Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
64 sizə dəxli yoxdu. Sizi nəyə görə sevdiyimi də bilmirəm. Ola bilsin, heç də yaxşı deyilsiniz. Təsəvvür eləyin ki, hətta sizin, hətta sifətinizin gözəl olub-olmadığını bilmirəm! Qəlbiniz yəqin ki, gözəl deyil; ağlınız nanəcibdi; bu çox güman ki, belədi. – Ola bilər, elə mənim nəcibliyimə inanmadığınıza görə də, məni pulla almağa ümid eləyirsiniz, – Polina dedi. – Nə vaxt sizi pulla ələ almağa ümid eləmişəm? – mən qışqırdım. – Siz sarsaqlayırsınız, açarınızı da itiribsiniz. Əgər məni ələ almasanız, onda hörmətimi pula satın almaq istəyirsiniz. – Yox, axı heç də belə deyil. Sizə dedim ki, izah eləməkdə çətinlik çəkirəm. Siz məni əzirsiniz. Mənim cəfəngiyatıma acığınız tutmasın. Bilirsinizmi, məndən nəyə görə incimək olmaz: mən sadəcə, dəliyəm… Amma özünüz bilərsiniz, inciyirsiniz, inciyin. Mən yuxarıda, otağımda sizi yadıma salmağa, yalnız sizin paltarınızın xışıltısını eşitməyə bəndəm ki, əl-ayağımı gəmirim. Axı, nəyə görə mənə acığınız tutur? Özümü kölə adlandırmağa görəmi? İstifadə eləyin, istifadə eləyin mənim www.vivo-book.com 65 köləliyimdən, istifadə eləyin! Bilirsinizmi ki, nə vaxtsa sizi öldürərəm? Ona görə öldürərəm ki, sevgim soyuya, yaxud qısqanaram, elə-belə, sadəcə, öldürərəm, çünki hərdənbir sizi yemək istəyirəm. Gülürsünüz… – Heç də gülmürəm, – o, qəzəblə dilləndi. – Mən sizə susmağı əmr eləyirəm. O, hiddətdən güclə nəfəsini dərib ara verdi. Allah haqqı, mən bilmirəm, Polina öz-özlüyündə yaxşıydı, ya yox, amma həmişə onun mənim qarşımda belə dayanmağına baxmağı sevirdim, ona görə də tez-tez onu hiddətləndirmək mənə ləzzət verirdi. Bəlkə də bunu sezmişdi, qəsdən acıqlanırdı. Mən bunu ona dedim… – Necə murdarçılıqdı! – o, iyrənə-iyrənə səsləndi. – Mənim vecimə deyil, – davam elədim. – Hələ onu da bilirsizmi ki, bizə ikilikdə gəzmək təhlükəlidi; mən dəfələrlə sizi vurmaq, eybəcər hala salmaq, boğmaq istəmişəm. Nə fikirləşirsiniz, iş o həddə çatmaz? Siz məni qızdırmaya salacaqsınız. Mən qalmaqaldanmı, yoxsa sizin qəzəbinizdənmi qorxacağam? Axı, qəzəbiniz məndən ötrü nədi ki? Mən sizi ümidsizcəsinə sevirəm, bilirəm ki, bundan sonra min dəfə artıq sevəcəyəm. Əgər sizi nə vaxtsa |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling