Yeni Yazarlar və Sənətçilər Qurumu
Download 3.88 Mb. Pdf ko'rish
|
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 407
məqsədlərlə ələ alınır. Yəhya Kamalın şeirində sosial mövzu kimi ən çox milliyyətçilik düşüncəsini görürük. O, türklərin millət olmasını bir sosyoloq, psixoloq, tarixçi və politoloq kimi düşünmüş, bunun fəlsəfəsini etmiş, bu mövzuda fikir yürütmüş və şeirlərində də türk milliyyətini hiss edən bir türk olaraq tərənnüm etmişdir. Onun milliyyətçilik anlayışını təşkil edən təməl ünsürləri alt başlıqlar halında açmağa çalışaq. Tarix: türk tarixi, tarixdən miras olaraq aldığımız dəyərlər, tarixi şərh etmə şəklimiz bizim milliyyətimizi hörən təməl ünsürlərdir. Yəhya Kamal da türk milliyyəti düşüncəsini daha çox türk tarixi anlayışı üzərində qurur. O, türk tarixinə milli nöqtədən və ən sağlam şəkildə yerli bir baxışla yaxınlaşmış, milli varlığımızın gözəl və parlaq tarixi dönəmlərini mövzu olaraq işləmişdir. Coğrafiya: Yəhya Kamal prinsip olaraq ideal milliyyətçilik yerinə real milliyyətçiliyi əsas götürmüşdür. Ziya Göyalpın ideal mənadakı Turan milliyyətçiliyinə qarşı o, real mənada Anadolu milliyyətçiliyini mənimsəmişdir. Yəni Yəhya Kamal daha çox realist bir milliyyətçidir, ya da reallığa söykənən idealıst bir milliyyətçidir. 1071-ci ildən sonra Anadoluda yaranan bir millətin tarixi, dili, kültürü, sənəti, ədəbiyyatı, həyat tərzi, hər şeyi Anadolu coğrafiyası mərkəz alınaraq yaranmışdır. Real olan budur. Buna görə də 1071-ci il öncəsini "qəbl ət-tarix" (tarix öncəsi) olaraq qəbul edir. Bundan başqa, bugünkü Anadolu coğrafiyasında yaşayan canlı, real bir türklük vardır, gerçək, konkret və aktual olan türk milliyyətini məhz bu coğrafiya meydana gətirmişdir. Səlcuqlu, bəyliklər, Osmanlı və cümhuriyyət dönəmləri bizim bugünkü milliyyətimizi təşkil edən, yaradan, toxuyan dövrlərdir və bunlar da əsas olaraq Anadolu coğrafiyasında var olmuşdur. İstanbul: əslində, coğrafiya ilə İstanbul eyni başlıq altında dəyərləndirilə bilər. Çünki Yəhya Kamal üçün türk coğrafiyası bir baxıma İstanbuldur. Yəni İstanbul özünün əhalisi, tarixi, kültürü, gələnək və görənəkləri, dili, memarlığı ilə türk coğrafiyasının, Anadolunun hər baxımdan bir özəti, xülasəsi kimidir. Memarlıq: şair memarlığı türk milliyyətinin təməl ünsürlərindən biri kimi görür. Türk milli ruhunun ən yaxşı konkretləşdiyi, ən gözəl və estetik formada ifadəyə qovuştuğu sənət olaraq memarlığa əhəmiyyət verir. Memarlığa önəm verməsinin bir səbəbi var. Türklər Anadoluya gəldikdən sonra bu torpaqları vətən halına gətirmək, türk-islam yurdu etmək üçün yerləşməyə, şəhərləşməyə, dolayısı ilə, memarlığa önəm vermişlər. Bu durum türklərin atlı köçəri topluluğu olmaqdan çıxıb oturaq mədəniyyətə keçmə iradəsinin bir göstərgəsidir. Musiqi: türk milləti daşı, toprağı, ağacı ən gözəl şəklə salaraq böyük memarlıq əsərləri ortaya qoyduğu kimi, səsi də gözəl, zərif, ahəngli bir avaza salaraq musiqi dühasını aləmə bəyan etmişdir. Yəhya Kamal özəlliklə klassik türk musiqisi üzərində durur və bu sənəti türk milliyyətinin təməl daşlarından biri olaraq qəbul edir. Yəhya Kamal eşq və qadın mövzusunu həm fərdi tema kimi, həm də sosial, milli bir mövzu kimi işləmişdir. Bu durum ümumən paraleldir. Yəni şair eşqə, bir qadına olan hissi könül bağına tamamən fərdi bir duyğu kimi baxmamışdır. Onun eşq və qadın barədə
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 408
şeirlərində fərdi və milli duyğular iç-içə keçmiş haldadır. Yəhya Kamalın başqa şairlərin eşq və qadın anlayışından fərqli bir yanaşması vardır. O, qadına türk milli kültür və həssaslığını əks etdirən bir ayna kimi baxır. Şeirlərində qadınlara bəşəri eşq bucağından yaxınlaşdığı kimi, yəni sadəcə şəxsi mənada qadına qarşı duyduğu eşq duyğusunu tərənnüm etdiyi kimi, eyni zamanda bir prototip olaraq şeirində qadındakı dərin mədəni dəyərləri də əks etdirir. Onun şeirlərindəki türk qadını ülviləşdirilmiş, model bir şəxsiyyətdir. Sadəcə vücud gözəlliyi, duruşu etibarilə eşq duyğusuna ilham verən gözəl bir varlıq kimi yer almır. Bununla birlikdə, türk tarixini, kültürünü, türkcənin gözəlliyini, türk davranış formasını, zərifliyini, türk musiqisini, yəni bir bütöv olaraq türk kültürünü əks etdirən bir fiqur kimi bizə təqdim edir. Məsələn, "Mihriyar" şeirində İstanbulda doğulmuş, böyümüş və orada yaşayan gözəl bir türk qadınından söz açılır. Bu qadın Boğaziçində yaşayan əsalətli, gözəl, kültürlü, incə, zərif bir İstanbul xanıməfəndisidir. Onun üzünə, rəftarına, davranışlarına, duruşuna, şəklinə-şəmailinə baxan adam İstanbulun gözəlliklərini və türk tarixini görən kimi olur. Boğaz iqlimi və kültürü onun şəxsiyyətinə hopmuşdur. Dəniz nəfəsilə böyümüş, saf uyğusunun yelləncəyində balıqçı səslərilə yırğalanmışdır. Burada Boğazın həm iqlimi, həm də kültürü hopmuşdur ideal türk gözəlinə. Türk vətənini, kültürünü, tarixini, dilini gözəl bir qadınla eyniləşdirmə Yəhya Kamalın orijinal cəhətlərindən biridir. O, milliyyətçilik fikrini bir az da belə mövqedən əks etdirir. "Bir təpədən", "Bir başqa təpədən" şeirlərində də buna bənzər bir yanaşma görünür. Bu məsələni bir az açmağa ehtiyac var. Yəhya Kamala görə, türkcəni gözəl, zəngin, işlək, qıvraq bir dil halına gətirənlərin başında türk qadını, özəlliklə də əski İstanbul xanımları gəlir. Bu baxımdan o, gözəl türkcə ilə gözəl türk qadınını eyniləşdirir. Birini digərindən ayrı düşünmür. Bunlar bir- birini çağrışdıran və tamamlayan ünsürlərdır. Yəhya Kamal türk qadınının duruşunda, gözəlliyində, davranışlarında, danışığında, xülasə, hər şeyində türk tarixinin bütün sərəncamının, kültürünün inikasını sezir. Ona baxarkən türk tarixini görən kimi olur. Yəhya Kamal bəzi şeirlərində yaddaşda qalan, keçmişdə yaşanmış, amma unudulamamış böyük eşqləri işləmişdir. Qalıcı olan, unudula bilməyən, sarsıdıcı böyük eşqlərin duyğulu təsirlərini tərənnüm etmişdir. "Ərənköydə bahar", "Keçmiş yaz", "Təlaqi" kimi şeirlərində bunu görmək mümkündür. Şair, eyni zamanda "Vüslət", "Əndülüsdə rəqs" kimi şeirlərində hissi/platonik eşqin yanında şəhvani eşqə də yer vermişdir. Yəhya Kamal klassik şeirə böyük önəm verdi, bu ədəbiyyatı diqqətlə incələdi və buradan öz zamanına, öz şeirinə gətirə bildiklərini gətirməyə çalışdı. Bu böyük və bərəkətli qaynaqdan olduqca səmərəli şəkildə bəhrələndi. O, klassik türk şeirini avropavari bir havada yenidən yaratmağa səy elədi. Divan şairinin zərif, qıvraq, ahəngli, gözəl türkcəsinə, ədasına, ifadə qabiliyyətinə əhəmiyyət verdi. Divan şeirindən söz varlığını aldı, amma məzmun ünsürünə çox da yer vermədi. "Əski şeirin rüzgarıyla" adlı kitabında toplanan klassik tərzdəki şeirlərinin ilham qaynağı da yenə bir çox mövzuda olduğu kimi Qərbdır. Bu işdə ona fransız şairi Verlen önçülük etmiş, örnək olmuşdur. Yəhya Kamal Verlenin "Fites galantes" ("Aşiqanə əyləncələr") adlı kitabını oxumuş, bundan təsirlənmiş və bu təsir nəticəsində tarixdəki olayları və durumları, o zamanların dilini və havasını
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 409
günümüzdə yenidən işləmə həvəsinə qapılmışdır. Verlen bu kitabında XVIII əsrdə işlənən fransızcanın dil ünsürlərinə yer vermiş, o dövrdəki Versal sarayının həyətindəki əyləncələri, aşiqlərin söhbətlərini, davranışlarını yenə o zamanın dili ilə əks etdirmişdir. Yəhya Kamal da Verlenin təsiri altında İstanbulun fəthindən Şeyx Qalibə qədər keçən zaman ərzində əyləncələrimizi və əski həyatımızın bəzi mərhələlərini o dövrlərin şeir dililə qəzəl-qəzəl tərənnüm etmə həvəsinə düşmüş, beləcə tarixin qəhrəmanlıqlarını, müxtəlif olayları, gözəllikləri və gözəlləri öz zamanının dili ilə əks etdirməyə çalışmış, bunda Osmanlı türkcəsini işlədərək qəzəl, şərqi, rubai kimi klassik şeir janrlarında əsərlər yazmışdır. XVIII əsr İstanbulunun Lalə dövrüni, Sədabad əyləncələrini, Boğaz səfalarını, o zamanın gözəlliklərini o dövrün Osmanlı türkcəsini işlədərək əks etdirmişdir. Bu şeirlərində klassik şeirin özünü, səsini, ahəngini, havasını, köhnəlməyən gözəlliklərini modern bir üslub və anlayışla yenidən canlandırmağa çalışdı. Kitabın adından da göründüyü kimi, bunlar əski şeirimizin, yəni divan şeirimizin rüzgarı ilə, onun havası ilə yazılmış yeni şeirlərdir. Neoklassik olmaları bununla əlaqədardır. Onun klassik şeirlərinin divan şeirindən fərqi budur: Yəhya Kamal divan şairləri kimi klassik məzmunlar üzərində çox durmamışdır. O, daha çox kəlmələrin ahəng və məna dəyərlərinə önəm vermişdir. Osmanlı türkcəsinin musiqisini yaxalamaya çalışmışdır. Bundan başqa, divan şeirində məna beytdə tamamlanırdı. Yəhya Kamal isə mənanı şeirin tamamına yaydı. Yəni şeirdə mövzu bütünlüyünə nail oldu. B. Atatürk dönəmində təsiri olan yeni şairlər Bu şairlər ümumən 1900-1910-cu illər arasında doğulan, uşaqlıqları savaş illərinə təsadüf edən, milli mücadilənin şahidi olan, yeni Türkiyə Cümhuriyyəti dövlətinin hansı şərtlər altında qurulduğunu yaşayaraq görən və gəncliklərini bu dövlətin quruluş həyəcanı ilə keçirən, ədəbiyyata da Atatürk dövründə gələn gənclərdir. Dolayısı ilə, Atatürk çağı türk şeirinin əsl önçüləri bunlardır. Bu dönəm türk şairləri olduqca geniş bir yelpazədə yer alırlar. Bunları özəlliklərinə görə təsnif edək.
I. Milliyyətçi məmləkət ədəbiyyatı Adlandırma və tarixi proses: milliyyətçi məmləkət ədəbiyyatı II məşrutiyyət dövründə yayğınlıq qazanan milli ədəbiyyat cərəyanının cümhuriyyətdən sonrakı əks- sədasıdır.Cümhuriyyətin ilk illərində milli məsələlərə, Anadolu coğrafiyasına, onun təbii gözəlliklərinə, tarixi, mədəni zənginliklərinə, türk kültürünə, xalq ədəbiyyatına, folkloruna, yaşantısına, düşüncə və ədəbiyyatına söykənən şeir, hekayə, roman, pyes kimi janrlarda yaranan ədəbiyyat "milliyyətçi məmləkət ədəbiyyatı" adlanır. Bu anlayışa bağlı şairlərə də "Anadolu şairləri", yaxud "məmləkət şairləri" deyilir. Hecaçı şairlərə, “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 410
Atatürkçü, cümhuriyyətçi, milliyyətçi şairlərə topdan "milliyyətçi məmləkət ədəbiyyatçıları" deyirik. Ömər Bədrəddin Şinasi Özdən ilə bir müsahibədə məmləkət ədəbiyyatını belə təqdim edir: "Məmləkət kəlməsini millidən daha vazeh sayaraq deyəcəyəm ki, məmləkət ədəbiyyatı nə alafranga duyuşun və ədanın, nə sıxıla-sıxıla ancaq puçası qalmış yerlərə aid quru həyat klişelərinin ədəbiyyatıdır, nə hər mövzuda Piyer Lotini örnək verən geniş məzhəbli ədəbiyyatı, nə də bizə yabançı ideologiyaların sinsi və ya açıq propaganda ədəbiyyatıdır. Məmləkət ədəbiyyatı ən fərdi və ən hür əsərlərinə qədər bu toprağın və bu millətin orijinal ədəbiyyatı, yurdun ən böyük parçası ilə Anadolunun bugününü tərənnüm edən xalis və yeni şeiri, Anadolunun gerçək romanı və teatrı, qısaca, yeni və yerli bir ədəbiyyatdir. Məmləkəti demək olar ki, heç tanımadıqları üçün, onu əks etdirən əsərlər yaza bilmədikləri üçün məmləkət ədəbiyyatını pisləyənlər, məsələn, yaxşı və ya pis şeirdən bəhs edəcək yerdə, məmləkət şeirini vətən və millətdən, Ayşə və Fatmadan bəhs edən dəyərsiz əsərlərin ədəbiyyatı, yaxud xalq ədəbiyyatının sadəcə təkrarı kimi göstərmək fikrinə düşənlər bir gün ancaq gerçək məmləkət ədəbiyyatı ilə millətlərarası bir mövqe qazandığımızı görəcəklər" (Varlık Der., mart 1944). Bu ədəbiyyatda sosial faydaya yönələn, fikir təlqin edən mahiyyətdəki mətnlər üstünlük təşkil edir. Bunlar milli dəyərlərə, məhəlli həyata, milli kültür, sənət, coğrafiya və tariximizə qayıdış hərəkatıdır. Bu ədəbiyyat Atatürkün xalqçılıq və milliyyətçilik prinsiplərinin inikasıdır. Türk ocağı, ondan sonra isə xalq evi çalışmaları bunu bəsləyir. Milliyyətçi məmləkət şairləri Anadolu coğrafiyasının gözəlliyi, işlənməsi gərəkən təbii potensialı, türk millətinin əsil dəyərləri, problemləri və milli dəyərlər üzərində durdular. Dolayısı ilə, milliyyətçi məmləkət ədəbiyyatında iki təməl ünsür vardır: millət və vətən. Məqsəd: bunların məqsədi Türkiyəyə xas bir ədəbiyyat yaratmaq və bunda Anadoluya əsaslanmaq,dil, məzmun və forma baxımından milli bir ədəbiyyat yaratmaqdı. Onlar klassik ədəbiyyatı bir kənara atıb türk xalq ədəbiyyatından bəhrələnməyə çalışdılar. Türk ədəbiyyatını Şərq və Qərb ədəbiyyatlarının təsirindən qurtararaq tamamən milli bir ədəbiyyata çevirmək hədəfini güddülər. Bundan başqa, xalqdan mədəni dəyərlər almaqla yanaşı, xalqı tərbiyə etmək, ona bəzi şeylər öyrətmək, öndərlik etmək, yol göstərmək kimi bir məqsədləri də vardı. Siyasi baza: yeni rejimin rəsmi siyasətini mənimsəyən bu ədəbiyyatçılar Qərb dəyərlərinə müsbət baxmaqla birlikdə milli olanı ön plana çıxarmağa qeyrət etdilər. Xalqçılıq, milliyyətçilik və dövlətçilik bu ədəbiyyat anlayışının əsas ünsürlərini təşkil etdi və onlar öz kredolarını bu təməl prinsiplər üzərində qurdular. Bəhrələnmə qaynaqları: məmləkət ədəbiyyatının başlıca bəhrələnmə qaynağı türk millətinin sahib olduğu maddi və mənəvi hər şey idi: coğrafiyası, tarixi, kültürü, həyat tərzi, dili, gələnəkləri, görənəkləri, törələri, dünya görüşü, əylənmə forması, gündəlik həyatı. Məmləkət ədəbiyyatçılarının başlıca bəhrələnmə qaynaqlarını bu şəkildə sıralamaq olar:
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 411
1. Xalq kültürü və ədəbiyyatı: məmləkət ədəbiyyatçılarının başlıca bəhrələnmə qaynağı xalq ədəbiyyatı olmuşdur. Elmi şəkildə folklor araşdırmaları aparılmış, əldə edilən folklor materialı ədəbi mənada işlənərək yenidən ədəbiyyata qazandırılmışdır. Yalnız folklor ünsürlərini xam material kimi almış, onu işləyərək yüksək bir sənət mərtəbəsinə çıxarmağa çalışmışlar. Xalq evlərinin özəlliklə Anadolu kənd, qəsəbə və şəhərlərində daha çox müəllimlər və tələbələr vasitəsilə toplatdırdığı folklor, məhəlli ləhcə, türkü, nağıl, lətifə, tapmaca, əfsanə, dastan kimi türk xalq kültürü məhsulları məmləkət ədəbiyyatçıları üçün önəmli bir qaynaq təşkil etmişdir. 2. Anadolu romantizmi: milli romantik həssaslıq bir millətin keçmiş zamanlarda öz vətənində ortaya qoyduğu milli motivlərlə süslü böyük memarlıq, ədəbi, folklorik, mədəni, estetik bütün əsərlərinin fərqinə varması şüurudur. Türk milləti də tarixin müxtəlif dövrlərində ortaya qoyduğu kültür, sənət, ədəbiyyat, dil, memarlıq, musiqi əsərlərində öz milli ruhunu aramış və milli kimliyini bu əsərlər vasitəsilə barizləşdirməyə çalışmışdır. Alman, fransız, ingilis kimi Avropa millətləri milli kimliklərini məhz romantizm yolu ilə tapmışlar. Mövzular: mövzu və ilhamın başlıca qaynağı Ziya Göyalpın türk tarixi, toplumu, kültürü, gələnəyi, ədəbiyyatı, sənəti haqqında ortaya qoyduğu sosioloji mənada elmi analizləri və təsbitləri ilə Yəhya Kamalın türk kültür varlığına, tarixinə, coğrafiyasına, dilinə, sənət və ədəbiyyatına baxış zövqüdür. Bunlar milli ədəbiyyat cərəyanının türklüyə, Anadoluya, türk millətinin maddi və mənəvi dəyərlərinə önəm vermək barədə ümumi düşüncəsinə bağlı qalaraq, Anadolu torpaqlarının imperialist Qərb dövlətləri tərəfindən işğal edilməsi və milli mücadilə nəticəsində qurulan yeni milli türk dövləti Türkiyə Cümhuriyyətinin Anadoluya və xalqa açılma siyasəti gərəyi olaraq Anadolu mövzusuna geniş yer vermişlər. Anadolu və türklük duyğusu kimi milli mövzuları gerçək lirik şeir üslubu ilə işləmişlər. Vətən sevgisi: gələcəyə dönük milli həyəcan və şüurun aşılanması üçün istifadə olunan mövzulardan biri də vətən sevgisidir. Milliyyətçiliyin təməl prinsiplərindən biri insanın öz vətənini sevməsi, vətənini hər cür təhlükədən qoruması, lazım gəldikdə malını, qanını, canını vətəni uğruna fəda etməyi bacarmasıdır. Vətən düşmənlərdən qorunmalı, heç kimə bir qarış toprağı belə verilməmlidir, çünki o, bizə atalarımızdan qalmış müqəddəs bir əmanətdir. Biz türklər vətən sevgisini son dərəcə ucaldaraq "vətən sevgisi imandandır" prinsipinə möhkəm sarılmışıq. Məmləkət ədəbiyyatında vətən sevgisini ən çarpıcı şəkildə dilə gətirən şeirlərdən biri Orxan Şaik Gökyayın "Bu vətən kimin" adlı şeiridir. Dil: məmləkət ədəbiyyatçılarının dili xalqın danışdığı yaşayan türk dilidir. Onlar türk dilinin ərəb, fars dili kimi Şərq, fransız, ingilis kimi Qərb dillərinin təsirindən qurtararaq saf, yalın, gözəl, işlək və qıvraq bir türkcə ilə şeir yazmağı öz qarşısına məqsəd kimi qoydular. Bu məqsədlə xalqın danışıq dilinə, deyim, atalar sözləri, qəlib ifadələr, səmimi xitab ifadələri, tələffüz qıvraqlığı, hətta jargon kimi dil ünsürlərinə yer verdilər. Yazı dilində isə türk dilinin qrammatik qaydalarını və yerli İstanbul əhalisinin, özəlliklə xanımlarının danışıq şəklini əsas olaraq qəbul etdilər. Bunların yalın türkcəyə gətirilməsi “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 412
düşüncəsi "ədəbiyyati-cədidə" və "Fəcri-ati" kimi ədəbi məktəblərin çoxlu ərəb, fars sözlərinə və epitetlərinə dayanan şeir anlayışına bir cavabdır. Canlı, sadə bir türkcə ilə də lirik, dərin, estetik, gözəl şeirlər yazıla biləcəyini sübut etməyə çalışdılar. Üslub: məmləkət ədəbiyyatçıları daha çox xitabət üslubunu mənimsədilər, çünki şeiri bir mənada milləti coşduran, milli hədəflər istiqamətində hərəkətə gətirən bir vasitə olaraq gördülər. Onun üçün millətə milli həyəcan aşılayan, onun qəhrəmanlıq, igidlik, vətən, millət sevgisi kimi duyğularını oxşayan bir üslub kimi məhz xitabət üslubunu seçdilər. Lirik üslubun ağırlıqda olduğu bu şairlər ara-sıra bəzi düşüncə və bilgiləri xalqa çatdırma qayəsi güddükləri üçün bəzən lirizmdən uzaq, quru və öyrədici mahiyyətdə əsərlər də yazdılar. Nəzm şəkli: məmləkət ədəbiyyatı əsas etibarilə türk millətinin tarixdən gətirdiyi saf milli kültürə söykəndiyindən, bu şairlər ümumən milli nəzm forması olan xalq şeirinin janrlarına üstünlük verdilər. Dolayısı ilə, yayğın olaraq dördlük nəzm vahidi tərcih edildi. Bununla yanaşı sonet, terzarima, düz, sarmal, çapraz qafiyə kimi nəzm şəkillərinə və sərbəst nəzm şəklinə də yer verdilər. Vəzn: bu şairlər yenə milli vəznimiz olan heca vəznini işlətməyi tərcih etdilər. Türklərin milli vəzni olan heca vəzninə o qədər çox əhəmiyyət verdilər ki, dönəmin beş önəmli şairinin (beş hecaçılar) ayırıcı vəsfi olaraq heca vəznini işlətmələri görüldü. Digər şairlər də heca ilə yazmağa həvəs göstərdilər. Məmləkət şairləri xüsusi təhsil görmüş şəhərli şairlərdir. Onlar xalq şeiri nəzm şəkillərini və hecanı yüksək kültür və şəhər şeiri səviyyəsinə çıxarmaya çalışdılar. Məsələn, qoşma janrında heca vəznilə çox incə, mədəni və estetik dərinliyi yüksək şeirlər yazıla biləcəyini sübut etdilər. Savadsız kəndli xalq şairləri ilə yanaşı şəhərli, təhsilli şairlərin də milli şeir texnikasını işlədə biləcəklərini göstərdilər. Heca vəzni yeni qurulan Türkiyə Cümhuriyyəti dövlətinin şeirdə az qala simvollarından biridir. Kosmopolit və islami rəngin hakim olduğu Osmanlının simvolu əruza qarşı milli dövlət olan Türkiyə Cümhuriyyətinin əlaməti də milli vəzn, yəni hecadır. Buradan çıxış edərək, milliyyətçi məmləkət ədəbiyyatının ikinci nəsil hecaçılarından bəhs etmək lazımdır. 1890-cı illərdə doğulan, milli ədəbiyyat cərəyanının əsas prinsiplərinə sadiq qalaraq I dünya savaşı və mütarikə illərində əsərlər yazmağa başlayan, yabançı kəlmə və epitetlərindən uzaq, yalın danışıq dili ilə, heca vəzni ilə, dördlük nəzm vahidi ilə milli mövzular və duyğular ətrafında şeir yazma anlayışını mənimsəyən bir şairlər topluluğu vardır. Məhməd Əmin, Ziya Göyalp kimi şairləri birinci nəsil hecaçılar kimi götürsək, bunları da ikinci nəsil hecaçılar adlandıra bilərik. İkinci nəsil hecaçıların ən görkəmli nümayəndələri bunlardır: Orxan Seyfi Orxon (1891-1972), Məhmət Behçət Yazar (1890-1980), Xalid Fəxri Ozansoy (1891-1971), Ənis Behiç Koryürək (1892- 1949), Yusif Ziya Ortaç (1896-1967), Şükufə Nihal Başar (1896-1973), Əli Mümtaz Arolat (1897-1967), Faruq Nafiz Çamlıbel (1898-1973), İbrahim Əlaəddin Gövsa (1899- 1949).
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net Download 3.88 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling