Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
127 – Amma necə ola bilər ki, – general da bu “goplayırsan” sözünü eşitməməyə çalışıb onun sözünü tələsik kəsdi və səsini qaldırdı, – amma necə oldu ki, belə bir səfərə çıxmağı qət elədiniz? Özünüz razılaşın ki, sizin yaşınızda, sizin səhhətinizdə… hər halda, bu o qədər gözlənilməzdi ki, bizim təəccübümüz başadüşüləndi. Amma mən elə şadam… bir də ki, biz hamımız (o mərhəmət və şəfqətlə gülümsəməyə başladı) var gücümüzlə çalışarıq, burdakı mövsümü sizdən ötrü ən gözəl əyləncəyə çevirək… – Yox, canım, bəsdi; boş cəfəngiyatdı; həmişəki kimi ağzına gələni danışırsan; mən özüm də yaşamağı bacararam. Bununla belə, sizdən əl çəkməyəcəyəm; kin saxlamıram. Necə ola bilər, soruşursan. Burda təəccüblü nə var axı? Ən sadə tərzdə. Onların hamısı da buna təəccüblənirlər. Salam, Praskovya. Sən burda neyləyirsən? – Salam, nənə, – Polina ona yaxınlaşıb dilləndi, – çoxdan yoldasan? – Hə, bax, bu hamıdan ağıllı sual verdi, yoxsa ki, ah-uf! Bax, görürsənmi: yatdım-yatdım, müalicə elədilər, elədilər, www.vivo-book.com 128 mən həkimləri qovdum, Nikoldan ponomarı 48 çağırdım. O elə bu xəstəlikdən ot ovuntusuyla bir qadını sağaldıb. Hə, mənə də kömək elədi; üçüncü gün qan-tərə batıb qalxdım. Sonra mənim almanlarım təzədən yığışdılar, eynəklərini taxdılar, bəzənməyə başladılar: “Əgər indi, deyirlər, xaricə, müalicə sularına getsə, kurs götürsə, tutmaları tamam keçər”. Niyə də yox, fikirləşirəm ki, Zajiginlər ah-uf elədilər: “Siz hara gedib çıxa bilərsiniz, deyirlər!” Hə, buna bax, buna nə sözün var! Bir günün içində yığışdım, keçən həftə cümə günü qızı, Potapıçı da, nökər Fyodoru da götürdüm.O berlinli Fyodoru da qovdum, ona görə ki, görürəm, o heç lazım deyil, təkbaşıma da gəlib çıxardım… Xüsusi vaqon götürərəm, yükçülərsə, bütün stansiyalarda var, iki qrivnaya 49 hara istəsən, apararlar. Gör, necə mənzil tutmusunuz! – ətrafa nəzər salıb sözünü tamamladı. – Bunu hansı pullarla eləyirsən, atam-atam? Axı, sənin hər şeyin 48 aşağı rütbəli keşiş 49 Rusiyada qədim xırda pul |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling