Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
36 özünün oynaması yaxşı deyil. Sözlərinin deyilişindən elə onda başa düşdüm ki, onun sadəcə pul udmaq arzusu yox, hansısa ciddi qayğısı var. Öz-özlüyündə pul ondan ötrü nədi ki! Burda məqsəd var, bu vaxtacan bilmədiyim, amma aydınlaşdıra biləcəyim hansısa bir olay var. Şübhəsiz, onun məni saxladığı bu alçaldıcı və nökərçilik vəziyyətində, mənə kobud, birbaşa tərzdə onun özündən soruşmağa imkan verməliydilər (çox tez-tez verirlər). Belə ki, mən ondan ötrü nökərəm, onun gözlərində həddən artıq xırdayam, ona görə də kobud marağımdan inciməli bir şey yoxdu. Amma məsələ bundadır ki, o mənə sual yağdırmağa imkan verə- verə onlara cavab vermir. Bir çox hallarda o, sualları heç eyninə də almır. Bax, bizim işimiz belədi! Dünən bizə dörd gün qabaq Peterburqa göndərilən, hələ də cavabı alınmayan teleqram haqqında çox danışıldı. General görünür, rahatsız və fikirlidir. Söhbət əlbəttə, nənə barədə gedir. Fransız da həyəcan keçirir. Məsələn, dünən, nahardan sonra onlar uzun-uzadı və ciddi söhbət elədilər. Fransızın bizim hamımızla danışıq tərzi qeyri-adi dərəcədə təkəbbürlü, saymazyanaydı. Burada məhz bu atalar sözü www.vivo-book.com 37 münasibiydi: ayağıma yer eləyim, gör sənə neylərəm. O hətta Polinayla da kobudcasına saymazyanaydı; bununla belə, vağzaldakı ümumi gəzintilərdə, yaxud atla seyrə çıxmalarda, şəhər qırağına səfərlərdə məmnuniyyətlə iştirak eləyir. Mənə fransızı generalla bağlayan bəzi hadisələr çoxdan məlumdu; Rusiyada onlar birgə zavod tikmişdilər; bilmirəm, qurduqları dağıldı, yoxsa hələ də onun barəsində danışırlar. Bundan başqa, mənə təsadüfən ailə sirrinin bir hissəsi məlum olub: fransız doğrudan da, keçən il generalı xilas eləyib və vəzifəsini təhvil verərkən çatışmayan dövlət pulunu ödəmək üçün ona əskik gələn otuz mini verib. Doğrudan da, general onun məngənəsindədi; amma indi, məhz indi bütün bunların hamısında baş rolu hər halda m-lle Blanche oynayır, əminəm ki, burda da səhv eləmirəm. M-lle Blanche kimdi? Burada bizə deyirlər ki, yanında anası və böyük sərvəti olan əsil-nəcabətli fransız qadındı. O da məlumdu ki, o, bizim markizlə necəsə qohumdu, amma çox uzaq qohumdu, ya xalası qızıdı, ya da xalanəvəsidi. Danışırlar ki, mənim Parisə səfəriməcən fransız və m-lle Blanche öz aralarında nəsə daha təntənəli münasibət |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling