Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
102 hətta nifrət sezmişdim, o isə heç Polinanın üzünə baxmırdı, üstəlik, nəzakətsiz davranırdı. Mən bunu sezmişdim. Polina nifrəti haqqında mənə özü danışmışdı; onun həddən artıq vacib etirafları üzə çıxmışdı… Deməli, fransız, sadəcə, ona yiyəlik eləyir, Polina hansısa zəncirlə ona bağlıdı… VIII FƏSİL Burda adlandırdıqları kimi, gəzintidə, daha doğrusu, şabalıd xiyabanında öz ingilisimlə rastlaşdım. – O, o! – məni görub başladı, mən sizin yanınıza gəlirəm, siz də mənim. Belə, sizinkilərlə artıq ayrılmısınız? www.vivo-book.com 103 – Deyin, birincisi, niyə bütün bunları bilirsiniz, – təəccüblə soruşdum, – doğrudanmı, bütün bunlar hamıya məlumdu? – O-o, yox, hamıya məlum deyil; həm də məlum olmağa da dəymir. Heç kəs danışmır. – Bəs niyə siz bundan xəbərdarsınız? – Bilirəm, daha doğrusu, təsadüfən öyrənmək imkanı tapdım. İndi siz burdan hara gedəcəksiniz? Mən sizi sevirəm. Ona görə də yanınıza gəldim. – Gözəl insansınız, mister Astley, – dedim (bununla belə, məni həddən artıq heyrətləndirdi: o hardan bilir?), mən qəhvə içmədiyim kimi, elə siz də yəqin ki, yaxşı içməmisiniz, buna görə də sizə hər şeyi danışaram və … Siz də mənə danışarsınız. Kafe yüz addımlıqdaydı. Bizə qəhvə gətirdilər, oturduq, mən papiros yandırdım, mister Astley heç nə çəkmədi, gözlərini mənə dikib qulaq asmağa hazırlaşdı. – Mən heç yerə getmirəm, burda qalıram, – sözə başladım. www.vivo-book.com 104 – Mən də əminiydim ki, qalacaqsınız, – mister Astley təqdiredici tərzdə dilləndi. Mister Astleyin yanına gedəndə, heç bir niyyətim yoxuydu və hətta Polinaya olan məhəbbətim haqqında qəsdən danışmaq istəmirdim. Bütün bu günlər ərzində ona bu haqda demək olar, bir söz də deməmişdim. Üstəlik də, o, çox utancağıydı. Mən ilk baxışdan sezdim ki, Polina onda fövqəladə təəssürat yaradıb, amma o, heç zaman Polinanın adını dilinə gətirmirdi. Bununla belə, qəribədi, qəfildən, indi, lap indicə o oturub, ciddi, qalay kimi baxışlarını mənə dikdi, məndə bilmirəm, nədənsə hər şeyi, daha doğrusu, bütün sevgimi, həm də duyğumu bütün çalarıyla ona danışmaq həvəsi yarandı. Bütöv bir saat danışdım, bu da mənə həddən artıq ləzzət verdi, bu haqda birinci dəfəydi ki, söz açırdım! Onun bəzi xüsusi alovlu yerlərdə tutulduğunu sezib, qəsdən hekayəmin coşqunluğunu artırırdım. Bir şeydə günahımı boynuma alıram: ola bilsin, fransız barədə bəzi artıq sözlər demişəm. Mister Astley mənimlə üzbəüz hərəkətsiz, bir söz demədən, səsini çıxarmadan, gözlərimin içinə baxa-baxa |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling