Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
70 söhbətimiz nə qədər axmaq, nə qədər ağlagəlməz olsa da, ürəyim çırpınırdı. O qəfildən qəhqəhə çəkdi. Biz orda oynaşan uşaqlarla üzbəüz, ekipajların dayandığı və adamların vağzalın qabağındakı xiyabana düşdüyü həmin yerdə, oturacaqda əyləşmişdik. – O kobud baronessanı görürsünüz? – o səsləndi. – Baronessa Vurmerhelmdi. Üçcə gündü ki, gəlib. Ərini görürsünüz, uzundraz, arıq, əlində əl ağacı olan prusiyalını? Yadınızdadı o, üçüncü gün bizə necə diqqətlə baxırdı? Bu dəqiqə durun, baronessaya yaxınlaşın, şlyapanızı çıxarın, ona fransızca bir söz deyin. – Nəyə görə? – Siz and içirsiniz ki, Şlangenberqdən atılardınız, siz and içirsiniz ki, əmr eləsəm, öldürməyə hazırsınız. Bütün bu qətllərin, faciələrin əvəzində mən yalnız gülmək istəyirəm. Sorğu-sualsız qalxın. Mən baronun sizi əl ağacıyla necə vuracağına baxmaq istəyirəm. – Siz məni təhrik eləyirsiniz, elə bilirsiniz ki, getmərəm. www.vivo-book.com 71 – Hə, təhrik eləyirəm, tərpənin, mən belə istəyirəm. – İcazənizlə, gedirəm, bu vəhşi fantaziya olsa da. Ancaq görün, nə deyirəm: generalın başına xoşagəlməz bir şey gəlməsin, o da sizin qanınızı qaraltmasın. Allah haqqı, mən özüm barədə əl-ayağa düşmürəm, sizdən, həm də generaldan ötrü narahat oluram. Qadını təhqir eləmək nə fantaziyadı belə? – Yox, göründüyü kimi, siz olsa-olsa, boşboğazsınız, – o, nifrətlə dilləndi. – Sizin gözləriniz elə əvvəldən qan çəkib – burası da var ki, bəlkə də naharda çox şərab içdiyinizdəndi. Bəyəm, mən özüm bilmirəm ki, bu həm axmaqlıq, həm yaramazlıqdı, həm də generalın acığı tutar? Mən, sadəcə, gülmək istəyirəm. Hə, yalnız onu istəyirəm, vəssalam! Qadını niyə təhqir eləyəsiniz, axı? Uzaqbaşı, sizi əl ağacıyla vuracaqlar. Mən döndüm və dinməzcə onun tapşırığını yerinə yetirməyə getdim. Əlbəttə, bu axmaqlığıydı, əlbəttə, boyun qaçıra bilməzdim, amma baronessaya yaxınlaşmağa başlayanda, yadımdadı, elə bil, mənim özümü nəsə |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling