www.vivo-book.com
120
– Səyyahdı, mənim yaxşı tanışımdı; generalla da
tanışdı.
– İngilisdi. Elə məsələ də burasındadı ki, gözünü mənə
zilləyib, ağzını da açmır. Mən, yeri gəlmişkən, ingilisləri
sevirəm. Hə, yuxarı aparın, düz onların mənzilinə;
onlar
orda hardadılar?
Nənəni apardılar; mən geniş pilləkənlə irəlidə gedirdim.
Yürüşümüz çox təsirliydi. Kim rast gəlirdi, – dayanıb dörd
gözlə baxırdı. Bizim otel burada ən yaxşı, ən bahalı və kübar
otel sayılırdı. Pilləkən və dəhlizlərdə həmişə əla xanımlar,
vüqarlı ingilislər görürsən. Çoxu aşağıda oberkelnerdən
məlumat almışdılar, o da öz növbəsində əməlli-başlı
heyrətlənmişdi. O, əlbəttə, bütün soruşanlara
cavab verirdi
ki, bu, çox hörmətli əcnəbidi,
une russe,
une comtesse,
qrande deme
43
və bir həftə əvvəl laqrande duchesse de N-
nin
44
tutduğu həmin o otaqları tutacaq. Kresloda aparılan
nənənin hökmü və amiranə görkəmi təsirin başlıca
43
rus qrafiniyası, hörmətli xanımdı – frans.
44
böyük hersoninya – de N. – frans.