Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
109 Blanche bu baronessanın şikayətilə yerli polisdən şəhəri tərk etmək təklifi aldı və tərk etdi. – Axı necə? – O, burada əvvəlcə Barbeariniylə, yaxud nəsə buna oxşar tarixi adı olan hansısa italyalıyla peyda oldu. Başdan- ayağa qızıl üzüklər, brilyantlarla, hətta saxta olmayan zinətlərlə bəzənmiş adam idi. Onlar heyrətamiz faytonda gəzirdilər. Mademoiselle Blanche trente et quarante-də əvvəlcə yaxşı oynayırdı, sonra xoşbəxtlik ondan əməlli-başlı yan keçməyə başladı. Xatırlayıram ki, o, bir axşam həddən artıq böyük məbləğ uduzdu. Amma ən pisi o oldu ki, un bean matın 41 onun knyazı qeybə çəkildi, atlar da, faytonlar da yox oldular, hər şey yoxa çıxdı. Otelin borcu dəhşətli dərəcədə çox idi. Mademoiselle Zelma – Barberini əvəzinə, qəfildən mademoiselle Zelmaya çevrildi – ümidsizliyin son həddindəydi. Qışqırığı oteli başına götürmüşdü, ağlını itirib paltarlarını cırırdı. Elə bu oteldə bir Polşa qrafı (bütün səyahətə çıxan polyaklar qrafdılar) yaşayırdı və paltarını 41 günlərin bir günü – frans. www.vivo-book.com 110 cıran, gözəl, ətirlə yuyulmuş dırnaqlarıyla pişik kimi üzünü cırıb-tökən mademoiselle Zelma ona müəyyən təsir bağışladı. Onlar söhbətə girişdilər, naharacan qadın sakitləşdi. Axşam qraf onun qoluna girmiş halda vağzalda peyda oldu. Mademoiselle Zelma adəti üzrə çox hündürdən gülürdü, hərəkətlərində daha sərbəst görünürdü. O, birbaşa ruletkada oynayan qadınlar kimi kassaya yaxınlaşanda, özlərinə yer almaq üçün oyunçuları çiyinləriylə var gücüylə itələmək dərəcəsinə çatdı. Bu, həmin qadınlarda xüsusi bir yaraşıqdı. Siz, əlbəttə, belələrini görmüsünüz… – Ah, bəli! – Heç görməyə belə dəyməz. – Abırlı camaatın təəssüfləndiyi kimi, onlar – hər gün masanın yanında minfranklıq biletləri xırdalayanlar məhv edilmirlər. Bununla belə, pul xırdalamağa ara verən kimi, dərhal onlardan uzaqlaşmağı tələb edirlər. Mademoiselle Zelma hələ əsginazları xırdalamaqda davam edirdi: ancaq oyun onu bədbəxtliyə sürükləyirdi. Fikir verin ki, bu xanımlar çox tez-tez xoşbəxtcəsinə oynayırlar; onların heyrətamiz dərəcədə özlərini ələ almaq bacarıqları var. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling