Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet42/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   38   39   40   41   42   43   44   45   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
84 
çatdırdı ki, mən indicə onu az qala duelə çağırmışam. 
Fransız ucadan qəhqəhə çəkdi. 
– Amma barona əyilmək fikrində deyiləm, – tam 
soyuqqanlılıqla, m-r De-Qriyenin gülüşündən qətiyyən pərt 
olmadan davam elədim. – Beləliklə də, general, bu gün 
baronun şikayətlərini dinləməyə razı olub, öz-özünüzü bütün 
bu hadisənin iştirakçısı yerinə qoyduğunuza görə, sizə elan 
eləməyi özümə şərəf bilirəm ki, sabah səhərdən gec 
olmayaraq, barondan mənimlə haqq-hesabı olduğu halda, 
başımın üstündən başqa bir şəxsə müraciət eləməyinin 
səbəblərinin formal şəkildə izahını öz adımdan tələb 
eləyərəm. 
Əvvəlcədən hiss elədiyim şey baş verdi. General bu 
yeni axmaqlığı eşidib həddən artıq qorxdu. 
– Necə, doğrudanmı, siz hələ bu lənətə gəlmiş işi 
davam etdirmək istəyirsiniz? – O səsləndi. – Siz mənim 
başıma nə oyun açırsınız! Cəsarət eləməyin, cəsarət 
eləməyin, hörmətli cənab, yoxsa sizə and içirəm!.. Burda da 
müdiriyyət var… mən də… mən… bir sözlə, mənim 
rütbəmlə… elə baron da. … sizi tutarlar, burdan polislə 


www.vivo-book.com 
85 
çıxararlar ki, dəlilik eləməyəsiniz! Bunu başa düşürsünüz? – 
hiddətdən doğan cəsarət onu çulğasa da, hər halda, həddən 
artıq qorxmuşdu. 
– General, – ondan ötrü dözülməz sakitliklə cavab 
verdim, – dəlilikdən əvvəl dəliliyə görə həbsə almaq olmaz. 
Mən hələ baronla öz haqq-hesabımı çəkməmişəm, sizə də 
hələ qəti məlum deyil ki, bu işə hansı formada, hansı 
əsaslarla başlamaq istəyirəm. Yalnız ağlıma gələn, guya, 
azad iradəm üzərində hökmü olan bir şəxsin himayəsi 
altında olmağım ehtimalını aydınlaşdırmaq istəyirəm. Əbəs 
yerə belə həyəcanlanıb, narahat olursunuz. 
– Allah xatirinə, Allah xatirinə, Aleksey İvanoviç, bu 
mənasız niyyətinizi bir kənara qoyun! – General qəfildən 
özünün hiddətli danışıq tərzini dəyişib, hətta əllərimdən 
yapışıb mızıldandı. – Hə, təsəvvür eləyin ki, bundan nə 
çıxacaq? Yenə xoşagəlməz şeylər! Razılaşın ki, mən burda 
özümü xüsusi tərzdə saxlamalıyam, xüsusilə indi! Xüsusilə 
indi!.. Oh, siz bilmirsiniz, mənim vəziyyətimi bilmirsiniz!.. 
Burdan gedəndə, yenidən sizi öz evimə qəbul eləməyə 
hazıram. Mən indi ancaq belə, hə, bir sözlə, – axı səbəblərini 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   38   39   40   41   42   43   44   45   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling