Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
90 adi olmağa lüzum görürsə, onda onun fantaziyası çox axmaq, qeyri-təbii olur, əvvəlcədən hazırlanmış, artıq çoxdan bayağılaşmış formalardan tərtib olunur. Təbii fransızsa ən meşşan, xırda, adi müsbət keyfiyyətlidən ibarətdi, bir sözlə, dünyada ən cansıxıcı məxluqdu. Məncə, yalnız xam adamlar, xüsusilə, rus xanımları fransızlara məftun olurlar. Hər cür abırlı məxluqa o dəqiqə salon lütfkarlığının, ədəbsizliyinin, şənliyinin bir dəfə müəyyən olunmuş bu rəsmiyyətçiliyi aydın və dözülməz olur. – Mən sizin yanınıza iş üçün gəlmişəm, – o, həddən artıq sərbəst, buna baxmayaraq, yenə də nəzakətlə sözə başladı. – Həm də gizlətmirəm ki, generalın elçisi, yaxud vasitəçi kimi. Rus dilini çox pis bildiyimdən mən dünən heç nə başa düşə bilmədim: amma general məni ətraflı başa saldı, boynuma alıram… – Qulaq asın, monsieur De-Qurye, – onun sözünü kəsdim, – siz bax, bu işdə də vasitəçi olmağa girişdiniz. Mən əlbəttə, “un outchitel” və heç zaman bu evin yaxın dostu, yaxud hansısa xüsusi intim münasibətlərdə olmaq şərəfinə iddia eləməmişəm, elə ona görə də vəziyyəti bilirəm; ancaq www.vivo-book.com 91 mənə izah eləyin: bəyəm siz indi tamamilə bu ailənin üzvüsünüz? Nədən siz hər şeydə belə mütləq iştirak eləyirsiniz, indi də hər işdə vasitəçisiniz… Sualım xoşuna gəlmədi. Ondan ötrü çox şəffafıydı, danışmaq isə istəmirdi. – Məni generalla müəyyən qədər iş, müəyyən qədər bəzi xüsusi vəziyyətlər bağlayır, – o, quru tərzdə dilləndi. – General məni sizdən axşamkı niyyətlərinizi bir qırağa qoymağı xahiş eləməyə göndərdi. Sizin bütün fikirlərinizin hamısı əlbəttə, çox ağıllıdı; amma məhz məndən xahiş elədi, sizə çatdırım ki, bu, qətiyyən baş tutmayacaq. Ən azı baron sizi qəbul eləməyəcək, nəhayət, o axı bütün hallarda sizin tərəfininzdən yol veriləcək növbəti xoşagəlməzliklərdən canını qurtarmaq üçün hər cür vasitəyə malikdi. Özünüz razılaşın, davam etdirməyin nə əhəmiyyəti var axı? General ki, sizə söz verdi, yəqin sizi ilk əlverişli şərait yarananda yenidən evinə qəbul edəcək, ona qədərsə, məvacibinizi |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling