Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet44/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   40   41   42   43   44   45   46   47   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
88 
necə ola bilər ki, bundan heç kəs xəbər tutmasın? Bununla 
belə, bəlkə təkcə mən bilmirdim? Dayə ağzından qaçırtdı ki, 
hələ üçüncü gün Marya Filippovna generalla ciddi söhbət 
eləyib. Başa düşürəm. Bu, yəqin m-ee Blanche-ylə bağlıdı. 
Hə, burda nəsə, ciddi hadisələr hazırlanır.)
VII FƏSİL
Səhəri xidmətçini çağırıb elan elədim ki, mənə xüsusi 
hesab yazıblar. Nömrəm hələ o qədər baha deyildi ki
əməlli-başlı qorxum və oteldən çıxıb gedim. Mənim on altı 
fridrixsdörüm vardı, ordasa… orda, bəlkə də var-dövlət! 
Qəribə işdi, hələ udmamışdım, amma varlı kimi hərəkət 
eləyirəm, duyuram, fikirləşirəm, özümü başqa cür təsəvvür 
eləyə bilmirəm. 


www.vivo-book.com 
89 
Səhər tezdən olmasına baxmayaraq, elə həmin dəqiqə 
bizim lap yaxınlığımızda yerləşən “d’Angleterre” otelinə, 
mister Astleyin yanına getmək qəsdindəydim ki, birdən De-
Quriye otağıma girdi. Heç vaxt belə şey olmamışdı, üstəlik 
də, bu cənabla gərgin münasibətdəydim. O, açıq-aşkar 
özünün mənə sayğısızlığını gizlətmirdi, hətta gizlətməyə 
belə çalışmırdı: mənimsə ona hörmət eləməmək üçün öz 
səbəblərim vardı. Bir sözlə, De-Qriyeyə nifrət eləyirdim. 
Onun gəlişi məni çox təəccübləndirdi. O dəqiqə anladım ki, 
burda nəsə xüsusi bir iş var.
O, çox lütfkarlıqla içəri girdi, otağımla bağlı mənə 
kompliment dedi. Əlimdə şlyapa durduğumu görüb soruşdu 
ki, məgər gəzməyə belə tez gedirəm? İş üçün mister 
Astleyin yanına getdiyimi eşidəndə nəsə fikirləşib dərk elədi 
və onun sifəti fövqəladə qayğılı görkəm aldı.
De-Qruye bütün fransızlar kimiydi – lazım və sərfəli 
olanda dözülməz dərəcədə darıxdırıcıydı, buna ehtiyac 
qalmayanda isə şən olurdu. Fransız nadir hallarda təbii 
şəkildə lütfkar olur, o, həmişə elə bil, əmr üzrə, haqq-
hesabla lütfkarlıq eləyir. Məsələn, fantastik, orijinal, qeyri-



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   40   41   42   43   44   45   46   47   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling