Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet75/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   71   72   73   74   75   76   77   78   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
151 
– Hə, bu uduzmur! Bax, bu uduzmur! Hansılardandı? 
Bilmirsən? Kimdi belə? 
– Fransız olmalıdı, – mən pıçıldadım. 
– Hə, quş uçuşundan bilinir. Görünür ki, kiçik şeydi. 
İndi mənə izah elə görüm, hər dönüş nə deməkdir və pulu 
necə qoymaq lazımdır? 
Mən imkan daxilində qoyulmuşların bu çoxsaylı 
kombinasiyasının, rouge et noir, Pair et imrair manque et 
Passe-nin
58
və nəhayət, sular sistemində müxtəlif çalarların 
nə demək olduğunu izah elədim. Hər qoyuluş sisteminə 
dərhal nümunə də gətirmək olurdu, beləliklə, çox şey lap 
asan və tez öyrənilir, yadda qalırdı. Nənə tamamilə razı 
qaldı. 
– Bəs zero
59
nədir? Bax, bu nəzarətçi, qıvrımsaç, indi 
zero qışqıran, başçı oldu, o, niyə masanın üstündə nə 
vardısa, hamısını süpürüb apardı? Bu boyda pulun hamısını 
özünə götürdü? Bu nədi? 
58
Qara və ağ, cüt və tək, yarımçıq və artığın – frans.
59
Sıfır – frans.


www.vivo-book.com 
152 
– Zero isə, nənə, bankın gəliridi. Əgər kürəcik zero-nun 
üzərinə düşərsə, onda masanın üstünə qoyulanın hamısı 
haqq-hesabsız banka məxsus olur. Düzdü, uduş üçün daha 
bir zərbəyə icazə verilir, amma bank buna görə heç nə 
ödəmir. 
– Bəs belə! Bəs mən bir şey almıram? 
– Yox, nənə, əgər siz bundan əvvəl zero-ya 
qoymusunuzsa, onda zero çıxanda, sizə otuz beş dəfə artıq 
ödəyirlər. 
– Necə, otuz beş dəfə, tez-tezmi çıxır? Nədi, onlar 
axmaqdılar, niyə qoymurlar? 
– Otuz altı şans əleyhinədi, nənə. 
– Bu cəfəngiyatdı! Potapıç! Potapıç! Dayan, yanımda 
pulum da var, budu! – O, cibindən ağzınacan dolu pul kisəsi 
çıxarıb ordan fridrixsdör götürdü, – al, bu saat zero-ya qoy. 
– Nənə, zero indicə çıxdı, – dedim, – ola bilsin ki, uzun 
müddət çıxmayacaq. Siz çox qorxursunuz; heç olmasa, bir 
az gözləyin. 
– Hə, gop eləyirsən, qoy. 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   71   72   73   74   75   76   77   78   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling