Yeni Yazarlar və Sənətçilər Qurumu


Download 3.88 Mb.
Pdf ko'rish
bet52/58
Sana21.02.2017
Hajmi3.88 Mb.
#897
1   ...   48   49   50   51   52   53   54   55   ...   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

392 


Xalqın hansı qanacağın yiyəsi olduğunu bilmək istəyirsənsə, ilk öncə onun dilini öyrən. 

 

Öz istəklərinin ölçüsünü, düşüncələrinin çəkisini, sözlərinin sayını bil. 



 

Özünün ağası ol: özünə böyüklük elə, özünə  yaxşı buyuruqlar ver,  onda sən özünü çox 

varlı da,  böyük görəvli də saya bilərsən. 

 

Yurdunun böyüklüyünü anlamaq üçün onun haradan başladığını ansan yaxşıdır: Yurdun–



sənin Ata Ocağından başlayır. 

 

Heyvanları  öldürməkdən  çəkinin.  Onların  qanını  tökməkdən  insanlar  elə  quduzlaşdılar, 



sonra da biri-birini öldürməyə başladılar. 

 

Ölümdən  qorxma: bu ancaq yaşadığın evi dəyişməkdir, yerin üstündən altına köçməkdir. 



 

Xanımı ilə yola getməyən adamı özünə arxadaş eləmə. 

 

Gənclər!  Öz  istəklərinizi  yerinə  yetirməzdən  öncə,  onların  nəyə  yaradığını  düşünüb 



daşının. 

 

Krotonlular! Şəhərinizin yan-yörəsini uca hasarlarla bərkitməkdənsə, onu yaxşı yasalarla 



bərkidin. 

 

Öz  ömrünü  elə  yaşamağa  çalış,  ötən  hər  günün  sonunda  deyə  biləsən:  ―Mən  bu  günü 



yaşadım‖. 

 

Öz dövlətçiliyini sevən xalq! Çalış, yaşadığın toplumda: yerinə yetirilməyən buyuruqlara, 



bacarıqsız  dövlət  başçısına,  gen-bol  bəzənmiş  yemək  masasına  yer  olmasın.  Bu  üç 

yaramazlıq, toplumu da, ocaqlarınızı da yoxluğa sürükləyəcəkdir. 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

393 


Ey  gənclik!  Öyrəncəliyə  qarşı  dayanmağı  bacar:  öyrəncəlik  elə  güclü  yaramazlıqdır,  o 

adamları qul olmağa belə alışdıra bilir.  

 

Ağgünlülük  ardınca  qaçma:  o  eyzən  sənin  yanındadır.  Ona  görə  də  çalış,  gününün 



çoxunu öz evində keçirəsən. 

 

Bütün görəcəyin işləri öncə vicdanına, sonra da arxadaşlarına genəş. 



 

Krotonlular!  Sizdən  soruşsalar:  ―Tanrılardan  qabaq  nə  olub?‖–deyərsiniz:  ―Qorxu  ilə 

umunclar‖. 

 

Krotonlular! İstərsiniz özünüzə yarımtanrılar düzəldin, ancaq yarımyasalar düzəltməkdən 



çəkinin. 

 

Dilsiz-ağızsız  heyvanların  bizm  işlərimizdən  baş  açmadığını  düşünməyin.  Ah,  onlar 



birdən danışa bilsəydilər, bizim üzümüzə, nələr, nələr deyərdilər! 

 

Ruhunu düşünməyə alışdır, çox keçmədən onun da qartal kimi qanadları olacaq. 



 

*Kroton,  İtaliyanın  Güneyində  şəhər  olmuşdur,  Pifaqor  burada  özünün  fəlsəfə 

okulunu yaratmış, çoxsaylı ardıcılları ilə birgə, ayrıca bir topluq-icma qurmuşdur. 

 

Qaynaq:  Золотые  законы  и  нравственные  правила  Пифагора.  Астрель 



Полиграфиздат, Москва-2011 г.  

 

Rus dilindən çevirəni: Araz Gündüz 

 

 



 

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

394 


―Lolita‖ - bu, elə Vladimir Nabokov deməkdir ... 

 

Həyatı Vladimir Nabokov 1899-cu ildə Sankt-Peterburqda aristokrat ailəsində dünyaya 



göz açıb. Atası Dmitri Nabokov liberal bir siyasət adamı, vəkil və jurnalistlik fəaliyyəti 

ilə məşğul idi. Bu ailə ingilis mədəniyyətinin heyranı idi. Məhz buna görə balaca 

Vladimir ingilis dilini çox erkən öyrənmiş, hətta beş yaşında fransızca danışa bilirdi. 

Nabokov ilk təhsilini Piterin ən qabaqcıl məktəbi sayılan Tenişevdə alıb. 16 yaşındaykən 

Vladimirə əmisindən miras olaraq geniş bir ərazi qalır. Lakin tezliklə inqilab Rusiyanı 

bürüdüyündən mirasdan istifadə ona qismət olmur. Atası inqilab düşməni olaraq, 

qısamüddətli həbsdə yatmalı olur. Daha sonra onlar ailəvi olaraq Almaniyaya köşürlər. 

Vladimir isə təhsilini davam etdirmək üçün İngiltərənin Kembric kollecinə yollanır. 

1922-ci ildə atası bir anarxist millətçi tərəfindən Berlində öldürüldüyündən, gələcək 

yazıçı Almaniyaya qayıdır. On beş il müddətində o, burada tərcüməçilik və pedaqoji 

fəaliyyətlə məşğul olur. Bolşevik inqilabından qaçmış rus ziyalıları onun əsas mühitini 

təşkil edirdi və elə Nabokov yazıçı kimi onların əhatəsində məşhurlaşmağa başlayır. İlk 

yaradıcılığında daha çox ruhsal həyatın yaşantılarına aludə olan yazıçı tədricən cəmiyyət 

həyatını öz mövzusuna çevirir. Lakin ədəbiyyat meydanında o, ilk olaraq Henrix 

Heynenin əsərlərini mükəmməl surətdə ingilis dilinə çevirməklə şöhrət qazanır. Daha 

sonra şöhrət sırası onun müəllifi olduğu ―Ərməğan‖, ―Lolita‖, ―Çağrı‖ və sairə 

romanlarına gəlir. Hitler Nabokovun atasını öldürən anarxist qatili həbsdən buraxdıqdan 

sonra, yazıçı 1937-ci ildə Parisə köçməyi qərara alır. Burada məşhur irland romançısı 

Ceyms Coysla tanış olur. Bəstəkar Paxmaninovun maddi və mənəvi köməyi ilə 3 il sonra 

ABŞ-a gedə bilir. Burada o, ali təhsil ocaqlarında dünya ədəbiyyatından maraqlı 

mühazirələr oxuyur. Yazıçı 1977-ci ildə ABŞ-ın Lozanna ştatında vəfat edir. Yazıçı 

üslubu Bir nəşriyyat işçisi metaforalardan ibarət, cəmiyyət həyatından uzaq əsərlər 

yazmaqdan imtinasının səbəbini soruşanda, Nabokov belə cavab vermişdi: ―Cəmiyyət və 

oxucu qoyun deyil ki, onu yalançı oyunlarla aldadasan‖. 1923-40-cı illər arasında onun 

yazdığı roman və hekayələr rus dilində olmağına rəğmən xaricdə yaşayan ruslar arasında 

müvəffəqiyyət qazanmışdı. ―Lujinin müdafiəsi‖ (1929-30), ―Vergi‖ (1937), ―Qətlə dəvət‖ 

(antiutopiya; 1935-36) və digər əsərlərində istedad sahibi ilə saxtakar, xırdaçı, alçaq 

meşşan dünyası arasında mənəvi ziddiyyətlər əks olunur. Amma Nabokov məhdud sosial 

çərçivədə qalmır, müxtəlif dünyalar arasındakı ziddiyyətlərin metafizik qatlarına gedib 

çıxır. Bir-birinə qarşı duran bu dünyalar gerçək dünya və yazıçı aləmi, Berlin və Rusiya 

haqqındakı xatirələr, adi adamlar və şahmat adamlarının dünyasıdır. Bu dünyaların 

birindən digərinə sərbəst keçid yazıçının əsərlərinə məxsus modernist bir cəhət kimi 

meydana çıxır. Yenilik və azadlıq hissi Nabokovun əsərlərinə parlaq dil-üslub özəllikləri 

verir. Bunun hesabına o, öz stilini təkmilləşdirir. Hamıya tanış və məşhur əsər 

Nabokovun məşhur ―Lolita‖ (1955) bestselleri erotika, sevgi prozası və sosial-tənqidi 

didaktikanın birləşməsi təcrübəsi kimi meydana çıxıb. Əsər zərif estetizm və fəlsəfi 

dərinliklə şərtlənir. Romanda qoyulan əsas problemlərdən biri sevgini darmadağın eləyən 

eqoizm mövzusudur. Roman azyaşlı qıza qarşı xəstə bir ehtiras duyan avropalı ziyalının 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

395 


dilindən danışılır və bu, onun intellektual fonunu müyyənləşdirir. Dünyaşöhrətli türk 

yazıçısı, Nobel mükafarçısı ORXAN PAMUK ―Lolita‖ haqqında belə yazır: ―Nabokovun 

Berlin dönemi romanlarından olan ―Lolita‖ bir araşdırmanın nətisəsi olan ―zalimanə bir 

şah əsərdir‖; bu əsər oxucunu ən ―fotoroman‖ bir durumdan, ―insanlıq komediyası‖ 

deyilən bir şeyin qaranlıq uçurumlarına yuvarlayır. 

Nabokov nəyi anladacağını başdan söylər ve necə anlatdığına baxmamızı istər. 

Duyacağımız heyranlığı başdan bilən bir insanın bütün şeytanlığıyla‖. Ümumiyyətlə, 

―Lolita‖ Nabokova o qədər uğur qazandırıb ki, yazıçını xatırlayan hər kəs mütləq bu 

əsərdən bəhs edir. Oyun Nabokov ―Lujinin müdafiəsi‖ əsərində reallığın qeyri-reallıqla 

çulğalaşdığı bir dünya yaradır və oxucunu romanın bədii məkanına salır. Bu elə məkandır 

ki, oxucu onun illüzyorluğunu, qəhrəmanlar və onların həyatının şəffaflığını dərhal hiss 

edir. Buna ən bariz nümunə kimi şahmatçı Lujini göstərmək olar. Maraqlıdır ki, yazıçı 

qəhrəmanı bütün mətn boyu sadəcə familiyası ilə adlandırır. Hətta arvadı belə ona 

familiyasi ilə müraciət edir. Və yalnız romanın sonunda, özünü pəncərədən atanda 

adamlar onu adı ilə çağırıb qışqırmağa başlayırlar: ―Aleksandr İvanoviç! Aleksandr 

İvanoviç!‖ Lujin uşaqlıqdan mənəvi cəhətdən tənhadır. O, meylini şahmata salır və 

məşhur şahmatçı olur. Arvadı da onu sevmir, sadəcə olaraq, özünü belə maraqlı sənətə 

həsr etmiş adamla birlikdə yaşamaq onun üçün maraqlıdır. O, ərinə xəstəyə baxan kimi 

baxır və mərhəmət duyur. Əsərin kuliminasiyası Lujinin italyan şahmatçısı Turatiyə 

uduzub meşəyə qaçmaq istədiyi səhnələrdir. O, hamıya düşmən, həyata şahmat kimi 

baxır. Və bu oyundan çıxış yolu tapa bilmir. Əsər qallüsinasiya içində qalan qəhrəmanın 

intiharı ilə başa çatır. Əsərin məğzini bir cümləylə belə yekunlaşdırmaq olar. Şahmat 

insanı xilas edə bilmir. İnsan dünyadan və insanlardan xilas yolunu oyunda görür, amma 

xilas mümkünsüzdür. Və yeganə çıxış yolu ölümdür. Nostalji ―Yaddaş, danış‖ (1966) 

memuarında toplanmış hekayələr isə nostalji motivləriylə bağlı lirika nümunələridir. Bu 

hekayələrin qeyri-adi lirik gücü var. Kiçik miniatürlərdə yaradıcılığın böyük problemləri 

qoyulub: o biri dünya və onun fani aləmin ötəri, keçici, efemer problemləriylə 

çulğalaşması məsələsi. Bu mövzuya həsr olunan ən yaxşı əsərlər aşağıdakılardır: 

―Şorbanın qayıtması‖, ―Fialtedə bahar‖, ―Milad‖, ―Bulud, göı, qüllə‖, ―Terra İnkoqnita‖. 

Nabokov nəsrinin əsas xüsusiyyəti realist və modernist elementlərin çulğalaşmasıdır. 

Modernist elementlər sırasına dil-üslub oyunları, hər şeyi özündə ehtiva edən 

parodiyalılığı, ötəri qallüsinasiyaları aid etmək olar. Prinsipial, qətiyyətli bir fərdiyyətçi 

olan Nabokov kütləvi psixologiya və qlobal ideyanın hər hansı formasına qarşı ironik 

mövqedən çıxış edir. Bu ironiyanı yazıçının marksizm və freydimzə münasibətində daha 

qabarıq görmək mümkündür. Kodlaşdırılmış, üstündə baş sındırılması tələb olunan 

sitatlar və reminissensiyalar da Nabokovun bədii nəsr üslubunun özünəməxsus 

cəhətlərindəndir. Nabokov özü və texnikası haqqında danışır. - Mənim yaradıcılığımda 

əhvali-ruhiyyə ön planda durur. Kefim var, yazıram, yoxdur, yazmıram. Romanlarımın 

ideyası gözlənilmədən doğulur. Bir dəqiqənin içində. Qələmi alıram əlimə, hər şey 

başlayır vərəqə axmağa. Roman əvvəlcə beynimdə yazılır, qalır texniki prosesi yerinə 

yetirib, onu vərəqə köçürmək. Zənnimcə, yazıçı qəhrəmanını addımbaaddım izləyib 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

396 


özünü onun vəziyyətinə gətirirsə, uduzur. Qəhrəmanı rahat buraxmaq lazımdır. Qoy öz 

bildiyini eləsin. 

Elə yazıçılar var ki, bu işə sənət kimi baxırlar, hər gün əyləşib 5-10 vərəq yazmağı borc 

bilirlər özlərinə. Məsələn, mən bəzən 12 saat oturub yazıram, bəzən də aylarla 

yazdıqlarımı düzəldirəm. Bir az tənbəlliyim də var. Amma bu düzəliş məsələsi ki, var, o 

işdə qoçağam. Lujin obrazını yaratmaq üçün aylarla şahmatla məşğul olmuşam. Şahmat 

üzrə dünya çempionu Alyoxin mənə deyirdi ki, sən şahmatçı Tartakoveri yaradırsan. 

Açığı, heç bilmirəm kimdi bu adam. Yazmaq mənim üçün əzabverici bir işdir. Amma bu 

iş olmasa, mənim həyatımda Kembricdə öyrəndiyim zoologiya elmindən, roman 

dillərindən, tennisdən, boks və futboldan savayı heç nə qalmaz. Özünü tərifləmək 

olmasın, bir vaxtlar əla qapıçı olmuşam. Deyirlər, mən alman yazıçılarından 

təsirlənmişəm. Bunlara başa sala bilmirəm ki, mən almanca çox bərbad yazır və 

oxuyuram. Desəydilər ki, fransızlardan təsirlənmişəm, bəlkə də bu bir az inandırıcı 

səslənərdi: gizlətməyəcəm, Flober və Prust mənim üçün əvəzolunmaz şəxslərdir. Qəribə 

orasındadır ki, Rusiyada olanda Qərb ədəbiyyatının təsirini daha çox hiss edirdim, nəinki 

burda. Burdasa əksinə, Qoqolun, Çexovun təsirindəymişəm kimi hiss edirəm özümü. 

Deyəsən, insan iztirab içində vurnuxarkən onun həyatı daha mənalı və maraqlı olur. Sakit 

yaşasa, kimin nəyinə gərək o neynir? Əgər birisi həyatla əməlli-başlı ölüm-dirim 

mübarizəsinə qalxıbsa, onun bütün \"həyat əzaları\" görünür. İnsanın təbiəti belədir. 

Həmişə iztirablarda maraqlı və cəlbedici nəsə olur. Nabokovla daha bir görüş olacaq 

Vladimir Nabokovun yarımçıq qalmış \"Lauranın əsli\" əsəri özünün qadağasına 

baxmayaraq, oğlunun qərarına əsasən işıq üzü görəcək. Dmitri Nabokov 2008-ci ildə bu 

qərarı qəbul edib. Kitabın nəşri hüququ \"Knopf\" nəşriyyatındadır. Bununla yanaşı, 

\"Playboy\" dərgisinin redaktoru Emi Qreys Loyd \"Lauranın əsli\"nin bir hissəsinin kitab 

işıq üzü görənə qədər jurnalda nəşrinə icazə ala bilib. Əsərin əlyazması ilə cəmi bir neçə 

nəfər ədəbiyyatşünas tanış idi. Nabokovun sonuncu əsəri ətrafında son illər saysız söz-

söhbətlər gedirdi. Nəhayət, bu ilin sonuna kimi kitab oxucuların mühakiməsinə veriləcək. 

Rusiyada \"Lauranın əsli\" ingilis versiyası ilə bir vaxtda çıxacaq. Lakin layiqli tərcüməçi 

hələ ki tapılmayıb. Bu işlə D.Nabokovun özü məşğul olur. Deməli, unudulmaz yazıçının 

daha bir əsərini oxumaq imkanı qazanacağıq. 

Əsər yarımçıq olsa da, Nabokovu tanıyan oxucu məcazi mənada desək, əsərinin 

sonluğunu özü yazmalı olacaq. Və bu o deməkdir ki, bizlər hamımız yazıçının mətnində 

birləşəcəyik. Oxucularımızı azacıq da olsa, Nabokovla tanış etmək istədik. Baxmayaraq 

ki, bu yazıçının dünya şöhrəti var, bir də onun əsərlərinin tərcüməsi dağınıq və ya yox 

dərəcəsindədir. Fikrimcə, öz həyatı və yaradıcılığı ilə 20-ci əsrin ilk onilliklərini, 

prosesləri, hadisələri yaşadan yazıçının dilimizdə oxunmasına ehtiyac var. 

 

 S.Arran 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

397 


Herman Hesse 

 

 Tanınmamış yazarlar 

(sorğuya cavab) 

 

Herman Hesse (1877-1962) – XX əsrin görkəmli alman yazıçısı, psixoloji simvolizmin 



ustasıdır. 1946-cı ildə Nobel mükafatını alıb. “Noye sürher saytunq” isveçrə qəzeti 

“Aramızdakı tanınmamış yazarlar” sorğusunu keçirirdi. H.Hessenin cavabı həmin 

qəzetdə 1926-cı ildə çap edilmişdi. 

Tanınmamış yazarlar haqqında sualınıza qənaətbəxş cavab verməsəm, məni qınamayın. 

Bir neçə saat hafizəmi zorlasam da, lazım olan adları xatırlaya bilmədim.  Sonra tarixi 

yada saldım, keçmişin nə indi, nə də öz dövründə tanınmayan  yazarlarını – Jan Polu, 

Brentanonu, Arnimi – düşündüm və anladım ki,  yalnız tanınmamış yazarlar var, başqa 

cür ola da bilməz. İnsan kütləsində tanınmayan yazarın, yəqin ki, missiyasının mənası elə 

budur.  Əlbəttə, bu missiya çardağda acından ölən, ya da dəli olmuş tənha yazarın bəsit 

fiqurundan ibarət deyil. Elə yazarlar var ki, (onlara bütün böyük alman yazıçılarını aid 

etmək olar) onların kitablarını oxumurlar və buna görə tanımırlar.  Elələri də var ki,  on 

və yüz minlik tirajlarla çap olunur, amma yenə də tanınmırlar.  Çünki  adi adamlar 

yazarları həqiqi mənada tanıya bilmirlər, bu ədəbiyyat tarixinin uydurmasıdır. Bilsə də, 

bilməsə də yazar həmişə metafizikdir. Onun  missiyası, əsil işi -  təsadüfdə və 

dəyişkənlikdə insanı dərk etmək, insan həyatının  reallığını və dəyişkənliyini öz xəyalları 

ilə əvəzləmək, insanın vəzifəsini müəyyən etməkdir. Dante də, Höte və Hölderlin də belə 

ediblər və istəsə də, istəməsə də, hər yazar belə edir. Ona görə  yazarlığın məğzini 

anlayan və bununla da saflığını itirən yazıçı bu incə vəziyyətdən iki yolla çıxa bilər:  ya 

faciəvi son, insan dünyasından təcrid olmaq, ya da yumorda xilasını axtarmaq.  Bütün 

böyük yazarlar bu iki yoldan keçib. Üçüncüsü yoxdur. İnsan həyatının dərin faciəsi həm 

də ondadır ki, bir tərəfdən, insaniyyət yazarlara ehtiyac duyur, onları qiymətləndirir 

(bəzən ifrata vararaq), digər tərəfdən isə yazarların dediyini anlamır, onların çağırışlarına 

cavab vermir, işinə ciddi yanaşmır. Əgər yazarlar olmasaydı,  həyat oyunları mənasını və 

cəzbini itirərdi. İnsaniyyət yazarları anlasaydı, onları ciddi qəbul etsəydi, dedikləriylə 

razılaşsaydı, qəzaya uğrayardı.  İnsan statusunu saxlamaq və onu davam etdirmək üçün 

məhdudiyyətlər, səthi idealizm, əxlaq və dayazfikirlilik olmalıdır. Bununla barışmayan 

yazarlara intihar etmək, ya da dəli olmaq qalır. Yazar olmayan çoxsaylı yazarlar da var.  

Elələri də var ki, onlarda yazarlıqdan cəmi bircə damla var. Amma onlar tanınsalar da, 

acından ölsələr də - əslində, elə tanınmamış qalırlar 

 

Tərcümə edəni: Sima Ənnağı 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

398 


İlham Abbasov 

 

"Paul Heyze: Yanlış ideyanın klassiki" 

 

Esse 

  

1910-cu ilin ədəbiyyat üzrə Nobel mükafatı ―lirik şair, dramaturq, romançı və novellalar 



müəllfi kimi uzunmüddətli və məhsuldar yaradıcılığı ərzində nümayiş etdirdiyi gözəl 

istedada, yüksək bədiyyata və idealizmə görə‖ alman yazıçısı Paul Heyzeyə verildi. O, bu 

mükafatın laureatları sırasında Almaniyanın üçüncü nümayəndəsi olsa da, əslində Nobel 

mükafatı alan ilk alman yazıçısı idi. Ondan əvvəl ədəbiyyat üzrə Nobel mükafatı almış 

Almaniya təmsilçiləri - Teodor Mommzen (1902)  böyük tarixçi, Rudolf Eyken (1908)  

isə ortabab filosof idi. 

Paul Yohann Lüdviq fon Heyze 15 mart 1830-cu ildə Berlində doğulmuşdu. Məşhur 

zadəgan nəslindən olan atası tanınmış filoloq alim, Berlin Universitetinin professoru idi. 

P. Heyzenin uşaqlığı evlərində tez-tez qonaq olan Almaniyanın o zamankı görkəmli elm 

və mədəniyyət xadimlərinin əhatəsində keçmişdi. 

Orta məktəbi bitirdikdən sonra 1847-1851-ci illərdə Berlin və  Bonn universitetlərində, 

1852-1853-cü illərdə isə İsveçrə və İtaliyada filoloji təhsil alır, klassik ədəbiyyatı, bir çox 

Avropa dillərini, o cümlədən qədim yunan və latın dillərini öyrənir. 1852-ci ildə, 22 

yaşında ikən fəlsəfə doktoru elmi dərəcəsi alır. 

Bədii yaradıcılığa İtaliyada yaşayarkən lirik şeirlərlə başlayan P. Heyze 1854-cü ildə 

incəsənət adamlarına qayğıkeş münasibəti ilə ad çıxarmış Bavariya kralı 2-ci 

Maksimilian tərəfindən yenidən Almaniyaya dəvət olunur. Bu dəvəti qəbul edərək 

Münhenə köçən şair ömrünün sonuna qədər burada yaşayıb-yaradır. Kralın xüsusi 

fərmanı ilə ömürlük təqaüdlə təltif olunan P. Heyze burada ― Münhen dərnəyi‖ 

adlandırılan ədəbi birliyə qoşulur. Sakit, maddi cəhətdən təminatlı həyat tərzi ona bütün 

ömrünü ədəbi yaradıcılığa həsr etmək imkanı verir. 1855- ci ildə ― Arrabiata‖ adlı ilk 

hekayələr kitabı nəşr edilir. Sonrakı dörd ildə onun beş kitabı çap olunur. 

― Münhen dərnəyi‖nə P. Heyzedən başqa E. Heybel, A.fon Şak, G. Linqq və adı Mirzə 

Şəfi Vazehin şeirlərinin oğrusu kimi  Azərbaycan oxucusuna yaxşı tanış olan Fridrix fon 

Bodenştedt kimi şairlər də daxil idi. Kralın verdiyi yüksək məbləğli təqaüd onları maddi 

qayğılardan və qazanc xatirinə yazmaq məcburiyyətindən xilas etməklə yanaşı müxalif 

baxışlardan da ― azad edirdi‖. ― Münhen dərnəyi‖nə toplaşmış şairlər üçün həyat 

reallıqlarından uzaqlaşaraq ülvi gözəlliklər və mükəmməl formalar aləminə baş vurmaq 

xarakterik idi. Onlar real dünyanın yox, xəyali ədəbi dünyanın nəğməkarları idilər və 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

399 


yaratdıqları əsərlərin ictimai funksiya daşımaq vəzifəsindən könüllü və şüurlu şəkildə 

imtina edirdilər. 

Halbuki, həmin dövrdə Almaniyada gedən ictimai proseslər ədəbiyyatdan daha ciddi 

vətəndaşlıq mövqeyi tələb edirdi. 1849- cu il inqilabi hərəkatının acınacaqlı məğlubiyyəti 

cəmiyyətin bütün siyasi və mənəvi həyatında, o cümlədən də ədəbiyyatda əsaslı 

dəyişikliklərə stimul vermişdi. Bürgerlərin demokratik dairələrinin ümid və illüziyaları 

inqilabi hərəkatın vüsətindən qorxaraq geri çəkilmiş burjuaziyanın iqdisadi maraqları ilə 

toqquşaraq çiliklənmişdi. 

Burjuaziyanın inqilab ideallarına xəyanət edərək bütün millətin mənafeyini ifadə etməyə 

qadir olmadığnı göstərməsi, yeni tarixi dövrün mahiyyətini anlamaması, onun qarşıya 

qoyduğu tarixi vəzifələrin öhdəsindən gələ bilməməsi demokratik və liberal baxışlı 

ziyalılar tərəfindən məyusluqla, ürək ağrısı ilə qarşılanırdı. Çünki nəticədə Almaniya öz 

ictimai və iqtisadi inkişafında qonşu Avropa ölkələrindən getdikcə daha çox geri qalmağa 

başlamışdı. Maarifçilik dövründən bəri humanist idealların həyata keçəcəyinə bəslənilən 

nikbin ümidlər öz yerini dərin pessimizmə, taleyin amansız hökmünə boyun əymək, tabe 

olmaq məhkumluğuna verməkdə idi.  

Belə bir zamanda P. Heyzenin müasir cəmiyyət nümayəndələrinin cahilliyinə, 

zövqsüzlüyünə, savadsızlığına qarşı barışmaz mövqeyi dövrün aparıcı ədəbi-estetik 

normaları ilə üst-üstə düşməsə də, bir çox hallarda cəmiyyətin mövcud həyat 

qaydalarının tənqidi kimi qiymətləndirilirdi. Hərçənd ki, onun konkret ictimai hadisələrə 

biganəliyi, həyat gerçəkliklərinin ifadə edilməsindən qaçmağı, insan münasibətlərinin 

təsvirində sosial amildən çəkinərək etik və psixoloji çərçivələrdən kənara çıxmamağı fəal 

ictimai mövqe tutan ziyalıları qıcıqlandırır, qeyzləndirirdi.  

P. Heyze insan xislətini, insanın daxili aləmini, mənəvi portretini sosial şəraitdən, ictimai 

mühitdən asılı olmayaraq, yalnız psixoloji amillər möqeyindən əks etdirməyi vacib 

sayırdı. 

Həmin dövrdə daha çox nəsr əsərləri yazan, ― Marion ― (1855), ― Trepili qız‖ (1858), 

―Anamın portreti‖ (1859) povestləri ilə məşhurlaşan P. Heyze savadlı burjua dairələrinin 

sevimli yazıçısına çevrilmişdi. Onlar P. Heyzeni keçmişin mütəfəkkir şairlərinin ədəbi 

ənənələrinin davamçısı sayırdılar. Onun estetik idealı, harmoniya axtarışları liberal 

burjuaziyanın mənəvi tələbatına cavab verirdi. O, fərdin şəxsi həyat sərbəstliyini ictimai 

azadlıq ideallarından daha üstün tutaraq vəsf edir, qəlb rahatlığını cəmiyyətdən kənarda 

axtarırdı. 

Sonrakı illərdə P. Heyze iri həcmli nəsr əsərlərini – ― Əsrin övladları ―(1873) , ― 

Cənnətdə ― (1875) , ― Merilin ― (1892) romanlarını yazır. Bu əsərlərdə də o, ictimai 

məzmun və ictimai ideyadan  imtina edirdi, lakin, bununla belə, onun real həyatın 

eybəcərliklərinə ironik münasibətini, həyatın maddi gözəlliklərinin böyük ustalıqla təsvir 

edilməsini, yaşadığı dövrün insanı mənəvi yoxsulluğa düçar etdiyini açıb göstərməsini də 

qeyd etməmək olmaz. Həmin dövrdə yazılmış novellalarında və dram əsərlərində P. 


Download 3.88 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   48   49   50   51   52   53   54   55   ...   58




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling