Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
92 hesaba alacaq, vos appointements 30 . Axı bu kifayət qədər əlverişlidi, elə deyilmi? Mən ona tamamilə sakitcə etiraz etdim ki, bir qədər səhv eləyir; ola bilər ki, baron məni qovmasın, əksinə, qulaq assın, onu qəbul eləməyimi istəsin, güman ki, sonra gəlib öyrənməyə çalışsın: bütün bu işləri məhz necə görəcəyəm? – İlahi, əgər general belə maraqcıldısa, şübhəsiz, sizin nə edəcəyinizi öyrənmək də pis olmayacaq? Bu, o qədər təbiidir ki! Mən izah eləməyə başladım, o isə yayxanıb başını bir qədər yana – mənə tərəf əyib, sifətində gizlədə bilmədiyi kinayəli ifadəylə qulaq asmağa başladı. Ümumiyyətlə, özünü həddən artıq yekəxana aparırdı. Mən bütün qüvvəmlə müqavimət göstərməyə çalışırdım ki, məsələyə ciddi nöqteyi-nəzərdən baxıram. İzah elədim ki, baron generala məndən, general nökərindən şikayətləndiyi kimi müraciət elədiyindən, məni yerimdən məhrum elədi. İkincisi, özünü 30 əlahəzrət – frans. www.vivo-book.com 93 müdafiə qabiliyyəti olmayan, danışmağa da dəyməyən adam kimi etinasızlıq göstərdi. Əlbəttə, mən özümü ədalətsizcəsinə incidilmiş adam sayıram: lakin yaş fərqini, cəmiyyətdəki mövqeyini və sairəni (gülməyimi zorla saxladım) başa düşərək, üzərimə üstəlik, yeni arsızlığı götürmək, daha doğrusu, barondan birbaşa tələb etmək, yaxud ona razılıq təklif eləmək istəmirəm. Bununla yanaşı özümü ona, xüsusilə də baronessaya üzrxahlığımı çatdırmaqda tamamilə haqlı sayıram. Xüsusən, ona görə ki, doğrudan da, axır vaxtlar özümü xəstə, kefsiz, necə deyərlər, fantastik və sair hiss eləyirəm. Ancaq baron generala dünənki xoşagəlməz müraciətlə, generalın məni yerimdən məhrum eləməsi üçün inad göstərməklə, məni elə bir vəziyyətə qoyub ki, indi mən ona və baronessaya üzrxahlığımı çatdıra bilmərəm. Çünki hər ikisi yəqin fikirləşəcəklər ki, öz yerimi geri almaq üçün qorxumdan üzr istəməyə gəlmişəm. Bundan belə çıxır ki, mən indi barondan əvvəlcə özünün mənim qarşımda ən ölçülü-biçili ifadələrlə üzr istəməyini tələb eləməyə məcburam. Məsələn, deyə bilər ki, o, heç də məni incitmək istəmirmiş. Nə vaxt ki baron |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling