Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
58 ruletkada uduşa əmin olduğunuz barədə uzun-uzadı danışdınız, məni inandırmağa çalışdınız ki, sizə dəli kimi baxmayım, yoxsa onda zarafat eləyirdiniz? Amma yadımdadı, elə ciddi danışırdınız ki, heç cür zarafat saymaq olmazdı. – Bu doğrudu, – fikirli-fikirli cavab verdim, – mən indiyəcən tam əminəm ki, udacağam. Hətta sizə etiraf eləyirəm ki, indi məni bir suala gətirib çıxardınız: niyə məhz bugünkü qeyri-ciddi, biabırçı uduzmağım məndə heç bir şübhə yeri qoymadı? Hər halda, tamamilə əminəm ki, özüm üçün azca oynamağa başlayan kimi mütləq udacağam. – Axı, siz niyə belə yəqin inam bəsləyirsiniz? – Əgər bilmək istəyirsinizsə – bilmirəm. Yalnız onu bilirəm ki, udmalıyam, bu da yeganə çıxış yolumdu. Bax, bəlkə də elə buna görə mənə elə gəlir ki, mütləq udmalıyam. – Belə çıxır ki, əgər ağlagəlməz dərəcədə əminsinizsə, sizə pul həddən artıq lazımdı. – Girov barədə qorxuram ki, siz şübhə eləyirsiniz, mən ciddi ehtiyacı duymaq iqtidarındayammı? www.vivo-book.com 59 – Bunun mənə dəxli yoxdu, – Polina sakitcə və laqeydcəsinə cavab verdi. –Hə, sizə nəyinsə ciddi əzab verdiyinə şübhə eləyirəm. Siz əzab çəkə bilərsiniz, amma ciddi əzab çəkə bilməzsiniz. Siz intizamsız, formalaşmamış adamsınız. Pul nəyinizə lazımdır? Onda sizin mənə təqdim elədiyiniz bütün dəlil-sübutlarda ciddi bir şey tapmadım. – Yeri gəlmişkən, – sözünü kəsdim, – deyirdiniz ki, borcu qaytarmalısınız. Yaxşı, deməli, borc? Yoxsa fransıza qaytarmalısınız? – Bu nə suallardı? Siz bu gün xüsusilə, kəskin danışırsınız. Yoxsa, doğrudan da, keflisiniz? – Bilirsiniz ki, mən özümə hər şeyi danışmağı rəva görürəm, bəzən də çox açıq şəkildə soruşuram. Təkrar eləyirəm, mən sizin kölənizəm, kölələrsə utanmırlar və kölə təhqir eləyə bilməz. – Bütün bunlar cəfəngiyatdı! Mən sizin bu “kölə” nəzəriyyənizə dözə bilmərəm: – Yadınızda saxlayın ki, mən sizin köləniz olmağı arzuladığıma görə öz köləliyim barədə danışmıram, əksinə, |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling