Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
68 – Siz qorxaq deyilsiniz? – qəfildən məndən soruşdu. – Bilmirəm, bəlkə də qorxağam. Bilmirəm… bu haqda çoxdan fikirləşməmişəm. – Əgər mən sizə desəm, bu adamı öldürün, onu öldürərsinizmi? – Kimi? – Mən kimi istəsəm. – Fransızı? – Sual verməyin, cavab verin – mən kimi göstərsəm. Bilmək istəyirəm, bayaq ciddimi deyirdiniz? – O, cavabı elə qəti və səbirsizliklə gözləyirdi ki, nəsə mənə qəribə gəldi. – Nəhayət, deyin görüm, burda nə baş verir axı! – qışqırdım. – Nədir, məndən qorxursunuz yoxsa? Mən özüm burdakı qarmaqarışıqlıqları görürəm. Siz bu iblisə – Blanche-yə ehtirasa mübtəla olmuş, müflisləşmiş və ağlını itirmiş adamın qızlığısınız; sonrasa – bu fransız, sizə öz sirli təsiriylə… bax, indi də mənə bu cür… ciddi sual verirsiniz. Ən azı, xəbərim olsun; yoxsa işə qarışıb nəsə edərəm. Yaxud məni səmimiyyətə layiq görməkdən utanırsınız bəyəm, siz məndən utana bilərsiniz? www.vivo-book.com 69 – Sizinlə heç də o haqda danışmıram, sizə sual vermişəm, cavab gözləyirəm. – Şübhəsiz ki, öldürərəm, – qışqırdım. – Bircə kimisə öldürməyi əmr eləyin; amma bəyəm, bunu bacararsınız… bəyəm bunu əmr eləyərsiniz? – Bəs nə fikirləşirsiniz, sizə rəhmim gələcək? Əmr eləyərəm, özüm də qıraqda qalaram. Buna dözərsinizmi? Yox ey, sizlik deyil! Əlbəttə, əmrə görə öldürəcəksiniz də, sonrasa sizi göndərməyə cəsarət elədiyimə görə, məni də öldürməyə gələcəksiniz. Bu sözləri eşidəndə elə bil, nəsə beynimə vurdu. Əlbəttə, onda da onun sualını yarızarafat, məni cinləndirmək üçün dediyini zənn edirdim; amma hər halda, həddən artıq ciddi danışırdı. Bununla belə, heyrətləndim ki, o, niyə belə dedi, guya mənim üzərimdə hansısa hüquqa malikdi, mənim üzərimdəki bu hökmranlıqla razılaşıb açıq-aşkar deyir: “Ölümə get, mənsə, kənarda qalacağam”. Bu sözlərdə nəsə, həyasız, çılpaq bir şey vardı və məncə, həddən artıq dözülməziydi. Bəs necə olsun, bundan sonra mənə necə baxacaq? Bu artıq köləlik və heçlik həddini keçdi, bütün |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling