Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet48/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   44   45   46   47   48   49   50   51   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
96 
– Sizə yox, mənə qarşı ona görə ki, artıq evə məxsus 
deyiləm… (Mən qəsdən mümkün qədər qeyri-ciddi olmağa 
çalışırdım). Amma icazə verin, mademoiselle Blansche-nin 
generala ərə getməyi belə qət olunub? Nəyi gözləyirlər axı? 
Demək istəyirəm ki, burda ən azı bizdən, ev edamlarından 
gizləməli nə var? 
– Mən sizə deyə bilmərəm… yeri gəlmişkən, bu hələ 
tamamilə… amma… bilirsiniz, Rusiyadan xəbər gözləyirlər; 
generala iş düzəltmək lazımdı… 
– Hə-ə! La baboulinka!
36
De-Qruye nifrətlə mənə baxdı. 
– Bir sözlə, – sözümü kəsdi. – Mən tamamilə sizin 
anadangəlmə lütfkarlığınıza, ağlınıza, mərifətinizə ümid 
bəsləyirəm… siz əlbəttə, bunu doğma adam kimi qəbul 
edildiyiniz, sevildiyiniz, hörmət gördüyünüz o ailə üçün 
eləyəcəksiniz… 
– Rəhminiz gəlsin, mən qovulmuşdum! Siz budu, indi 
təsdiq eləyirsiniz ki, bu görüntü yaratmaq üçündü; amma 
36
nənə!


www.vivo-book.com 
97 
razılaşın, əgər sizə desələr: “Mən əlbəttə, qulağınızı çəkmək 
istəmirəm, amma görüntü xətrinə icazə verin, qulağınızdan 
dartım…” Axı, bu demək olar, eyni şey deyilmi? 
– Əgər belədisə, əgər heç bir xahiş sizə təsir eləmirsə, – 
o, ciddi və lovğa halda sözə başladı, – onda icazə verin, sizi 
inandırım ki, ölçü götürüləcək. Burda müdiriyyət var, sizi 
elə bu gün çölə atacaqlar, – qui diable! Un blan-bec comme 
vous
37
baron kimi şəxsiyyəti duelə çağırmaq istəyir! Həm 
də fikirləşirsiniz ki, rahat buraxacaqlar? Ona da inanın, 
burda sizdən heç kəs qorxmur! Əgər mən xahiş elədimsə, 
ancaq öz istəyimlə elədim.Ona görə ki, siz generalı narahat 
eləmisiniz. Həm də doğrudanmı, fikirləşirsiniz ki, baron sizi, 
sadəcə, nökər kimi qovmağı tapşırmayacaq? 
– Hə, axı, mən özüm getməyəcəm, – fövqəladə 
sakitliklə cavab verdim, – səhv eləyirsiniz monsieur De-
Qriye, bütün bunlar sizin fikirləşdiyinizdən yaxşı keçəcək. 
Mən bunu, elə indi mister Astleyin yanına yollanacağam və 
37
lənət şeytana! Sizin təki südəmər – frans.



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   44   45   46   47   48   49   50   51   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling