www.vivo-book.com
142
– Bu nə axmaqlıqdı! O, nökərdi deyə, beləcə atıb
gedək? O da canlı adamdı axı; bax, bir həftədi yollarda
pələsəng olmuşuq, o da görmək istəyir. Məndən başqa
kiminlə gəzəcək? Təkbaşına heç burnunu da bayıra
çıxarmağa ürək eləməz.
– Amma nənə…
– Sən mənimlə gəzməyə utanırsan, nədi? Onda evdə
qal, dərdindən ölən yoxdu. Gör bir necə generaldı; mən
özüm də general arvadıyam. Hə, doğrudan da, siz dalımca
düşüb nəyə gəlmisiniz? Mən hər şeyə Aleksey İvanoviçlə
baxaram…
Ancaq De-Qriye hamının onu müşayiət eləməsinə təkid
etdi, onunla səfərə çıxmağın ləzzəti və sairə barədə ən
iltifatlı sözlər üyüdüb tökdü. Hamı yola düşdü.
–
Elle est tombee en enfance, –
De-Qriye generala
təkrar eləyirdi. – Seule elle fera des betises…
56
– sözünün
ardını eşitmədim, lakin görünür, onun nəsə niyyəti vardı,
bəlkə hətta ümidləri də qayıtmışdı.
56
amma o, axmaqlıq eləyəcək – frans.