Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet73/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   69   70   71   72   73   74   75   76   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
147 
qoşmayıb, mübahisəni davam etdirməkdən imtina eləyir və 
çıxıb gedir. Ancaq oğrunu ifşa etməyə macal tapılarsa, 
həmin dəqiqə oyundan çıxarırlar. 
Bütün bunların hamısına uzaqdan, qeyri-adi maraqla 
baxırdı. Oğruların oyundan çıxarılmaqları xoşuna gəldi. 
Trente et quarante onu o qədər də maraqlandırmadı; qarıya 
ruletka və hərəkət eləyən kürəcik daha xoş gəldi. Axır ki, 
oyuna yaxından göz qoymaq istədi. Başa düşmürəm, bu 
necə baş verdi, ancaq xidmətçilər, əl-ayağa düşən bəzi başqa 
agentlər (xüsusilə öz xidmətlərini xoşbəxt oyunçulara və 
bütün əcnəbilərə sırıyan uduzmuş polyaklar) dərhal bütün bu 
darısqallığa baxmayaraq, masanın lap ortasında, baş 
nəzarətçinin yanında nənəyə yer elədilər. Oynamayan, 
amma oyunu kənardan izləyən çoxlu tamaşaçı (əksəriyyəti 
ailəsiylə birlikdə olan ingilislər) oyunçuların arxasından 
nənəyə baxmaq üçün elə o saat masaya sarı sıxlaşdılar. 
Çoxlu gözlük ona tərəf döndü. Nəzarətçilərdə ümid yarandı: 
belə məzlum oyunçu elə bil, doğrudan da, nə isə qeyri-adi 
bir şey vəd eləyirdi. Yetmişyaşlı, ayağı şikəst qadın və 
oynamaq arzusu – əlbəttə, bu, adi hadisə deyildi. Mən də 


www.vivo-book.com 
148 
masaya yaxın durub nənənin yanında özümə yer elədim. 
General, Polina, De-Qriye və m-lle Blanche də bir 
tərəfdə,tamaşaçıların arasında yerləşdilər. 
Nənə əvvəlcə oyunçuları gözdən keçirməyə başladı. O 
mənə yarımpıçıltıyla kəskin, qırıq-qırıq suallar verirdi: bu 
kişi kimdi? Bu qadın kimdi? Masanın axırındakı çox böyük 
oyun oynayan, min franklarla pul atan, ətrafdakıların 
pıçıldadıqlarına görə qarşısında qızılla və bank biletləriylə 
qalaqlanmış qırx min frank pul udmuş çox cavan oğlan onun 
daha çox xoşuna gəldi. Oğlanın rəngi qaçmışdı; gözləri 
alışıb-yanır, əlləri titrəyirdi; sayıb eləmədən, ovcunun 
tutduğu qədər pul qoyurdu, bununla yanaşı, hey udur, 
udurdu. Xidmətçilər onun ətrafında vurnuxurdular, arxa 
tərəfdə kreslo qoyurdular ki oğlanın yeri rahat olsun
sıxışdırmasınlar deyə yan-yörəsini təmizləyirdilər – bütün 
bunları əməlli-başlı nəsə ummaq üçün eləyirdilər. Başqa 
oyunçular uduşdan onlara bəzən saymadan, elə-belə, 
sevincdən əlləri tutduğu qədər pul verirlər. Cavan oğlanın 
yanında artıq bir polyakcığaz özünə yer eləmişdi, var 
gücüylə vurnuxurdu və hörmətanə şəkildə, lakin ara 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   69   70   71   72   73   74   75   76   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling