Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet38/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   34   35   36   37   38   39   40   41   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
76 
nifrətamiz çaşqınlıqla baxdı. Ötüb keçənlər də dönüb 
baxmağa başladılar. Bəziləri hətta bir anlığa dayanırdılar. 
– Heyn! – Baron təzədən ikiqat qaqqıltı və ikiqat 
qəzəblə qığıldadı. 
– Ja wohl
28
, – mən düz onun gözlərinin içinə baxa-baxa 
sözləri uzatdım. 
– Sind sie rasend?
29
– o, əl ağacını fırladıb, görünür, bir 
az qorxa-qorxa qışqırdı. Ola bilsin, onu kostyumum 
karıxdırmışdı. Mən tamamilə ən abırlı cəmiyyətə məxsus 
olan adam kimi gözəl, hətta şıq geyinmişdim. 
– Ca wo-o-ohl!!! – Qəfildən berlinlilər kimi “o”-nu 
uzada-uzada qışqırdım; onlar söhbətdə dəqiqəbaşı və “ya 
wohl” ifadəsini işlədirlər, bu zaman uzatdıqları “o” 
hərfindən bu və ya digər dərəcədə öz fikirlərinin, 
duyğularının müxtəlif çalarlarını ifadə üçün istifadə 
eləyirlər. 
28
hə – alm.
29
nədi, qudurmusunuz? – alm.


www.vivo-book.com 
77 
Baronla baronessa cəld döndülər, məndən qorxu içində 
qaçıb aralandılar. Camaatın arasından bəziləri danışırdılar, 
başqaları bir şey anlamadan mənə baxırdılar. Bununla belə, 
yaxşı xatırlamıram. 
Mən dönüb adi addımlarla Polina Aleksandrovnaya 
doğru getdim. Amma onun oturduğu yerin yüz addımlığına 
çatmamışdım ki, gördüm, qalxdı və uşaqlarla otelə sarı 
yollandı. 
Onu otelin artırmasında haqladım. 
– Yerinə yetirdim… axmaqlıqdı, – onunla yanaşı gedə-
gedə dedim. 
– Hə, nolsun axı? İndi də hoqqabazlıq eləyin, – o hətta 
üzümə də baxmadan cavab verib pilləkənlə yuxarı qalxdı.
Bütün axşamı parkda keçirdim. Parkdan sonrasa 
meşədən ötüb hətta başqa knyazlığa da keçdim. Bir 
daxmada qayğanaq yedim, pivə içdim, bu idilliyadan ötrü 
məndən bir taler yarım qopartdılar.
Yalnız saat on birdə evə qayıtdım. O dəqiqə generalın 
göndərdiyi adam dalımca gəldi. 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   34   35   36   37   38   39   40   41   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling