www.vivo-book.com
73
uzaqlaşmamışam, sadəcə, özümü kobud məktəbli kimi
aparıram.
Bu, Polinanın günahıdı, bunların hamısı Polinanın
günahıdı! Bəlkə də o olmasaydı, məktəbli kobudluğu da baş
verməzdi.
Kim bilir, bəlkə də mən bütün bunları
ümidsizlikdən (bununla belə, bu cür fikirləşmək nə qədər
axmaqlıq olsa da) eləyirəm. Başa düşmürəm, başa
düşmürəm, onda yaxşı nə var? Axı başqalarının da ağlını
başından çıxarır. Ucaboylu, qədd-qamətlidi. Ancaq çox
incədi. Mənə elə gəlir ondan büsbütün bir düyün vurmaq,
yaxud onu iki qatlamaq olar. Ayaqlarının pəncəsi ensiz və
uzundu – adama əzab verir. Məhz əzab verir. Saçları sarıya
çalır. Gözləri əsl pişik gözləridi, amma o gözlərlə necə
qürurla, yekəxana baxmağı bacarır. Dörd ay bundan qabaq,
mən yenicə gələndə, o, bir dəfə axşam zalda De-Qriye ilə
uzun və qızğın söhbət eləyirdi. Ona elə baxırdı ki…
sonra
yatmaq üçün otağıma keçəndə, ağlıma gətirdim ki, o, De-
Qriyeyə şillə vurub, – lap indicə vurub, qarşısında durub ona
baxır… Bax, elə həmin axşam mən onu sevdim.
Yaxşısı budu, işə keçək.