Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet37/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   33   34   35   36   37   38   39   40   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
74 
Mən cığırla xiyabana endim, xiyabanın ortasında 
dayanıb və baronla baronessanı gözlədim. Beş addım məsafə 
qalanda şlyapamı çıxarıb təzim elədim. 
Yadımdadı, baronessa açıq-boz rəngli, büzməli gen 
paltarda idi, quyruğu olan çənbərli tuman geyinmişdi. Özü 
balaca, qeyri-adi dərəcədə kök idi, dəhşətli dərəcədə qalın və 
sallaq buxağı olduğundan, boynu qəti görünmürdü. Sifəti 
tünd-qırmızı idi. Gözləri xırda, acıqlı və həyasızıydı. Gedir – 
elə bil, hamıya şərəf gətirir. Baron arıq, hündür idi. Sifəti 
alman qaydasınca əyriydi, minlərlə xırda qırışlarla 
örtülmüşdü; eynək taxmışdı; qırx beş yaşı olardı. Ayaqları 
az qala sinəsindən başlanırdı; deməli, bu cinsdi. Tovuzquşu 
kimi qürurludu. Bir balaca yöndəmsizdi. Üzünün ifadəsində, 
dərin zəkalılığı özünəxas tərzdə əvəz eləyən qoyun 
görkəmindən nəsə vardı. 
Bütün bunlar gözlərimin qabağından üç saniyə ərzində 
keçdi. 
Mənim təzimim və əlimdəki şlyapam əvvəlcə onların 
diqqətini çətinliklə cəlb elədi. Yalnız baron azacıq qaşlarını 
çatdı. Baronessa eləcə mənim üstümə üzüb gəlirdi. 


www.vivo-book.com 
75 
Madame la barone
25
, – aydın səslə, hər sözü ayrı-
ayrılıqda tələffüz edə-edə ucadan dedim, – jai lhonneur d 
etre votre esslave
26
.
Sonra təzim elədim, şlyapamı başıma qoydum və 
nəzakətlə üzünə baxa-baxa, gülümsəyərək baronun yanından 
keçdim. 
Şlyapamı çıxarmağı mənə o tapşırmışdı, ancaq təzim 
eləməyi, 
məktəblisayaq 
hərəkət 
etməyi 
özümdən 
toqquşdurmuşdum. Kim bilir, məni buna nə vadar eləmişdi? 
Elə bil, dağdan uçmuşdum. 
– Heyn! – Baron mənə sarı çevrilib incik təəccüblə 
qışqırdı, yaxud daha dəqiq desək, qığıldadı. Mən dönüb, ona 
baxmaqda, gülümsəməkdə davam eləyə-eləyə hörmətlə 
dayandım. O, görünür, heç nə başa düşmürdü, qaşlarını pes 
plus ultra-ya
27
qədər qaldırdı. Üzü get-gedə daha artıq 
tutqunlaşırdı. Baronessa da mənə sarı çevrildi, o da 
25
baronessa – frans.
26
sizin köləniz olmaqdan şərəf duyuram – frans.
27
son həddə qədər – lat.



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   33   34   35   36   37   38   39   40   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling