Yeni Yazarlar və Sənətçilər Qurumu


Download 3.88 Mb.
Pdf ko'rish
bet57/58
Sana21.02.2017
Hajmi3.88 Mb.
#897
1   ...   50   51   52   53   54   55   56   57   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

426 


Yeddi gəncin yeni bir ədəbi topluluq olma həsrətinin bir ifadəsidir. Ortaq kitablarına ad 

olaraq əvvəlcə fransız ədəbiyyatındakı Pleyad (Sürəyya) topluluğunun adını düşünürlər. 

Lakin xarici söz olduğu üçün bundan vaz keçirlər. Onun türkcəsi olan "Ülkər" də o vaxt 

yayğın deyildi. Daha sonra Cövdət Qüdrət "Yeddi qollu şamdan"ı, Rəşid Sürəyya isə 

"Yeddi günəş" ismini təklif edir. Bunlardan başqa, "Yeddi dağın çiçəyi", "Yeddi budaq 

verən gül", "Yeddi səs", "Yeddi ulduz" kimi adlar da düşünülür. Axırda Səbri Əsədın 

tapdığı "Yeddi məşalə" üzərində qərar qılırlar. "Yeddi məşalə" mızmız və solğun hislərin 

qaraltdığı ədəbiyyatımızı aydınladacaq bir simvol olaraq tapılmışdır. 

"Yeddi məşalə" kitabı: 1928-ci ildə Kənan Hülusi (Koray), Vəsfi Mahir (Qocatürk), 

Müəmmər Lütfi (Bəxşi), Cövdət Qüdrət (Solok), Ziya Osman (Saba), Yaşar Nəbi 

(Nayır), Səbri Əsəd (Siyavuşgil) öz əsərlərindən ibarət olan bir antologiyanı "Yeddi 

məşalə" adı ilə nəşr etdirirlər. Bir mənada topluluğun manifesti mahiyyətində olan bu 

kitaba ön sözü Yaşar Nəbi yazır. Bu topluluq əsasən 1928-1933-cü illər arasında diqqət 

mərkəzində olur. Həmin dövrün ədəbi avtoritetlərindən Yəhya Kamal, Əhməd Haşim, 

Yusuf Ziya, Faruq Nafiz, Kazım Nami, Abdullah Cövdət kimi şairlər ona maraq göstərir 

və topluluq haqqında öz fikirlərini bildirirlər. 

"Məşalə məcmuəsi": topluluğun ortaq kitabı böyük maraqla qarşılandığı üçün bu 

potensialı dəyərləndirmək istəyən Yusuf Ziya bunları sahibi və məsul müdürü olduğu 

"Məşalə məcmuəsi"ndə bir araya gətirir. Yusuf Ziya dərginin çox satılması üçün Əhməd 

Haşimi də ən başa alır. Arxadaşlarının əski ədəbiyyata qarşı mənfi münasibətini 

bəyənməyən Müəmmər Lütfi bu dərgidə yer almaq istəmir və topluluqdan ayrılır. Kənan 

Hülusinin idarə etdiyi dərgi 1 iyun - 15 oktyabr 1928 tarixləri arasında on beş gündə bir 8 

nömrə çıxır. Latın əlifbasına keçildikdən sonra bağlanır. Dərgi bağlandıqdan sonra 

topluluq üzvləri əsərlərini başqa dərgilərdə çap etdirirlər. Bir müddət "Varlıq" dərgisində 

və "Milliyyət" qəzetinin sənət səhifələrində görünürlər. 

Etirazları: hər ədəbi cərəyan, topluluq və hərəkat özündən əvvəlki sənət və ədəbiyyat 

hərəkatlarına bir reaksiya kimi ortaya çıxır. Yeddi məşaləçilər də özlərindən əvvəlki 

klassik şeir anlayışını "daima eyni vəfasız sevgilidən başqa bəhs edəcək bir şey tapa 

bilməmək", "Ədəbiyyati-cədidə" və "Fəcri-ati" şeir anlayışını "dünənin mızmız və solğun 

hisslərini tərənnüm etmək", hecaçı anadoluçu şeir anlayışını və məmləkət ədəbiyyatını isə 

"son zamanların rəngsiz və dar Ayşə, Fatma tərənnümü" kimi qiymətləndirərək həmin 

ədəbiyyat anlayışlarına reaksiya kimi ortaya çıxmışdır. 

Məqsədləri: ədəbiyyatda bir yenilik həmləsi yaratmaq istəmişlər. Bir bəyannamə 

mahiyyətindəki məqsədləri "Yeddi məşalə" adlı ortaq kitabın ön sözündə verilmişdir. 

Sənətdə gerçəkləşdirmək istədiklərini maddələr halında belə xülasə etmək mümkündür: 

1. Orijinallıq: təqlidçilikdən qurtulmağı ən böyük vəzifə saymışlar. Hədəfləri şablondan 

uzaqlaşaraq yeni, orijinal bir ədəbiyyat yaratmaqdır. Türk şeirində var olduğunu irəli 

sürdükləri şablonçuluğu qırmaq istədilər. Onların fikrincə, şair şablonçuluğu qıraraq iç və 

dış dünyanı alışılan görüşdən fərqli olaraq başqa cür duyub göstərməlidir. Əsrlər boyu 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

427 


şairlər eyni hiss və fikirləri dəyişdirə-dəyişdirə, təkrar-təkrar təsvir etmişlər. Bu, çürük bir 

zehniyyətdir. 

2. Yenilik: sürəkli yenilik dalınca qoşmaq, bunun üçün əski ədəbiyyatı bir kənara atmaq 

istədilər. 

a. Mövzularda yenilik və genişlik: üzərində söz söylənə-söylənə köhnəlmiş, çox istifadə 

edilməkdən dolayı yalama olmuş standart mövzular yerinə yeni mövzular tapmaq 

istədilər. Onların fikrincə, divan şairləri əsasən vəfasız sevgilini, "Ədəbiyyati-

cədidə"çilər və "Fəcri-ati"çilər xəstə həssaslığı, vərəmli eşqi, yarımcan romantizmi, 

məmləkət ədəbiyyatçıları isə quru bir igidlik mövzusunu işləmişlər. Yeddi məşaləçilər bu 

mövzu məhdudiyyətinə bir etiraz olaraq fərqli mövzulara diqqət edəcəklərini ortaya 

qoydular. Onlar o zamana qədər türk şeirində diqqəti cəlb etməyən, küncdə-bucaqda 

qalmış daha kiçık və ya daha böyük mövzuları da şeirə gətirmək istədilər. 

b. İfadə tərzində yenilik: duyğuları ifadə etmədə yenilik ardınca qoşdular. Paradoksal 

metod bunlardan biridir: iztirabı qəhqəhə ilə dilə gətirmək kimi. Üslubda və müşəxxəs 

söyləyişlərdə yenilik etməyə çalışdılar. "Artıq bugünkü nəsil hisslərin eynən 

tərənnümündən zövq almır. Məsələn, iztirabı nə üçün bir qəhqəhə şəklində göstərməyək. 

Bəzən elə təbəssümlər vardır ki, ən dərin hıçqırıqlardan çox ələm ifadə edir" deyərək 

duyğuları olduğu kimi dilə gətirmək əvəzinə təzadlar yolu ilə verməyi sınadılar. 

3. Canlılıq: onların fikrincə, sənət canlı və səmimi olmalıdır. O dövrdə ədəbiyyatımızın 

ölüb bitdiyini söyləyənlərə qarşı "xeyr, türk ədəbiyyatı ölməz, canlı bir şəkildə davam 

edəcəkdir" deyə bilmək üçün canlı və dipdiri bir ədəbiyyat yaratmaq iddiası ilə yola 

çıxdılar.  

Yeddi məşaləçilərin şeirinə ümumi bir baxış: yeddi məşaləçilər bəyan etdikləri məqsəd 

istiqamətində orijinal və təsirli bir sənət anlayışını gerçəkləşdirə bilmədilər. Çünki 

topluluq üzvlərinin anlayışları, baxış bucaqları, xarakterləri, hərəkətləri fərqli idi. Bundan 

başqa, hər biri özünə ayrı bir məslək seçərək sənətdən böyük ölçüdə uzaqlaşdılar. Bir 

cərəyana çevrilə bilmədən, sadəcə bir arxadaş topluluğu kimi qaldılar. Bəhrələndikləri 

fransız ədəbiyyatının kölgəsindən çıxa bilmədilər. Özəlliklə parnasizmdən və 

simvolizmdən bəzi motivləri almağa çalışdılar. Şeirlərində duyğu və xəyal ünsürlərindən 

çox pitoresk görüntü ünsürləri və təsvir hakimdir. Varlıq və olayları impressionist bir 

yanaşma ilə dəyərləndirdilər. 

Vəzn, qafiyə və nəzm şəkli: vəzn və qafiyəyə bağlı qalmışlar, bu mövzularda yenilik 

etməyi düşünmədilər. Ən çox 7+7 heca vəznini işlətdilər. Şeirimizdə çox işlənməmiş 

janrlara daha çox yer verdilər. Nəzm vahidi olaraq ən çox üçlükləri işlətdilər. 

Nəticə: yeddi məşaləçilər orijinal bir ədəbi hərəkat yarada bilmədilər. Yeni bir ədəbiyyat 

həvəskarı, gənc bir topluluq kimi varlıqlarını ortaya qoydular. Qrup olaraq qalıcı bir izləri 

yoxdur, ancaq tək-tək, ayrı-ayrı birər dəyər olaraq varlıqlarını sürdürdülər. Bərabərlikləri 

qısa müddətli oldu. Ədəbi bir cərəyan və məktəb deyil, bir topluluqdurlar. Bu baxımdan 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

428 


"Fəcri-ati"çilərə bənzəyirlər. Gerçək bir sənət həyəcanı ilə candan və səmimi bir sənət 

arxadaşlığı göstərdilər. 

Yeddi məşaləçi şairlər: 

Ziya Osman Saba (1910-1957). Yeddi məşalə topluluğunun sonuna qədər şeirdə israr 

edən yeganə istiqrarlı üzvüdür. Duyğu yükü ağır olan şeirlər yazdı. Bunlar incə, yumşaq, 

həssas, hüznlü, ağladan şeirlərdir. Onun şeirində səmimiyyət saf bir lirizm kimi əks 

olunur. Sənətində sadəlik və təvazökarlıq özünü qüvvətlə hiss etdirir. Bəzi şeirlərində 

Verlen təsiri görünür. Sosial və siyasi mövzulara heç toxunmur. Öz kiçık dünyasının 

şeirini yazmaqla kifayətlənir. Böyük davalar, ideologiyalar, iddialar arxasınca qoşmur. 

Orta sinif insanının duyğularını, düşüncələrini, gözləntilərini, problemlərini qəribçilər 

komik, Nəcatigil dramatik, Saba isə lirik şəkildə dilə gətirir. 

Yaşama sevinci o dönəm şairlərinin ortaq mövzusudur. Ziya Osman təbiətə, insanlara, 

həyata yaxşı niyyətlərlə, sevəcənliklə, nikbin duyğularla yaxınlaşır. Yaşama sevincini 

hiss etməyə çalışır. Aradığı şey yaxşılıq, xoşluq, gözəllik, yumşaqlıq, dostluq və 

xoşbəxtlikdir. Kiçık şeylərlə xoşbəxt olmağa çalışır. Hirsli, ehtiraslı deyildir. Evindən, 

məhəlləsindən, ata-anası, ailəsi və uşaqlarından ibarət olan kiçık çevrədə xoşbəxtlik 

arayır. Dünyadan, sevdiklərindən, dostlarından ayrılığa səbəb olan ölümdən buna görə 

qorxur. Ölüm qorxusu, bir baxıma, yaşama sevinci duyğusunun üstün olmasının 

nəticəsidir. Onda yaşama sevincini doğuran başlıca ünsürlər təbiətin gözəlliyi, saflığı və 

sükunəti, yar-yoldaş birgəliyi, uşaq səsidir. O, sevdikləri ilə birgəlikdən doğan bir 

xoşbəxtlik arayışında olmuşdur. 

Ziya Osman Saba bir uşaqlıq dönəmi şairidir. Öz uşaqlıq dönəmindən yola çıxaraq 

insanlığın uşaqlıq çağını, uşaqlıq təcrübələrini, xatirələrini geniş şəkildə işləyir. Uşaqlıq 

dönəminə diqqət, bir baxıma, içində olduğu qatı, sərt, soyuq gerçək dünyadan qaçıb 

getmə istəyinin bir nəticəsidur. Bu qayğısızlıq, xoşbəxtliklə dolu pəmbə dünyaya sığınma 

içində olduğu real aləmdən sıxılmağın, bıqqınlığın bir nəticəsidur. İçində olduğu anın 

xoşbəxtliyini uşaqlıq dönəmlərinin və əski gözəl günlərin xatirələri ilə zənginləşdirir. 

Ziya Osman xoşbəxt ailə tablosu şairidir. Ev həyatına, hüzura, xatirələrə və keçmiş 

zamana çox önəm vermişdir. Vəfat etmiş ata-anasına duyduğu həsrəti dilə gətirir, hətta 

onlarla birlikdə olmaq üçün ölümü belə arzulayır. O, ölümü daha çox islami bir anlayışla 

işləyir. Axirətə və öldükdən sonra həyatın o biri dünyada davam edəcəyinə inanır. Ölüm 

onun üçün bir təsəllidir. Bu dünyadan, dostlarından, sevdiklərindən ayrı qalmanın acısını 

o biri dünyada təkrar birləşmə ümidilə aradan qaldırmağa çalışır. Ölüm mövzusu böhranlı 

gerçək həyatdan qurtuluşun, hüzura, xoşbəxtliyə çatmanın bir vasitəsi sayıldığı üçün 

ölüm mütəvəkkilanə qarşılanır. Şair üsyankar deyildir. O, Allaha bağlılığını və sevgisini 

dilə gətirməkdən də geri durmamışdır. Yarı mistik bir dindarlığı vardır. 

Açıq, anlaşıqlı, aydın, sadə, yalın bir şeiri vardır. Oxucunu yormur, zorlamır. Sənətinə 

uşaqvari bir həssasiyyət hakimdir. Sadə bir üslubu olduğu üçün ədəbi fiqurlara yer 

vermir. Janr olaraq ümumiyyətlə məsnəvi, sonet, üçlük, dördlük şəkillərini tərcih 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

429 


etmişdir. Təxminən 1940-cı illərə qədər əsasən heca vəznini, ondan sonra da sərbəst 

vəzni işlətmişdir. 

Səbri Əsəd Siyavuşgil (1907-1968). Daha çox mənzərə rəsmlərini xatırladan şeirlər 

yazdı. Ev və əşya təsvirləri çoxluq təşkil edir. Yalnız xarici aləmin varlıqlarını olduğu 

kimi vermək əvəzinə, onları öz xəyallarına görə dəyişdirərək, başqalaşdıraraq verir. 

Məsləyinə sadiq qala bilmək üçün şeiri buraxmışdır. Daha çox tərcümə və psixologiya ilə 

maraqlanır. 

Müəmmər Lütfi Bəxşi (1903-1947). Mədrəsə təhsili aldığı üçün qüvvətli bir islam 

kültürünə sahibdir. 18-19 yaşlarında əruzla və əski tərzdə şeirlər yazmışdır. Sonralar 

hecaya və ən sonunda da sərbəst nəzmə keçmişdir. Şeirləri "Ahəng", "Sədayi-həqq", 

"Yeni gün", "Məhfəl", "Naziktər", "Hilal", "Anadolu", "Şərq", "Yanıq", "Yurd", 

"İctihad", "Sərvəti-fünun" və "Yeni səs" kimi dövri nəşrlərdə çıxır. Antalyada olduğu 

zaman Antalya xalq evi dərgisi olan "Türk Akdəniz"i idarə edir. Şeirləri kitablaşmadı. 

Dörd dəftər dolusu şeiri olduğu söylənir. Şeirlərində daha çox milli mövzulara və eşqə 

yer vermişdir. Tokadizadə Şəkib, Tahir ül-Mövləvi, Əhməd Haşim, hecanın beş şairi, 

Kamaləddin Kamu kimi şairlərin təsirində qalmışdır. Öz orijinal şəxsiyyətini tapa 

bilməmişdir. 

Vəsfi Mahir Qocatürk (1907-1961). Həm əruz, həm digər vəznləri işlədir. Daha çox türk 

xalq ədəbiyyatından bəhrələnir. Türk millətinin qəhrəmanlığı, tarixi şəxsiyyətlər və 

olaylar, milli mücadilə və Atatürk, eşq və təbiət onun başlıca mövzuları arasındadır. Bu 

dövrdəki şeirləri "Tunc səsləri" (1935), "Keçmiş gecələr" (1936), "Bizim türkülər" 

(1937), "Ərgənəkon" (1941) adlı kitablarında toplanmışdır. Şairliyindən çox ədəbiyyat 

tarixi çalışmaları ilə məşhurlaşmışdır. 

Yaşar Nəbi Nayır (1908-1981). 1926-1936-cı illər arasındakı ilk dönəmində yeddi 

məşalənin anlayışı yönündə şeirlər yazır. Daha sonra hekayə, roman, oyun və məqalələr 

qələmə alır, tərcümə və antologiya sahəsində fəaliyyət göstərir. Şeirləri sonralar 

"Qəhrəmanlar" (1970) adı ilə kitablaşdırıldı. Şairliyindən çox dərgi və kitab yayınçılığı 

ilə məşhurdur. "Varlıq" dərgisi və "Varlıq" yayınları onunla bütövləşmiş kimidir. 

Cövdət Qüdrət Solok (1907-1991). Ədəbiyyat tədqiqatçısı və araşdırmaçısı kimi 

tanınmışdır. Şeirlərini "Birinci pərdə" (1929) adı altında nəşr etdirmişdir. Yalnızlıq və 

bədbinlik havasının hakim olduğu şeirlərində heca vəzni və xalqın danışıq dili önəmli bir 

yer tutur. 

IV. Sosializm realizmi şeiri 

Tarixi inkişaf mərhələləri: Türkiyədə ilk dəfə tənzimat dövründə Bəşir Fuad (1852-1887) 

tərəfindən elmi və fəlsəfi materializm düşüncəsi yayılmağa başlandı. 1848-ci ildən 

etibarən sosializmlə bağlı nəşrlər müşahidə olunur. Həmin il türkcə qəzetlərdə Prudonun 

yazıları yer alır. 1871-ci ildən sonra bəzi türkcə qəzetlərdə Marksın imzasının da yer 

aldığı yazılar çıxır. Şəmsəddin Sami, Namiq Kamal, Əhməd Midhət kimi yazarların 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

430 


sosializm lehinə yazıları var. II məşrutiyyətdən sonra türk sosialistləri daha çox fransız 

sosializmi və Joresə yönəldilər. II məşrutiyyət dövründə isə Hilmi adlı bir şəxs 1910-cu 

ildə Osmanlı Sosialist Firqəsi adlı bir partiya və "İştirak" adlı bir qəzet qurur, ancaq elə 

bir təsiri və fəaliyyəti görünmür. Ancaq I dünya savaşından sonrakı illərdə, özəlliklə işğal 

illərində, 1917-ci ildə kommunizmə keçən Rusiyanın dəstəyi ilə geniş bir fəaliyyət 

prosesinə girilir. Türkiyədə sosialist düşüncənin bu dövrdəki önçüləri arasında Şövkət 

Sürəyya Aydəmir, Vədat Nədim Tör, İsmayıl Hüsrəv Tökin, Hikmət Kıvılcımlı, Lütfi 

Ərişçi kimi isimlər təsirli olmuşlar. 

İlk sosialist dərgilər arasında "Aydınlıq" və "Rəsimli Ay"ı göstərmək mümkündür. 

"Aydınlıq"da Dr. Şəfiq Hüsnü milliyyətçiliyi tənqid edən, Türkiyədə sinif problemini 

gündəliyə gətirən yazılar yazır. Bu dərgi 1925-ci il həbslərinə qədər çıxır. Nazim 

Hikmətin ilk sosialist şeirləri də bu dərgidə çap olunur. Sosialist şairlərin çoxu dar gəlirli, 

fəhlə-kəndli övladıdır. İstismarsız bir quruluş, demokratiya, azadlıq, sülh kimi tələblər 

irəli sürürlər. 1938-ci ildən sonra tək partiya idarəsinin basqısı altında qalırlar. 

Adlandırma: "sosializm realizmi" termini 1934-cü ilindən etibarən gündəmə gəlir. Nazim 

Hikmət "həqiqi realizm", Attila İlhan "ictimai realizm" terminlərini işlədirlər. Bunun 

üçün "toplumçu şeir" deyənlər də var, ancaq "toplumçu şeir" ümumi bir anlayışdır. 

İslamcıların da, milliyyətçilərin də toplumçu şeiri vardır. Ona görə də "sosializm realizmi 

şeiri" ən doğru adlandırmadır. 

Sosializm realizmi anlayışı rəsmi bir cərəyan olaraq 1934-cü ildə sovet yazıçılarının I 

qurultayında Stalinin sənət görüşlərini dilə gətirən Andrey Jdanovun məruzəsi ilə 

başlamışdır. Onun fikrincə, sənət xalqı maarifləndirmək üçün bir vasitədir. Sənət sosialist 

quruculuğuna xidmət etməlidir. Jdanov sənəti sosial və siyasi fayda üçün bir vasitə olaraq 

görmüş, estetik dəyərə o qədər də əhəmiyyət verməmişdir. Rusiya şərtlərinə məxsus, 

idarə edən, inzibatçı, tək hakimiyyətli bir partiya ədəbiyyatıdır. Buna müqabil Plexanov 

sənətdə sosial faydaya, ideologiyaya yer verməklə birlikdə, bunun estetik bir planda 

təqdiminə tərəfdardır. Onun fikrincə, sənət bir vasitə deyildir və sənətçi özgürdür. Bizdə 

Attila İlhan Plexanov anlayışına bağlı qalaraq "sosialist gerçəkçilik" yerinə "toplumçu 

gerçəkçilik" (sosial realizm) terminini işlədir. Gündəlik siyasətdən uzaq, həm sosial 

məsələlərə, həm fərdi təmayüllərə yer verən insani və hürriyyətçi bir gerçəkçilik 

nəzəriyyəsi yaratmağa çalışır. Attila İlhan şeirləri ilə solda bu təmayülün önçüsü, həm 

nəzəriyyəçisi, həm də tətbiq edənidir. O, Jdanovun anlayışına bağlı olan ədəbiyyatçıları, 

1940-cı illər nəslinə mənsub sənətçiləri, sosialist gerçəkçiləri "inək toplumçuları" sözü ilə 

təhqir edir. Onun fikrincə, sosialist gerçəkçilər sənətin estetik mənasını unutmuşlar, 

sadəcə sosial, daha doğrusu, siyasi planda iş görməklə kifayətlənmişlər, şüarçı, yavan, 

bəsit, tək yönlü bir sənət yaratmışlar. 

Mövzuları: bunlar fərdi mövzular yerinə sosial və siyasi mövzulara üstünlük verirlər. 

Sosialist şairlərin işlədikləri başlıca temalar siyasi təzyiq, yoxsul insanların sosio-iqtisadi 

problemləri, faşizm, Qərb ölkələrinin imperialist əməlləri, kapitalist istismarı, xoşbəxt 

azlığın haqsız qazancları və firavan həyatı, sosial ədalətsizlik, bərabərlikdir. Təbiət, fərdi 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

431 


eşq acıları kimi şəxsi mövzulara o qədər də yer vermirlər. Çalışan, amma umduğunu tapa 

bilməyən, sosio-iqtisadi mənada yaxşı bir həyata duyduğu həsrəti gerçəkləşdirə 

bilməyənlərin problemlərini yazırlar. İnsan yaşadığı cəmiyyətdə, istehsal münasibətləri 

içində dəyərləndirilir. Anadolu insanının yoxsulluğu üzərində tez-tez durur, siyasi 

basqıları və özgürlük tələbini dilə gətirirlər. Sovetlər Birliyi imperialist Qərb dövlətlərinə 

qarşı mübarizə apardığı üçün, daha da önəmlisi, isti dənizlərə enə bilmək həvəsilə, daha 

sonra hegemonluğu altına almağı düşündüyü üçün milli mücadiləmizə dəstək vermişdir. 

İçəridən də türk kommunistləri eyni şəkildə milli mücadilədən sonra qurulacaq yeni 

dövlətin sosialist bir rejimə çevrilməsi ümidi ilə imperialist, işğalçı Qərb dövlətlərinə 

qarşı mücadilə etmişlər. Ancaq Atatürk yürütdüyü siyasət və diplomatiya ilə Türkiyənin 

SSRİ-nin vassalı olmasına yol verməyərək özünün müəyyələşdirdiyi prinsiplər əsasında 

bağımsız milli bir dövlət qurunca, türk və dünya sosialistləri xəyal qırıqlığına uğrayırlar. 

Cümhuriyyət Xalq Partiyasi içində sosializmə yaxın duran kadroçuların Rəcəb Pəkər-

İsmət İnönü komandası tərəfindən təsiriz hala gətirilməsi ilə dövlət sosializmə daha artıq 

məsafəli durmaya başlayır. Türkiyə Cümhuriyyəti qaynaşmış, bütünləşmiş, sinifsiz bir 

millət yaratma idealı daşıyırdı. Dolayısı ilə, kommunizmin sinif mübarizəsinə dayanan 

qurumları və çalışmaları milli birliyi pozmaq baxımından təhlikəli hesab edilmişdir. 

Türk cinayət məcəlləsi və ələlxüsus xəyanəti-vətəniyyə qanununun nəzərdə tutduğu 

düşüncə suçları, mətbuat qanununun (1931) düşüncəni yaymadakı məhdudlaşdırıcı 

maddələri, partiya və dərnək qurmaq üçün icazə almaq şərti, həmkarlar ittifaqlarının və 

tətillərin qadağan olunması kommunistlərin öz sosial və siyasi fikirlərini yaymalarına, 

təşkilatlanmalarına yol vermirdi. Özlərini leqal şəkildə ifadə edə bilməyən bu insanlar 

dolaylı və illegal yollardan istifadə etməyə çalışmışlar. Onlar gizli fəaliyyətə keçərək 

kültür, sənət, düşüncə sahəsində işə başlayır, qəzet və dərgi çıxarmağa, fəhlələri 

təşkilatlandırmağa çalışırlar. Qurulan Türkiyə Sosialist Fəhlə-Kəndli Partiyasi (1919), 

Türkiyə Əmələ Təali Cəmiyyəti (1924), Türkiyə Sosialist Əməkçi Kəndli Partiyasi 

(1946) kimi partiyalar və onların üzvləri təqib olunur. Bunun nəticəsində dövlət 

qanunlara zidd davrananları həbs etmək, zindana salmaq, sürgünə göndərmək kimi 

müxtəlif cəzalarla tədbir görməyə məcbur olur. Bu cəzaların ən yayğın olanı həbsə 

almaqdır. Ona görə də bir çox sosialist fikir adamı və sənətçi həbsə girmiş, bu şərtlər 

altında uzun illər sosialist gerçəkçi poeziyanın önəmli bir qismi həbsxana şeiri halını 

almışdır. Bu cərəyanda həbsxana ədəbiyyatı önəmli bir damardır. 

Siyasi, sosial fəaliyyətləri bir xeyli məhdudlaşan sosialistlər çalışmalarını daha çox sənət 

və ədəbiyyat sahəsinə yönəltmişlər. Sosializmi müdafiə edə bilmələri üçün öncə fikir, söz 

və hərəkət azadlığı istədilər. Fəhlə sinifini marksist ideologiya istiqamətində 

maarifləndirməyə çalışdılar. İstismara, kapitalizmə, imperializmə qarşı çıxdılar. 

İstismarın, ayrı seçkiliyin olmadığı, maddi nemətlərin bərabər bölündüyü bir quruluşun 

həsrətini dilə gətirdilər. 

Forma və texnika: sərbəst nəzm şəklindən istifadə edir, vəzn və qafiyəyə ciddi əhəmiyyət 

vermirlər. Sərbəst nəzm şəklini şeirdə təzadların xəlitəsi olan hərəkətliliyi təmin etdiyi 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 


Download 3.88 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   50   51   52   53   54   55   56   57   58




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling