Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
149 vermədən ona nəsə pıçıldayırdı, yəqin necə pul qoymağı və oyunu necə yönəltməyi məsləhət görürdü – şübhəsiz ki, nəticədə o da sədəqə gözləyirdi. Fəqət oyunçu, demək olar, ona da baxmırdı, necə gəldi, pul qoyur, hamısını qamarlayırdı. Görünür, karıxmışdı. Nənə onu bir neçə dəqiqə müşahidə elədi. – Ona de ki, – qəfildən qarı məni itələyə-itələyə əl- ayağa düşdü, – ona de ki, başını buraxsın, pulunu götürüb tez getsin. Uduzacaq, indi hamısını uduzacaq! – o, həyəcandan az qala boğula-boğula vurnuxdu. – Potapıç hardadı? Potapıçı onun yanına göndərin! Hə, de də, de də, – nənə məni itələyirdi. – Hə, doğrudan da, bu Potapıç hardadı, axı! Sorter, sorter! 57 – az qala cavan oğlana qışqırmağa başlamışdı. Mən ona sarı əyildim, qətiyyətlə pıçıldadım ki, burada belə qışqırmaq olmaz, hətta azacıq ucadan danışmağa da icazə verilmir, ona görə ki, bu, hesaba mane olur, bizi indicə qovarlar. 57 çıxın gedin – frans. www.vivo-book.com 150 – Heyif! Bu adam batdı, deməli, özü istəyir… ona baxa bilmirəm, hər şeyi alt-üst eləyir. Bu nə səfeh adamdı! – Nənə tez-tələsik başqa tərəfə çevrildi. Orda, solda, stolun digər hissəsində, oyunçuların arasında gənc bir qadın, onun yanında tanımadığım cırtdan kişi göründü. Bu cırtdan kimidi – qadının qohumuydu, yoxsa elə-belə, təsir göstərmək üçünmü gətirmişdi – bilmirəm. Xanımı əvvəllər də görmüşdüm; o, qumar masasının yanında hər gün günortadan bir saat keçmiş peyda olurdu, düz saat ikidə çıxıb gedirdi; hər gün bircə saat oynayırdı. Onu artıq tanıyırdılar, dərhal da kreslo çəkirdilər. Qadın cibindən bir neçə qızıl, bir neçə minfranklıq əsginaz çıxarırdı, sakitcə, soyuqqanlılıqla, hesablaya-hesablaya, kağızda karandaşla rəqəmləri qeyd eləyə-eləyə, həmin anda imkanların cəmləşdiyi sistemi axtarıb tapmağa çalışa-çalışa pul qoymağa başlayırdı… Qadın xeyli pul qoyurdu. Hər gün bir-ikisini, çox olanda üç min frank udurdu – bundan çox udmurdu, dərhal da çıxıb gedirdi. Nənə uzun-uzadı ona göz qoydu. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling