Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
113 rus knyazıyla gözəl atların belində necə çapdığını gördüm, generalsa onların ardınca sarı atın belində gedirdi. O, səhər deyirdi ki, ayaqları ağrıyır, amma oturuşu yaxşıydı. Bax, elə həmin an beynimə belə bir fikir gəldi ki, tamamilə məhv olmuş adamdı. Üstəlik, bütün bunlar mənim işim deyil, miss Polinanı yalnız bu yaxınlarda tanımaq şərəfinə nail olmuşam. Yeri gəlmişkən (mister Astley qəfildən duruxdu), mən artıq dedim ki, sizi səmimi qəlbdən sevdiyimə baxmayaraq, bəzi məsələlərə olan hüququnuzu qəbul eləyə bilmərəm… – Bəsdi, – yerimdən qalxıb dilləndim, – indi mənə gün kimi aydındı ki, miss Polinaya da mademoiselle Blanche haqqında hər şey məlumdu, lakin fransızından ayrıla bilməz, ona görə də mademoiselle Blanche ilə gəzməyə risk eləyir. İnanın ki, başqa heç bir təsir onu mademoiselle Blanche ilə gəzməyə, mənə yazdığı məktubda barona toxunmamaq üçün yalvarmağa məcbur eləyə bilməzdi. Burda məhz qarşısında hamının baş əydiyi həmin təsir olmalıdı! Elə özü də məni baronun üstünə saldı! Lənət şeytana, burda heç nəyi ayırd eləmək olmur. www.vivo-book.com 114 – Siz unudursunuz ki, bu mademoiselle Cominges generalın nişanlısıdı, ikincisi isə miss Polinanın – generalın qızlığının balaca qardaş-bacısı da var. Onlar həm də generalın – bu tamamilə dəli adamın atdığı, üstəlik, deyəsən qarət elədiyi uşaqlarıdılar. – Hə, hə! Bu belədi! Uşaqları buraxıb getmək – deməli, onları tamamilə atmaq, qalmaq – deməli, onların maraqlarını qorumaq, bəlkə də elə mülk parçasını xilas eləmək. Hə, hə, bütün bunlar həqiqətdi! Amma hər halda, hər halda! Eh, başa düşürəm, niyə onların hamısı nənəciyəzlə belə maraqlanırlar! – Kim barədə? – mister Astley soruşdu. – Ölməyi haqqında teleqram gözlədikləri Moskvadakı o qara ifritə haqqında. – Şübhəsiz, bütün maraqlar onda birləşib. Məsələ mirasdadı! Miras peyda olacaq və general evlənəcək; miss Polina da sərbəst olacaq, De-Qriyesə… – Hə, bəs De-Qriye… – De-Qriyeyəsə pul ödənəcək; o yalnız buna görə burda yaşayır. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling