Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet53/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   49   50   51   52   53   54   55   56   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
107 
barədə eşitmisiniz, bilirsiniz kimdən? Miss Polinanın 
özündən! 
– Sizin gözləriniz parıldayır, mən o gözlərdə şübhə 
oxuyuram, – o, həmin dəqiqə əvvəlki sakitliyini özünə 
qaytarıb dilləndi, – amma sizin öz şübhənizi azacıq da olsun 
üzə çıxarmaq haqqınız yoxdu. Mən sizin bu hüququ tanıya 
bilmərəm, suallarınıza cavab verməkdən də tamamilə imtina 
eləyirəm. 
– Yaxşı, bəsdi! Lazım da deyil! – qəribə tərzdə 
həyəcanlanıb, bunun beynimə niyə düşdüyünü bilməyib 
qışqırdım! Mister Astley gülümsündü və başını tərpətdi. 
– Həqiqətən, mən deyəsən, bunu da sizdən daha çox 
bilirəm, – dedi. – Burda bütün iş təkcə mademouselle 
Blanche-yə aiddi, əminəm ki, bu əsl həqiqətdi. 
– Hə, nə olsun axı, mademoiselle Blanche? – 
hövsələsizliklə qışqırdım (qəfildən məndə ümid oyandı ki, 
indi m-lle Polina barədə nə isə aşkar olacaq). 
– Mənə elə gəlir, indiki halda baron və baronessayla 
görüşdən bütün vasitələrlə qaçmaq üçün mademoiselle 


www.vivo-book.com 
108 
Blanche-nin xüsusi marağı var – üstəlik, xoşagəlməz 
görüşdən, daha pisi – qalmaqallı görüşdən. 
– Hə! Hə! 
– Mademoiselle Blanche üçüncü il, mövsüm vaxtı artıq 
burda, Ruletenburqdaydı. Mən də burdaydım. Mademoiselle 
Blanche onda özünü mademoiselle de Cominges 
adlandırmırdı, eynilə anası da madame veuve Cominges 
həmin vaxt mövcud deyildi. Hər halda ondan heç soraq da 
yox idi. De-Qriye də onda De-Qriye deyildi. Mən dərin 
inam bəsləyirəm ki, onların aralarında nəinki qohumluq 
əlaqəsi yoxdu, hətta bu yaxınlarda tanış olublar. De-
Qriyenin markizliyi də, lap bu yaxınların məsələsidi – mən 
bir məsələyə görə buna əminəm. Hətta fərz eləmək olar ki, o 
yalnız bu yaxınlarda De-Qriye kimi adlanmağa başlayıb. 
Çünki burda ona başqa ad altında rast gələn bir adam 
tanıyıram. 
– Mən bilən, o, doğrudan da sanballı tanışlıq çevrəsinə 
malikdi. 
– Ola bilər. Mademoiselle Blanchenin geniş əlaqələrə 
malik olması mümkündü. Lakin üçüncü il mademoiselle 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   49   50   51   52   53   54   55   56   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling