getdim. Drezdenin necə olduğunu xatırlamıram. 
Siz özünüz bilirsiniz ki, uduzmuşam. Belə ki, mənim heç bir 
ümidim yoxdu, sizin gözünüzdə də heçəm, ona görə də 
birbaşa deyirəm: yerdə yalnız sizi görürəm, qalanlarının da 
24
qall xoruzu – frans.



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   27   28   29   30   31   32   33   34   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling