Yeni Yazarlar və Sənətçilər Qurumu
Download 3.88 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- ―Mən, İnsan düşüncəsini irəli aparan kimsələrin
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 384
dururdu. İraq İranla öz sərhədlərini yenidən qaydaya qoymaq istəyirdi. İslam inqilabından sonra iranlılar da Bağdadı İranın Xuzistan əyalətində yaşayan ərəblərin muxtariyyət tələblərini qızışdırmaqda ittiham edirdilər. Üstəlik, İraq, öz əhalisinin 60 faizini təşkil edən şiələrdən qorxurdu. 1980-ci ildəki bir sıra sərhəd döyüşləri gedən vaxt İraq qoşunları İran ərazisinin içərilərinə doğru irəlilədilər. Müharibə yalnız 1988-ci il müqaviləsi ilə başa çatdı və hər iki tərəfdən yarım milyon insanın həlak olması ilə nəticələndi. İran şahı ölkədə yaratdığı avtoritar rejimə, demokratiyanın ayaq aça bilməməsinə görə iflasa, yıxılmağa məhkum idi. Əlbəttə, müəllif 70-ci illərdə böyük iqtisadi, mədəni dəyişikliklər baş verdiyini yazır və insaflılıqdan uzaq qaçmayaraq, bir ildə neftin qiymətinin dörd dəfə artmasını, neft istehsalını 300 milyon tondan çoxa çatdıran İranın böyük gəlir götürməsini də qeyd etməyi unutmur. Savadlılığın 70 faizə çatdığını qürurla qeyd edir. Lakin ikrahla danışdığı SSRİ-də 30-cu illərin sonunda savadsızlıq kütləvi qaydada ləğv edilmişdi. Təəssüf ki, yanız Persiya dövlətinin 2500 illik tarixinə həsr olunmuş yubileyə hazırlıq görülərkən israfçılığa yol verildiyini ittiham edənləri qeyri- obyektivlikdə günahlandırır. Lakin onu da yaddan çıxarır ki, neftdən gələn milyardlarla vəsaiti şah bədxərcliklə müasir hərbi texnika və cihazlar alınmasına sərf edirdi və bunların çoxlu limandan daşınıb təyinatına çatdırılmırdı, səhrada qumun altında qalıb yararlılığını itirirdi. Təsərrüfatsızlıq eybəcər hədlərdə mövcud idi. İş o yerə gəlib çatmışdı ki, İran körfəzi limanlarına gələn gəmilərdəki idxal malları vaxtında boşaldılmadığında dövlət ağır cərimələr ödəməyə məcbur olurdu. Bir dəfə məlum olmuşdu ki, Bəndər Abbas limanında 800 gəmi xeyli müddətdir ki, ərzaq mallarından ibarət olan yüklərinin boşaldılmasını gözləyir, onlardan çoxu altı ay idi ki, boşaldılma növbəsində dayanmışdı. Bir qayda olaraq tərif həddi aşdıqda əks effekt verir. Müəllif şahın gördüyü işləri elə yağlı boyalarla təsvir edir ki, elə bil, Bisütun dağında Persiya çarı I Daranın şücaətlərindən bəhs edən ―Nəqşi-Rüstəm‖ kimi əlavə yeni bir qalereya yaratmaq ehtiyacı yaranır. Qaya üstünü yeni yazılarla bəzəmək olar, lakin şahın Daranın nailiyyətlərinə azacıq da olsa yaxınlaşan bir əməlini tapmaq qeyri-mümkündür. Kitabda canfəşanlıqla təbliğ edilən ―Ağ inqilabın‖ tərkib hissələrindən biri olan torpaq islahatından da şah böyük torpaq sahələri ələ keçirməyə müvəffəq olmuşdu. Şah sarayı dəbdəbəsiz mümkün deyildir. Şərq saraylarında isə bu, elə bir hədd tanımır. Dəbdəbə artıq başqa miqyas almışdı. Hətta Makedoniyalı Aleksandrın da mənəviyyatının korlanmasında perslərin zinyətə, dəbdəbəyə vurğunluğu az rol oynamamışdı, onun da bu mərəzə tutulmasına şərait yaratmışdı. Bu pulların bir hissəsi də dövlət büdcəsindən yan keçir, saray üzvlərinin varlanmnsına yol açırdı. Fərəh Pəhləvinin özünə gəldikdə o, zinyətə, dəbdəbəyə vurğunluqda öz sələfi olan Argentina prezidentinin xanımı Evita Perondan, Filippin prezidentinin xanımı, özündən bir qədər sonra belə yüksək mövqeyə çatan və iti iştahı ilə seçilən İmelda Markosdan çox
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 385
şey öyrənmişdi. Onlar sosial müdafiə və abadlıq tədbirləri adı altında xeyli vəsait ələ keçirmişdilər. Fərəh xanım da bəzi üsulları onlardan əxz etmişdi. Şah, əlbəttə ki, vətənpərvər insan idi və o, atasından bu xüsusiyyəti əxz etmişdi. Türk yazıçısı və diplomatı Yaqub Qədri Qaraosmanoğlu Rza şahın Tehranın abadlaşdırılmasına göstərdiyi diqqəti xüsusi qeyd edir və göstərir ki, şah tikilən binaların inşaatçılarına həftəlik tapşırıqlar verib, onun icrasını yoxladıqda, fərqlənənləri qızıl sikkələrlə mükafatlandırırdı və bu tikinti-abadlıq işlərinə böyük vüsət vermişdi. Məhəmməd Rza Pəhləvi uşaq olarkən İsveçrədə təhsil almışdı. Qonşu kənddən bir qadın satmaq üçün ona inək südü gətirirdi. Bir dəfə onun xoşuna gələn bu uşaqdan haralı olduğunu soruşduqda o, iranlı olduğunu demişdi. Qadın belə bir ölkəni tanımadığını etiraf etmişdi. Yeniyetmə öz dostları qarşısında and içirmiş kimi söz vermişdi ki, mən elə edəcəyəm ki, İranı dünyada hamı tanısın. Buna görə də o, bəzən hətta bu xeyirxah məqsəd naminə ağılsız layihələrə də əl atırdı, Tehranı on iki milyon əhalisi olan şəhər kimi görmək istəyirdi. İndi onun bu arzusu deyəsən reallaşmağa yaxınlaşır və şəhər çox sayda yeni problemlərlə üzləşmişdir. Şahı devirmək, rejimi süquta uğratmaq tərəqqiyə yol açmaq məqsədini güdür, qəbahətli bir iş deyildir. Lakin şahın və ailəsinin təqib edilməsi, ölümlə hədələnməsi bir növ yakobinçiliyi yada salır. Yəqin ki, İran inqilabının da, kitabda qeyd olunduğu kimi, Xalxali adında öz Robespyeri var imiş. Ona görə də ağır xəstəliyin mənfur caynaqları ilə boğduğu şahın sakitcə ölməsinə də dözümsüzlük göstərilməsi heç də yaxşı hisslər yaratmır. Şah hələ İranda olarkən təhlükənin kiçik olmaması qənaətinə gəlmişdi, vəziyyətin ağır olduğunu anlamışdı, ona görə də çaşqınlıq keçirirdi, baş nazirləri dəyişməkdən başqa bir səmərəli yol və ya vasitə görmürdü. Bir italyan qadın jurnalisti belə bir vaxtda şahla görüşdükdə onun halına acıyan adam kimi kədərli bir sual vermişdi. – Şah deyəsən karvan yorulub. Şah ah çəkərək, cavabında demişdi ki, karvan yorulsaydı, nə vardı ki, bir qədər dincələr, yenə yoluna davam edərdi. Karvan azmışdır, səhrada azmaq isə ölümdən betərdir. Şah adlanan sarvan karvanı azdırdığını özü etiraf etməyə məcbur olmuşdu. Ağır xəstəlik isə onun iradə gücünü də əlindən almışdı. Az qalırdı o, özünü zəhər içib öldürən Hannibal kimi bütün dünyaya haray çəksin ki, artıq o, həyatdan gedir, qoy onu sakit buraxsınlar. Deyilənlərə görə, ölümündən qabaq Hannibal bu sözləri söyləmişdi: ―Romalıları onların köhnə qayğısından azad edək, bir halda ki, onların qocanın ölümünü gözləməyə belə səbrləri qalmayıbsa‖. Şahın ölümü bunu arzulayanlar üçün töhfə hesab edilsə də, bu arzunun özünün mahiyyəti humanizmdən tam kənar olan bir istək təsiri bağışlayır. Şahbanu Fərəh Pəhləvi taxt-tacın əldən getməsilə razılaşmır, otuz il keçəndən sonra belə şah rejiminin reinkarnasiyasına ümidini itirmir. Axı ―hava qəsrlərini‖ tikmək asandır, uçurub, dağıtmaq çox çətindir. Şahın xanımı da keçmişi qaytarmaq barədə düşünür, hətta “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 386
tam virtual olan kölgə kabinetinin formalaşmasına müdaxilə etməməsinə görə özünü qınayır. O, oğlu şahzadə Rzanın reallıqdan çox uzaq olan İran xalqına müraciət adlı, elə bir dəyəri olmayan sənədinin işıq üzü görməsində xüsusi canfəşanlıq göstərir. Oğul Rza Pəhləvi İran şahı kimi məsuliyyətləri və səlahiyyətləri öz üzərinə götürməyə hazır olduğunu bəyan edir, öz tərəfdarlarını səflərini sıxlaşdırmağa çağırır. İran xalqı vidalaşdığı rejimi bir də geri qaytarmaq istəyəcəkdirmi, bu sual bir qədər qeyri-ciddi səslənir, irəli sürülən vəzifənin həlli yolları isə heç uzaq üfüqdə də görünmür. Kitabda şəxsi məsələlərə, ailəyə, ərinə, uşaqlarına, özünün və ərinin qohumlarına daha çox yer verilmişdir. Ona görə də müəllifin görmə bucağı o qədər də geniş deyildir. Tarixi hadisələr çox vaxt mövcud reallıqdan, kontekstdən qoparılaraq verildiyindən, elə bir təsir gücünə malik olmur. İran İkinci Dünya müharibəsindən əvvəl İngiltərənin, müharibədən sonrakı üç onillik ərzində isə ABŞ-ın güclü təsiri altında öz siyasətini yürütmüşdü. Amerikanlar qanuni Müsəddiq hökumətini devirdiklərini özləri etiraf etdikləri halda, Fərəh xanım bunu xalqın adına çıxır. Şahın da xatirəsini əsas götürür ki, 1953-cü il avqustun 19-da fəhlələr, sənətkarlar, tələbələr, müstəqil vəzifə adamları, əsgərlər, jandarmalar, qadınlar, hətta uşaqlar vəziyyəti tərsinə çevirdilər. Şah tərəfdarı olan tankdan atılan atəş sabiq baş nazir Müsəddiqin villasını dağıtdı. Bu vaxt ölkədən qaçmış şah Tehrana qayıtdı və vəziyyətə nəzarəti əlinə keçirdi. Müsəddiq neft sənayesinin milliləşdirilməsinə başçılıq etmişdi və bu şah və onun havadarları üçün böyük zərbə idi. O, hətta sarayın büdcəsinə müdaxilə etməyə də cəsarət etmişdi. Saray adamlarının xaricə lüzumsuz bədxərc səfərlərinə qadağa qoymuşdu. Fərəh xanım özünün Diba nəslinin Azərbaycana mənsub olduğunu yazsa da, bu ölkəyə elə də bir məhəbbət hissləri ifadə etmir. Şimali azərbaycanlıları, hörmət hissindən kənar bir şəkildə, azərbaycanlı ruslar adlandırır. Cəfər tərəfdarlarına, Demokratik Respublika yaradanlara isə nifrin yağdırmaqdan çəkinmir. Müəllif tarixi hadisələrdən danışarkən bəzi həqiqətlərə bilərəkdən, ya bilməyərəkdən göz yumur. Məsələn, Parisdə İranın yeddi min illik tarixinə həsr olunmuş sənət sərgisindən söhbət açır. Axı bəşər sivilizasiyası tarixinin beş min il yaşı vardır və bunu bütün tarixçilər etiraf edirlər. ―Tarix Şumerdən başlayır‖ ifadəsi dillərə düşmüşdür. Şumerin tarixi isə miladdan əvvəl üç min ildən uzağa getmir. Axı Persiyanın iki min beş yüz illik tarixi vardır, ondan əvvəl isə bu ərazidə Midiya dövləti mövcud olmuşdu. Digər tərəfdən Fərəh xanım öz düşüncələrini tarixin gedişinə zidd şəkildə qoymaq istəyir, rus çarlarının saray mirasına böyük təşvişlə tamaşa etdikdə, bir vaxtlar öz şah saraylarının da belə ekskursiya obyektləri olacağını göz önünə gətirdikdə onu dəhşət bürüyür. Bütün bunlarla yanaşı cənub qonşumuza maraq göstərən azərbaycanlı oxucular üçün keçmiş Şahbanunun kitabının nəşr olunması təqdirəlayiq təşəbbüs hesab olunmalıdır. Tərcüməçi və redaktor bu nəcib işi öz üzərlərinə götürməklə yaxşı əməldə bulunmuşlar. Uzun illərdən bəri oxucuları böyük dəyəri olan elmi, dini və bədii əsərləri çap edib “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 387
yaymaq kimi nəcib işlə məşğul olan ―Adiloğlu‖ nəşriyyatı bu dəfə də bəslənilən ümidləri doğruldaraq, bu kitabı yüksək poliqrafik səviyyədə üzə çıxarmışdır. Lakin kitabda tərcümədə yol verilən qüsurlar da nəzərə çarpır, onun hansı dildən tərcümə edildiyi də sirr kimi qalır. Digər tərəfdən coğrafi adlarda və şəxsiyyətlərin adlarında səhvlərə yol verilmişdir. Dilimizdə ―Yelisey çölü‖ ifadəsi olduğu halda, bu yer orijinaldakı adında, fransızca ―Place de L`Etoile‖ – ―Ulduz meydanı‖ isə səhv qaydada Atol kimi verilmişdir. Həmin Etual meydanı indi General de Qoll meydanı adlanır. Əlillər evi fransızsa ―Hotel National des Invalides‖ adlandığı halda halda ―Invalide‖ kimi verilmişdir, ―Notre-Dame de Paris‖ isə qısaldılaraq sadəcə ―Notr-Dam‖ kimi getmişdir. Tarixi şəxsiyyətlərə gəldikdə Persiya çarı Kserksin adı ―Kserkes‖ kimi, Çin rəhbərləri olan Çjou En-layın və Xua Qo-fenin adları başqa transkripsiyada verilmişdir. Bəzi sözlərin tərcüməsi təhrif edilmişdir; musiqi aləti olan truba ―boru‖ kimi, ―islahat‖ sözü isə ―reforma‖ kimi deyil, anlaşılmayan ―reffum‖ kəlməsi şəklində verilmişdir. Torpaq kadastrının izahı da yanlışdır. Mərakeşin Sakit okean sahilində olması isə yəqin diqqətsizliyin nəticəsi hesab olunmalıdır. Bütün bunlar tərcüməçinin və redaktorun böyük zəhmətinin dəyərini və qiymətini azaltmamalıdır. Şahbanu Fərəh Pəhləvi kitabında bir neçə yerdə bağa, yaşıllığa vurğunluğunu qeyd edir. Belə bağlarda gəzintilər etməkdən o, xüsusi həzz alırmış. Bu da yəqin onun nəslindən, azərbaycanlılardan gəlir. Yeni Babilistan çarı Nabuhodonosor (onu ―Nabukko‖ da adlandırırlar) Midiyadan olan arvadının düzənlik ərazidə qəmgin olduğunu, vətəninin bağları üçün həsrət çəkdiyini görüb, Dəclə sahilində məşhur ―asma bağları‖ saldırmışdı. Bəzi tarixçilərin günahı ucbatından bu bağlar daha çox ―Semiramidanın asma bağları‖ kimi məşhurdur. Midiyalı qadından və onun çar ərindən tarixə belə bir möcüzəli töhfə verilmişdi. Fərəh xanım da belə ―asma bağları‖nın olmasını istərdi və bir müddət yəqin ki, bu arzusuna çatmışdı. Lakin taleyin dalambacları mürəkkəb, hökmü bəzən qəddar olur. Güclü, iradəli adamlara öz taleləri ilə barışmaq fürsəti qalır, öz kitabı ilə bu qadın da qarşısına çıxan sınaqlardan sınmadığını bir daha yada salmaq istəməklə, əslində ömrünün kamillik dövründə faydalı bir iş görmüşdür. Lakin kitab şah sarayının, tac qoyma mərasiminin və ya Şahbanunun regentşa elan edilməsi hadisəsinin detallarına, parıltısına daha çox yer ayırdığından dövrün bəzi mühüm məsələləri kölgədə qalır və ya istənilən səviyyədə öz əksini tapmır. Əslində şah sarayını ―Yerin göbəyi‖ hesab edən müəllifdən başqa şey ummaq da düzgün deyildir. ABŞ-ın dörd dəfə prezidenti seçilmiş Franklin Delan Ruzveltin xanımı Eleanor Ruzvelt 1958-ci ildə vətənində çap edilmiş öz memuarlarında dövrünə tam başqa prizmadan yanaşır. O, tanınmış jurnalist idi, radioda icmal verilişi aparırdı, qəzetdəki ―mənim günüm‖ adlı köşə yazısı ona böyük auditoriya toplamağa imkan vermişdi. Bu qadın mədənçilərlə görüşmək üçün yerin dərin qatındakı şaxtaya enir, döyüşən orduya mənəvi güc təlqin etmək üçün Sakit okeanın cənubunda, müharibə teatrında vuruşan amerikan əsgərlərinə baş çəkir, onların döyüş ruhunu yüksəltməyə kömək edir və burada cəbhələrdə vuruşan oğlu ilə görüşməyə də müvəffəq olur. Prezidentin dörd oğlundan üçü “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 388
və kürəkəni müharibə başlayan kimi cəbhəyə yollanmış və mərd döyüşçü kimi vuruşmuşdular. Ərinin vəfatından sonra Eleanor Ruzvelt 1946-1951-ci illərdə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komissiyasına başçılıq etmiş, BMT tərəfindən 10 dekabr 1948-ci ildə qəbul olunmuş, şəxsiyyət, vətəndaş və siyasi hüquqların və azadlıqlarının, həmçinin sosial-iqtisadi hüquqların xartiyası xarakteri daşıyan məşhur İnsan Haqları Ümumi Deklarasiyasının qəbul edilməsində fəal iştirak etmişdi. Demokratik ölkə olan Birləşmiş Ştatları şah rejimi altında olan İranla müqayisə etmək də düzgün deyildir. Ona görə də Fərəh Pəhləvinin maraq dairəsi ilə xanım Ruzveltin dünyagörüşü və dünyabaxışı tam fərqlidir. İncildəki əhvalatlardan birində İisus Xristin dediyi kimi ―Allaha ona məxsus olanı, Sezara isə Sezarınkını‖ vermək lazımdır. Ruhun saflığı ilə zinyətə sitayiş bir araya sığmır, könlünü dəbdəbəyə qurban verənlər heç vaxt onun əsarətindən xilas ola bilmirlər. Fərəh Pəhləvinin kitabı da bu həqiqəti bir daha inkaredilməzlik həddinə çatdırır. Lakin zinyətə sitayiş öz tədavül xərclərini, acı bəhrəsini də göstərməmiş qalmır. Çünki azlığın ifrat xoşbəxtliyindən xəbər verən günləri çoxluğun əzablı, bədbəxt yaşayışın əhatəsində keçir. Şah sarayının dəbdəbəsi isə yoxsulların səfalətli həyatı ilə tam kontrast təşkil edirdi. Narazı qalan bədbəxtlərin səsini kəsmək üçün onların qanı axıdıldıqda isə, bu, gözlənilməyən ağır nəticələrə gətirib çıxardı. 1978-ci ilin sentyabrında şahın icazəsi ilə Tehranın Jalə meydanında qırğın törədiləndə, həlak olanların səssiz naləsi təkcə inqilabın qələbəsinə yol açmaqla kifayətlənmədi, günahsız insanların məhvinə bais olanların həyatına sonralar zəhərli jalə (şeh) damlalarını səpməklə intiqam harayını davam etdirdi. Sonradan bədbəxtliklə üzləşməli olan belə adamları yandıran əzab tonqalına əlavə çırpı atmaq sadəcə müqəddəs sadəlövhlük deyildir, bir növ qisasa qoşulmaq təsiri bağışlayır və buna elə bir lüzum da yoxdur. Onlar da özlərini keçmişin şirin xatirələrinin ağuşunda ovundurmaq istəyirlərsə, fırtınalardan qorunmaq üçün quduz dalğalardan uzaq olan sakit limana üz tutsalar, daha düzgün hərəkət etmiş olarlar. Axı günahsız həlak olanların ruhu hələ sakitlik tapmamışdır. Ona görə də bu cəhəti nəzərə almaq vacibdir.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 389
PİFAQORUN ÜNLÜ DEYİMLƏRİ Pifaqoru çoxumuz bir riyaziyyatçı olaraq tanıyırıq, özlüyündə isə o, fəlsəfənin ilk yaradıcılarından biri olmuşdur. ―Filosof‖, ―kosmos‖ kimi terminləri elmdə ilk olaraq onun yaradıb işlətdiyi də bəllidir. Görkəmli ingilis riyaziyyatçısı, filosofu Bertran Rassel yazırdı: ―Mən, İnsan düşüncəsini irəli aparan kimsələrin arasında Pifaqordan böyük sayıla biləcək kimsəni tanımıram‖. Heykəli onun gözəlliyi, insanı isə gördüyü işlər yaraşıqlı göstərir.
Öz düşkün istəklərindən asılı olan kimsə özgür sayıla bilməz. Uşaqlarınızın göz yaşlarını qoruyun, qoy öz çağında onlar, sizin qəbrinizin üstünə tökülməyə yaraya bilsin.
Ağgünlü yaşamağın elmi yolu, bugünü gərəyincə yaşamağı bacarmaqdır. Özünə gerçək arxadaş axtar, tapdınsa, tanrılara da gərək duymayacaqsan.
Elə yaşamağa çalış, arxadaşlarını yağılarına, yağılarını arxadaşlarına çevirməyəsən. İnsanın üzü, onun ruhunun gözəlliyindən soraq verəndə ən gözəl olur.
Gücləri tən gələn ikisindən, kim doğrudursa, o da güclüdür. Susmaqdan yaxşı olan nəsə deməyəcəksənsə, onda ən yaxşısı elə susmaqdır. “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 390
İçkiyə öyrəşmək, özünü anlamazlığa alışdırmaq üçün çalışmaqdır.
İçki düşkünü öz yaramazlığından necə qurtula bilər? Mən onun yerinə deyirəm: qoy o, içkili olanda elədiklərini tez-tez ansın. Hamısından öncə, bütün nəsnələri öz adları ilə deməyi öyrən, bu–bütün gərəkli elmlərin ən birincisidir.
Ey Xalqlar! Yaxşı yasalar yaratmaqdan öncə, yaxşı qanacağınızın olmasına çalışın, yasalara uyğun yaşamaq, elə qanacaqlı olmaq deməkdir.
Gənclər! Özünüzü dərindən düşünməyə alışdırın, bu sizləri çox danışmaq düşüklüyündən çəkindirər.
Özünə yaxşı arxadaş tapa bilmirsənsə, onda çalış özünlə arxadaşlıq elə. Ağgünlük axtarmağa yollanma, o–sənin özcə əlindədir.
Birdən səndən soruşsalar: ―Ölüm nədir?‖–Deyərsən: ―Anlamazlıqdan böyük ölüm yoxdur‖.
Günün doğan, batan çağlarında gölgənin uzunluğuna baxıb, özünü böyük sanma. Ancaq öz yazılarında bilgə(müdrik) görünənlərdən olma.
Gözəl tikililərinin, böyük abidələrinin yanında xalqı çox yoxsul, kiçik görünən şəhərdə yaşama.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 391
Bədənini ruhunun tabutu eləmə.
Xalqın gözü qarşısında, onun inancına bağlı olan nəsənələrə gülməzlər, xalqa acımaq olar, ancaq onu ələ salmaq olmaz.
Krotonlular!* Tanrılara, sizinlə yaxşı davransınlar deyə qurbanlar verib, onları alçaltmayın.
Krotonlular! Haçağacan sizin şəhərinizdə varlılarla yoxsullar olacaq, oçağacan özünüzü özgür xalq saya biməzsiniz: yoxsullar dolanışıq ucbatından, istər-istəməz varlıların qullarına çevrilirlər.
Krotonlular! Qoy sizin ilk tanrılarınız günəşlə, yasalar olsun: birincisi sizin əməyinizi yönətir, ikincisi davranışınızı.
Ey bilgə! Sən xalqa aşılamaq istədiyin hansısa doğruya, elliyin istəyi donunu geyindirməyi bacarmasan, əməyin boşuna gedəcək. Elliyin istəyi deyilən nəsnə, bütün xalqların inandığı bir yasadır.
Krotonlular! Tanrılarınızın əlinə qamçı verməyin: yoxsa o sonradan, sizləri uşaq yerinə, qul yerinə qoyub, yazıqlayacaqdır.
Xalq onun gözünü qamaşdıran nəsnələrə sayqı duyur, onun Günəşi tanrı sayması da buna görədir. Bir də xalq ən çox, təpərli tanrıları sevir.
Ey yasalar yazan! Sən öz işində Təbiəti yamsılamağa çalış: görürsən, onun ayrı-ayrı gerçəklikləri də, onların toplusu da, necə bitkin görünür.
Adamların mülkiyyət ayrı-seçkiliyi qaldıqca, onların hüquq ayrı-seçkiliyi aradan qalxmayacaqdır.
|
ma'muriyatiga murojaat qiling