Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
98 ondan mənim vasitəçim, bir sözlə, sekond-um 38 olmağı xahiş eləyəcəm. Bu adam məni sevir və yəqin ki, imtina etməyəcək. O, baronun yanına gedəcək. Əgər mən özüm un out cnitel – əmsə və nəyləsə subalterne 39 görünürəmsə, hə, nəhayət, müdafiəsizəmsə, onda mister Astley lordun, həqiqi lordun, baron mister Astleylə nəzakətli olacaq və ona qulaq asacaq. Əgər qulaq asmasa, mister Astley bunu özünə şəxsi inciklik sayacaq (siz bilirsiniz, ingilislər necə inadkardılar), baronun yanına öz adından tanışlarını göndərəcək, onunsa yaxşı tanışları var. İndi hesaba vurun, nə alınacaq, bəlkə də sizin nəzərdə tutduğunuzdan heç nə çıxmayacaq. Fransız açıq-aşkar qorxurdu; doğrudan da, hər şey həqiqətə çox oxşayırdı, belə çıxardı ki, mən doğrudan da, nəsə hadisə törətmək iqtidarındayam. – Amma sizdən xahiş eləyirəm, – o, tam yalvarıcı səslə başladı, – bütün bunların başını buraxın! Sizə əməlli-başlı ləzzət verir ki, ortadan iş çıxacaq! Sizə duel yox, əhvalat 38 sekundant – frans. 39 tabeçilikdə www.vivo-book.com 99 lazımdı! Dedim ki, bütün bunların hamısı maraqlı və hətta məzəli alınacaq, – bəlkə də can atdığınız kimi, bir sözlə, – qalxdığımı və şlyapamı götürdüyümü görüb, sözünü bitirdi, – mən bir nəfərdən sizə bu iki kəlməni çatdırmağa gəlmişəm, oxuyun – mənə cavabı gözləmək tapşırılıb. – Bunu deyib, o, cibindən kiçik, qatlanmış və kinə həbiylə yapışdırılmış məktubu çıxarıb mənə verdi. Polinanın əliylə yazılmışdı: “Mənə belə gəldi ki, bu hadisəni davam etdirmək niyyətindəsiniz. Siz incimisiniz və məktəblisayaq hərəkətlər eləməyə başlayırsınız. Amma burda xüsusi vəziyyət mövcuddu, mən onları sonra sizə bəlkə də izah eləyəcəm; sizsə, zəhmət olmasa, başını buraxın və sakit olun. Bütün bunlar axmaqlıqdı! Siz mənə lazımsınız, özünüz tabe olmağa söz vermisiniz. Şlagenberqi xatırlayın. Qulaq asmağı sizdən xahiş eləyirəm, əgər lazımdırsa, əmr eləyirəm. Sizin P. P.S. Əgər dünənkinə görə mənə acığınız tutubsa, onda bağışlayın”. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling