Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
80 – Oo, bu fikri azacıq da olsa, ağlınıza gətirməyin! – generala qışqırdım, – mənim hərəkətim, əlbəttə, yaxşı hərəkət deyil, bunu sizə çox açıqcasına etiraf eləyirəm. Hərəkətimi hətta axmaq, xoşagəlməz, məktəblisayaq da saymaq olar, amma bundan artıq yox. Onu da bilirsinizmi, general, mən günahımı tamamilə boynuma alıram. Amma burda öz gözlərimdə məni günahdan azad eləyən bir məsələ var. Son vaxtlar, təxminən iki, hətta üç həftədi, mən özümü pis hiss eləyirəm: xəstə, əsəbi, qəzəbli, fantastik vəziyyətdəyəm, bir sıra hallarda da öz üzərimdə nəzarəti tamamilə itirirəm. Düzdü, bəzən bir neçə dəfə qəfildən markiz de-Qriyeyə müraciət eləməyi dəhşətli dərəcə arzulamışam və… Amma, hər halda, adını deməyə ehtiyac yoxdu: bəlkə də onun acığı tutacaq. Bir sözlə, bu, xəstəliyin əlamətləridi. Bilmirəm, mən ondan üzr istəyəndə, baronessa Vurmerhelm bu vəziyyəti nəzərə alarmı (ona görə ki, mən ondan üzr istəmək fikrindəyəm)? Güman eləyirəm ki, qəbul eləməz.Üstəlik də, eşitdiyimə görə, axır vaxtlar vəkillər cinayət prosesləri zamanı öz müştərilərini, caniləri həddən artıq tez-tez təmizə çıxarmağa nail olurlar. Guya onlar www.vivo-book.com 81 cinayəti törədəndə, heç nəyi xatırlamırlarmış, guya bu belə bir xəstəlikdi. “Vurub, amma heç nə yadında deyil”. Təsəvvür eləyin, general, təbabət onlara tərəf çıxır, – doğrudan da, təsdiq eləyir ki, belə bir xəstəlik, bu cür müvəqqəti ağıl qarışması olur.Həmin vaxtlarda insan demək olar, heç nə xatırlamır, yaxud yarısını, ya da dörddə birini xatırlayır. Amma baronla baronessa – köhnə nəslin adamlarıdı, üstəlik, pruss yunkeri və mülkədarlarıdı. Onlara, ola bilər ki, hüquqi-tibbi aləmdəki bu tərəqqi hələ məlum deyil, ona görə də mənim izahatlarımı qəbul eləməyəcəklər. Siz necə fikirləşirsiniz, general? – Bəsdi, cənab! – general kəskin və ciddi tərzdə, hiddətlə dilləndi, – bəsdi! Mən özümü birdəfəlik sizin məktəblisayaq hərəkətlərinizdən qurtarmağa çalışıram. Siz baronun və baronessanın qarşısında üzr istəməyəcəksiniz. Sizinlə hər cür əlaqə, hətta üzr istəmək barəsində yeganə xahişiniz olsa da, onlardan ötrü həddən artıq təhqiramiz görünəcək. Baron sizin mənim ev adamım olduğunuzu öyrənib.Elə vağzaldaca məndən izahat istəyirdi.Etiraf edim ki, bir az da keçsəydi, tələbinin yerinə yetirilməsini |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling