www.vivo-book.com
115
– Yalnız, yalnız bunu gözləyir?
– Mən artıq heç nə bilmirəm, – mister Astley inadla
susdu.
– Mənsə bilirəm, bilirəm! – qəzəb içində təkrar etdim. –
O da miras gözləyir, ona görə ki, Polina cehiz alacaq, o
dəqiqə də boynuna atılacaq. Bütün qadınlar belədi! Onların
ən qürurlusu da ən iyrənc köləyə dönür! Polina yalnız
ehtirasla sevməyə qabildi, ayrı heç nəyə! Onun haqqında
fikrim bax, belədi! O, həyatın bütün dəhşətlərinə,
ehtiraslarına qadirdi... O… O… amma… məni çağıran
kimdi? – qəfildən səsləndim. – Kim qışqırır? Eşitdim, rusca
“Aleksey İvanoviç!” qışqırdılar. Qadın səsidi, eşidirsinizmi,
eşidirsinizmi!
Bu vaxt biz otelimizə yaxınlaşırdıq. Artıq çoxdan, ona
fikir vermədən qəhvənin başını buraxmışdıq.
– Mən qadın harayı eşitdim, amma bilmirəm, kimi
çağırırlar; rusca səsləyirlər; indi qışqırığın hardan gəldiyini
görürəm, – mister Astley göstərdi. – İri kresloda oturan, bir
belə nökərin eyvana çıxardığı o qadın çığırır. Arxasınca
çamadanlar aparırlar, deməli, qatar indicə gəlib.
www.vivo-book.com
116
– Bəs o, niyə çığırır? Baxın, yenə qışqırıb bizə əl eləyir.
– Görürəm, – mister Astley dedi.
– Aleksey İvanoviç! Aleksey İvanoviç! Ah, ilahi, bu nə
səfehdi! – otelin eyvanından ümidsiz çığırtılar eşidilirdi.
Biz, az qala, qaça-qaça girişə yetişdik. Mən meydançaya
çıxdım və… heyrətdən əllərim yanıma düşdü, ayaqlarımsa
daşa döndü.
IX FƏSİL
Otelin geniş eyvanının böyük meydançasında pillələrlə
kresloda gətirilmiş, nökərlərlə, qulluqçularla, otelin çoxsaylı
quyruqbulayan qətiyyətilə, ali qonağı qarşılamağa çıxmış
ober-kelnerin özünün iştirakıyla xüsusi qulluqçuları,
Do'stlaringiz bilan baham: |