Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
125 – Elə özüdü ki, var, charmante; tanıyıram səni, hoqqabazın biri, hoqqabaz, mən axı, sənə bu qədər də inanmıram, – nənə ona çeçələ barmağını göstərdi. – Bu kimdi, belə? – m-lle Blancheni göstərib üzünü mənə tutdu. Amazonka geyinmiş, əlində qırmanc olan gözəgəlimli fransız qadın, görünür, onu heyrətləndirmişdi. – Bu mademoiselle Blanche de Cominges, bu isə onun anası madame de Comingesdi; onlar burdakı oteldə yaşayırlar, – məlumat verdim. – Qızı ərdədimi? – nənə nəzakət-filan gözləmədən sorğu-sual eləyirdi. – Mademoiselle de Cominges qızdı, – mən mümkün qədər hörmətlə, qəsdən astadan cavab verdim. – Şəndi? – mən sualı deyəsən, başa düşmədim. – Onunla darıxdırıcı deyil? Rusca başa düşür? Bax, De- Qriye bizdə, Moskvada bizim dildə beşinci dərəcədən onuncu dərəcə ustalığa qalxdı. Mən ona izah elədim ki, m- lle de Cominges Rusiyada heç vaxt olmayıb. – Bonjour! – nənə qəfildən bərkdən m-lle Blanche-yə müraciət elədi. www.vivo-book.com 126 – Bonjour, madame 47 , – m-lle Blanche üzünün və bədəninin bütün ifadəsiylə belə qəribə suala, müraciətə qeyri-adi ciddiyyət və nəzakət pərdəsi altında cavab verməyə tələsib təntənəylə, zərifliklə çömbəldi. Nənə birdən generala müraciət elədi: – Sənin qonşun olacağam; buna sevinirsən, yoxsa yox? – Oo, xalacan! Səmimi hisslərimə inanın… mənim məmnunluğuma, – general sözdən yapışdı. O artıq bir qədər özünə gəlmişdi, yeri düşəndə, uğurlu, lovğa-lovğa, müəyyən təsir göstərməyə iddiayla danışmağı bacarırdı. – Biz sizin xəstəliyiniz barədə xəbərlərdən elə həyəcanlanmış, elə heyrətlənmişdik ki… Elə ümidsiz teleqramlar alırdıq ki, qəfildən… – Yox, canım, goplayırsan, goplayırsan! – nənə o saat generalın sözünü ağzında qoydu. 47 Bəli, xanım… İnanın ki, mən elə həyəcanlıyam… sizin səhhətiniz… bu möcüzədi… sizi burda görmək… gözəl sürprizdi – frans. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling