Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet76/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   72   73   74   75   76   77   78   79   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
153 
– Yaxşı, siz deyən olsun, amma ola bilər, min dəfə 
qoysanız da axşama qədər çıxmasın, belə şeylər baş verib. 
– Boş sözdü, boş sözdü! Canavardan qorxan meşəyə 
girməz. Nə? Uduzdum? Yenə qoy. 
İkinci fridrixsdörü də uduzduq; üçüncünü qoyduq. 
Nənə yerində güclə duruş gətirirdi. O, par-par yanan 
gözlərini fırlanan çarxın girinti-çıxıntılarında atılıb-düşən 
kürəciyə zilləyib durmuşdu. Üçüncünü də uduzduq. Nənə 
özündən çıxırdı, yerində otura bilmirdi, hətta nəzarətçi 
gözlənilən zero əvəzinə trante six
60
səsləndirəndə 
yumruğunu masaya da çırpırdı. 
– Gör, bir buna bax! – nənə acıqlanırdı, bu zerocığaz 
lənətəgəlmiş tezmi çıxacaq? Ölsəm də, zero çıxanacan 
oturacağam! Bunu o qıvrımsaç nəzarətçiciyəz lənətəgəlmiş 
eləyir, onda qəti zero çıxmır. Aleksey İvanoviç, bir dəfə iki 
qızıl qoy! Nə qədər qoysan, zero çıxanda heç nə 
götürməyəcəksən. 
– Nənə!
60
Otuz altı – frans.


www.vivo-book.com 
154 
– Qoy, qoy! Sənin pulun deyil! İki fridrixsdör qoydum.
Kürəcik uzun müddət çarxın içində diyirləndi, nəhayət, 
çıxıntılarda atılıb-düşməyə başladı. Nənə donub mənim 
əlimi sıxdı və qəfildən – tarapp! 
– Zero, – nəzarətçi elan etdi. 
– Görürsən, görürsən! – nənə fərəhlə, razı halda mənə 
sarı döndü. – Mən demişdim axı, demişdim sənə! İki qızıl 
pul qoymağı ilahi özü ağlıma saldı. Hə, mən indi nə qədər 
alacağam axı? Niyə vermirlər? Potapıç, Marfa, onlar 
hardadılar axı? Bizimkilərin hamısı hara yox olublar axı? 
Potapıç, Potapıç! 
– Nənə, sonra, – pıçıldadım, – Potapıç qapının 
ağzındadı, onu bura buraxmırlar. Baxın, nənə sizə pul 
verirlər, alın! – Nənəyə göy rəngli kağızın içində 
fridrixsdörlə ağır bağlama verdilər, üstəlik başı bağlı 
olmayan iyirmi fridrixsdör saydılar. Bütün bunları mən 
kürəklə nənənin qarşısına itələdim. 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   72   73   74   75   76   77   78   79   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling