Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
145 Nənənin qumarxanada peyda olması camaata böyük təsir göstərdi. Oyun masalarının arxasında, zalın o biri başında c trente et quarante masası yerləşən yerdə bir neçə cərgəylə yüz əlli, yaxud iki yüz oyunçu yığışmışdı. Masanın lap yanına soxulmağa macal tapanlar adətləri üzrə möhkəm dururdular, uduzmamış yerlərini əldən vermirdilər; ona görə ki, adi tamaşaçı kimi dayanmağa, oyun yerini əbəs tutmağa icazə verilmirdi. Masanın ətrafında stullar düzülsə də, oyunçuların çox az hissəsi – xüsusilə camaatın axını çox olanda otururdular – çünki ayaq üstə dura-dura oyunla daha sıx təmasda olurdular, yerə qənaət eləyirdilər, həm də bunun nəticəsində daha çevik surətdə pul qoyurdular. İkinci və üçüncü cərgə öz növbələrini gözləyə-gözləyə, oyuna göz qoya-qoya birincinin arxasınca düzülmüşdülər; lakin aradabir öz pullarını qoymaq üçün birinci cərgənin arasından əllər soxulurdu. Hətta üçüncü cərgədən belə, pul qoymağa fürsət tapırdılar; bundan on, hətta beş dəqiqə keçmirdi ki, masanın hansısa tərəfində mübahisəli pullarla bağlı “əhvalat” başlayırdı. Bununla belə, vağzal polisi kifayət qədər ayıqdı. Əlbəttə, basırıqdan qaçmaq olmaz; www.vivo-book.com 146 əksinə, camaatın axışıb gəlməsinə sevinirdilər, ona görə ki, sərfəlidi; amma masaların ətrafında oturan səkkiz nəzarətçi dörd gözlə pul qoyuluşunu diqqətdə saxlayırdılar, elə onlar da uduşları verir, mübahisə düşəndəsə, yoluna qoyurdular. Polislər zalda mülki geyimdə tamaşaçıların arasında olurdular, buna görə onları tanımaq mümkün deyildi. Onlar qumarxanada, işlərinin həddən artıq rahatlığına görə çox olan oğrulara və dələduzlara xüsusi diqqət yetirirdilər. Doğrudan da, başqa hər yerdə cibdən, qıfıl altından oğurlamaq lazım gəlir – bu isə uğursuzluq baş verəndə, böyük qalmaqalla qurtarır. Burdasa sadəcə, ruletkaya yaxınlaşmaq, oynamağa başlamaq və qəfildən hamının gözünün qarşısında başqasının uduşunu götürüb cibinə qoymaq olur; əgər mübahisə yaranırsa, onda dələduz açıq- aşkar, ucadan təkid eləyir ki, uduş özününküdü. İş bacarıqla görülübsə və şahidlər tərəddüd eləyirsə, onda oğru çox vaxt, şübhəsiz ki, məbləğ o qədər iri deyilsə, pulu özünə çıxmağa fürsət tapır. Sonuncu halda, bu dələduzluq nəzarətçilər, yaxud oyunçular tərəfindən daha tez sezilir. Lakin məbləğ bir elə böyük deyilsə, onda pulun əsl sahibi qalmaqala baş |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling