AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
Download 5.13 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Pulun diktaturası
- Turqut Özal
- Göründüyü kimi, neft siyas ətdir. Neft siyasəti hər han sı bir neft ölkəsinin ictimai-siyasi, sosial-iqtisadi proses- l
Pulun diktaturası
303 ların lənəti» başgicəlləndirici şəkildə qiymətlərin aşağı düşməsinə v ə qeyri-neft sektorunda qarşısıalınmaz böhrana da gətirib çıxara bil ər. Neft və qaz məhsullarının qiymətinin yüksəlməsi belə bir t əhlükəni reallaşdıra bilər. Neft çox zaman v ətəndaş müharibəsinə gətirib çıxarır. M əsələn, Kolumbiya, Sudan, Nigeriya, Konqoda məhz belə ol- mu şdur.
Elm ə və praktikaya əsaslanan güclü dövlət siyasətinin yü- rüdülm əsi nəticəsində «Resurslar lənəti»ndən yaxa qurtarmaq mümkündür. Biz ə belə gəlir ki, «Resurslar lənəti» anlayışı və onun mahiyy ətinin şərhi ölkə rəhbərlərinin idarəçilikdə etdikləri s əhvlərin üstünü pərdələmək üçün ortaya atılmış bir nəzə- riyy ədir. İqtisadiyyatın dərin elmi əsaslarla idarə edilməsi bu n əzəriyyənin puçluğunu meydana çıxarır. «Texnoloji l ənət» isə «Holland xəstəliyindən» doğur 1 . Böyük neft ehtiyatları ölkənin bugünkü rifahı və gələcəyi üçün etibarlı təminatdır. Lakin bundan düzgün istifadə edilməsi dünya siyas ətində və iqtisadiyyatında ikiqat təminatdır. Ölkə iq- tisadiyyatını neftdən və qazdan, ümumiyyətlə təbii ehtiyatlardan asılı vəziyyətdə saxlamaq böyük faciələrə gətirib çıxara bilər.
Respublikamızın bağladığı müqavilələr kəşf olunmuş neft yataq larının tez bir zamanda istifadə olunmasına gətirib çıxara- caq. Müqavil ə bağlayan şirkətlərin texnologiyaları dünya stan- dart ları səviyyəsindədir. Onlar çalışacaqlar ki, müqavilədə göstə- ril ən müddəti qabaqlasınlar. Bu da təbiidir. Bel ə olan halda Azərbaycan ziyana düşəcək. Gələcək nəsil bu nun ağrısını hiss edəcək. Beyn əlxalq Enerji agentliyi “Dünyanın Enerji Mənzərəsi” ad lı 2010-cu ildə hesabatını açıqlayıb. Orada göstərilir ki, Azər-
1 Bax: В.Полтерович, В.Попов, А.Тонис. Механизмы «ресурсного проклятия» и экономическая политика. «Вопросы экономики». Жур- нал. 2007. № 6, с. 9-10.
Pulun diktaturası
304 baycanda neft v ə qaz hasilatı növbəti illərdə artacaq. 2014-cü il- d ə hasilat özünün ən yüksək həddinə - günə 1,3 milyon barelə çatacaq. 2014-cü ild ən sonra isə hasilat enməyə başlayacaq. 2035-ci ild ə Azərbaycanın neft hasilatı ən aşağı səviyyəyə günə 0,9 milyon barel ə enəcək. Sənəddə göstərilir ki, Türkmənistan, Az ərbaycan və Qazaxıstanın hesabına 2035-ci ildə Xəzərdə qaz ha silatı 310 milyard kubmetrə çatacaq. Ancaq, proqnozlar b əzən özünü doğrultmur. Məsələn, 1949-cu ild ə istismara verilən Neft Daşları yatağının ehtiyatları hesablamalara gör ə 1997-ci ildə tam tükənməli idi. Real həyat- da gördüyümüz kimi, Neft Daşları hələ də neft verir və proq- noz
laşdırılır ki, 2028-ci ilə qədər bu proses davam edəcək. Vaxtı ilə Səudiyyə Ərəbistanının neft naziri neftin bəla ol duğunu görmüş və ona görə də demişdir ki, istərdim ki, biz neft əvəzinə su tapaq. Venesuela da neft v ə qaz ölkəsidir. Orada XX əsrin 70 il- l ərində sosial-iqtisadi vəziyyət yüksək dərəcədə olub. 70-ci illə- rin so nlarında ölkə tənəzzülə uğrayıb. Bütün bu bəlaların səbəb- l ərini araşdıran Venesuelanın keçmiş neft naziri demişdir ki, neft şeytanın ifrazatıdır. Turqut Özal deyirdi ki, iqtisadiyyat bir nohur kimidir, ya- ta ğı zamanla dəyişir. Birdən-birə olmaz. Və o, qeyd edirdi ki, m ən Allahdan çox razıyam ki, o, mənim ölkəmə neft hədiyyə verm əyib.
Son zamanlar Türkiy ə Petrolları Anonim Ortaqlığı (TR- AO) il ə, Braziliyanın «Petrobas» milli neft şirkəti arasında Qara d ənizdə neft axtarışı ilə əlaqədar müqavilə imzalanıb. Braziliya neft şirkətinin ehtimalına görə Qara dənizdə zəngin neft və qaz yataqları mövcuddur. Bu şirkət dənizin dərinliklərində axtarışlar sah əsində böyük təcrübəyə və texniki imkanlara malikdir. Onlar öz t əcrübələrinə əsaslanaraq qətiyyətlə təbii qazın olduğu yerdə neft yataqlarının da olduğuna əmindir. Əgər bütün bunlar müvəf- f əqiyyətlə başa çatarsa Türkiyənin neft və qazdan xarici asılılığı aradan qaldırılacaq. Bunu əlbəttə ki, gələcək göstərəcək. Pulun diktaturası
305 T ədqiqatçıların və siyasi liderlərin sözlərində böyük həqiqət olduğunu tarix özü sübut edib. Bir çox ölkələrin təcrübəsi göstərir ki, böyük t əbii ehtiyatlar həmişə öz ölkəsinə xeyir gətirmir. Bu sah
ənin məşhur tədqiqatçıları Ceffri Saks və Endri Uorner 97 ölk
ənin təcrübəsini təhlil etmişdir. Onlar belə nəticəyə gəliblər ki, z
əif xammal ehtiyatları olan ölkələr öz inkişaf gös- t əricilərinə görə zəngin ehtiyatlara malik ölkələri qabaqlayırlar. Siyasi, humanitar v ə demokratik inkişaf göstəricilərinə görə isə bu qabaqlama daha böyük əmsallarla müşahidə olunur. Maraqlı c əhət ondan ibarətdir ki, araşdırılan 97 ölkənin ilk 30-luğunda ənənəvi neft ölkəsi yoxdur. Bu siyahıda ABŞ və Norveç liderlik edir. H
əmin ölkələr neft ehtiyatlarının mövcudluğuna görə deyil, dig ər amillərə görə ilk yerdədirlər. BƏƏ, Küveyt, Qətər və Bəhreyn kimi ölkələr neft gəlirləri hesabına inkişafın zirvəsinə yüksəliblər. Nəzərə almaq lazımdır ki, bu ölk
ələr, tarixən patriarxal – köçəri həyat tərzində yaşamışlar. Nigeriya, Əlcəzair, İraq, Liviya, İran kimi ölkələrə isə neft nəinki inkişaf və yüksəliş gətirib, əksinə yoxsulluq, səfalət, bərabərsizlik, ədalətsizlik və qeyri-sabitlik, müharibələr gətiribdir. M ətbuatda yazılanlara görə 1992-ci ildə ölümündən bir q ədər əvvəl Turqut Özal Bakıda rəsmi səfərdə olarkən Azər- bay can Prezidentinin Zuğulbadakı iqamətgahında nahar yeməyi vaxtı belə bir fikir söyləyib: - M ən prezident olan kimi Avropada, Amerikada işlə- y ən, orada yaxşı təhsil görmüş türk mütəxəssislərini Anka- ra ya yığdım. Söylədim ki, mənə Türkiyə iqtisadi sıçrayış im kanını verən bir model təklif edin. Bir qədər çalışdıqdan sonra g əlib dedilər ki, Türkiyədə neft yataqları var, onların is tismarına başlayaq, para əldə edək. Dedim, qazmayın o qu yuları qazıb neft tapsanız da haman ağzını qapayın. Neft q ədər milləti tənbəlləşdirən, əsl inkişafdan saxlayan bir şey yox dur. Amerikanları görürsünüzmü? Öz nefti ola-ola, kə- nardan g ətirir. İndi sizə də deyirəm, uymayın neftinizin pa- Pulun diktaturası
306 ra sına, özünüzü elə aparın ki, guya heç neftiniz yoxdur. Əsl in kişaf onda olacaq. Amerikanı sanki müasir dövrdə enerji maraqları idarə edir. Əgər ABŞ tarixinə nəzər salsaq görərik ki, bu ölkə heç bir zaman uzunmüdd
ətli enerji problemləri haqqında düşünməyib. Lakin 1970-ci ill ərdə dünyada baş verən enerji böhranından sonra, Amerika neftl ə bağlı məsələlərə ehtiyatla yanaşmağa başladı. 1980-ci ild ə prezident Nikson demişdir ki, ABŞ enerjiyə görə heç bir ölk ədən asılı olmayacaq. 1985-ci ildə prezident Ford da bu m
əsələdə birmənalı fikir söylədi. Prezident Reyqan kəskin şəkildə göstərdi ki, ABŞ iqtisadiyyatı heç bir zaman başqa bir ölk ənin şıltaqlığının girovuna çevrilməyəcək. Oğul Buş isə Amerikanın neftə könül bağladığını söyləyir. Belə çıxır ki, Buşun siyasəti neft ehtiyaclarını ödəmiş və bu da amerikalıların m ənafeyini ifadə etmişdir. Tarix ə müraciət etsək görərik ki, Vladimir Putin prezident seçil əndən sonra ilk səfərini Bakıya etmişdir. Azərbaycan müst əqillik əldə edən kimi Marqaret Tetçer 1992-ci ildə Bakıya g əlmişdir. Onların gəlişlərini dünya siyasətçiləri birbaşa neft amili il ə əlaqələndirirdilər. 1945-ci ildə Stalinlə Çörçill arasın- da BP-nin X əzər dənizində neft yataqlarının axtarılması və eks- per tizanın aparılmasına icazə verilməsi ilə əlaqədar gizli danı- şıqları olmuşdur 1 . Göründüyü kimi, neft siyas ətdir. Neft siyasəti hər han sı bir neft ölkəsinin ictimai-siyasi, sosial-iqtisadi proses- l ərin xarakterini və dinamikasını müəyyən edir. Az ərbaycanın zəngin neft tarixini vərəqlədikdə xalqın xoş, firavan günləri ilə müqayisədə, çətin, məşəqqətli günlərinin daha çox olduğunu görmək olar. Ölkənin neftlə əlaqədar böyük tarixi t əcrübəsindən irəli gələn zərurət odur ki, Azərbaycan müasir dövrün t ələblərinə uyğun gələn infrastruktur qursun, inkişaf etmiş
1 Ба х : Эрик Лорaн . Нефть, ложь, тайны, махинации / Эрик Лорaн; пер. с фр. Татьяны Ждановой – М.: СТОЛИЦА – ПРИНТ, 2007, с. 325. Pulun diktaturası
307 potensial s ənaye bazası yaratsın. Əhalinin neft emalı və hasilatına uyğun gələn yüksək təhsil səviyyəsi, ixtisaslı kadrları var. Ümumiyy ətlə, bütün müsəlman ölkələrində kor-koranə Qərb m ədəniyyətini götürmək (bəzən bunu yamsılama kimi də q əbul etmək olar) ənənəsi var. Azərbaycanda da bu hiss mövcuddur. Lakin d ərinə nüfuz etsək görərik ki, eyni zamanda Az ərbaycan müəyyən dövlətçilik və demokratiya t əcrübəsi əldə edib və ölkəmizdə təbii sərvətlərin zənginliyi, iqlim zonalarının müxtəlifliyi, strateji resurslar və gəlir əldə etm ək imkanları kimi ənənələri də mövcuddur. T əəssüflə qeyd etmək lazımdır ki, bir çox neft ölkələri neft istehsalına başladıqları zaman və hətta çox sonralar da bun- lara malik olmayıblar. Keçmiş sovetoloq Z.Bjezinskinin qənaətinə görə “resurs- larla z
əngin olan Orta Asiya dövlətləri, onlarla bərabər elə Azər- baycan da ist əyirdilər ki, özlərinin iqtisadi inkişafını xeyli sürət- l əndirmək və müstəqilliklərini möhkəmləndirmək ümidi ilə Amerika, Avropa, Yaponiya v ə təzəlikcə həm də Koreya kapita- lının iqtisadi baxımdan öz torpaqlarında iştirakını maksimal də- r əcədə genişləndirsinlər”. 1
Az ərbaycanın sosial-iqtisadi və siyasi perspektivləri neft v ə qaz amili ilə bağlıdır. Respublikamızın gələcək taleyi məhz neft siyas ətini necə həyata keçirməyimizdən asılı olacaqdır. İqti- sa diyyatımızın digər sahələri də məhz neft siyasətindən asılıdır. Lakin zaman g ələcək və neft tükənəcəkdir. Ona görə də qeyri- neft sektorunun indid ən inkişafının sürətlənməsinə ehtiyac duyu- lur. Bu proses ə başlanılıb. Lakin geniş vüsət almayıb. Müasir iqtisad elmind ə daha çox resurs problemi vurğula- nan zaman – enerji, ərzaq, investisiya, əmək resursları ilə əlaqə- dar probleml ərin yaşandığı və onların həlli yollarından bəhs
1
Bax: Бжезинский 3. Великая шахматная доска. Государство Америки и его геостратегические императивы Москва. «Международные отношения». 2002, с. 155.
Pulun diktaturası
308 edi
lir. Əlbəttə, bu ondan irəli gəlir ki, iqtisad elminin fəlsəfi əsasını ehtiyatların məhdudluğu, ehtiyacların isə qeyri-məhdud- luğu prinsipi təşkil etmişdir. Bu fəlsəfə üzərində qurulmuş elmi postulatlar t əəssüf ki, indiki mərhələdə problemləri aradan qal- dırmağa imkan vermir. Yeni alternativ nəzəriyyələrin yaradıl- ması zərurəti ortaya çıxır. Artıq bu cür nəzəriyyələrə dair ilkin fi- kirl
ərə rast gəlmək mümkündür. Məsələn, Türk iqtisadçısı prof. Dr. Haydar Başın “Milli iqtisadi modeli”ində belə bir fikir əsas- lan dırılır ki, “qeyri-məhdud olan ehtiyaclar deyil ehtiyatlardır” 1 . Dem əli, iqtisad elmində problemlərin, istehsal və tədavüldən istehlak üz ərinə keçirilməsi kimi son dərəcə mürəkkəb bir prosesin getdiyini söyl əmək mümkündür. Şübhəsiz bu gələcəyin işidir. O da şübhə doğurmur ki, məsələyə belə baxış dünyada ener ji problemi kimi bir problemin olmadığını göstərəcəkdir. 7.2. Bir daha «Holland sindromu» v ə onun aradan qaldırılması haqqında
Dünya iqtisad ədəbiyyatında «Holland sindromu», «Afri- ka sindromu», «Holland-Afrika sindromu», «Holland x əstəliyi» ifad
ələri son zamanlar tez-tez işlədilir 2 . «Holland x əstəliyi» problemi iqtisadiyyata dair dərsliklərdə işıqlandırılmır. Həmçinin dünya iqtisad ədəbiyyatında, hətta Rusiyanın iqtisadi jurnallarında bu mövzuya aid dərc olunmuş m əqalə və materiallar demək olar ki, cüzidir. Buna görə də «Holland x əstəliyi»nin meydana gəlməsi meyillərinin təhlili və onun müalic əsi reseptlərinin axtarışı – elmi tədqiqatın son dərəcə
1
Bax: Prof. Dr. Haydar Baş. Milli iqtisadi model. “Bakı Dövlət Universite- ti” n
əşriyyatı. Bakı: 2005, s. 72. 2 Qeyd: Son zamanlarda iqtisad ədəbiyyatında «Rusiya sindromu» ifadəsi də işlədilir. (Bax: 7 НОТ менеджмента. Настольная книга руководителя). Москва. 2002. ЗАО «Журнал эксперт» 000 «Издательство ЭКСМО», с. 103-107. Sindrom anlayışı təkcə neft amili ilə bağlı deyil. Bu anlayışı bir çox hadis ə və proseslərə aid etmək olar.
Pulun diktaturası
309 aktual v
əzifəsidir. Onların həlli üçün yalnız bütövlükdə «Holland x əstəliyini» dərk etmək və onun inkişafına təsir edən amilləri aşkar etmək yox, həm də 1990-cı illərin transformasiya tənəz- zülünd
ən sonra iqtisadi dinamikasız yaşayan postsovet ölkələrin iqtisadiyyatının xüsusiyyətlərini nəzərə almaq lazımdır. Hamı tərəfindən qəbul edilmişdir ki, enerjidaşıyıcılarının qiym
ətinin artması neft ixrac edən ölkələr üçün inflyasiyanın ən mühüm amili kimi çıxış edir. Onun fəaliyyət mexanizmi – xü- susi hadis ədir və ikinci növ «Holland xəstəliyi» adlanır. «Hol- land x əstəliyi» fenomeni Q.Fetisovun «Rusiyada «Holland xəs- t əliyi»: makroiqtisadi və struktur aspektləri» məqaləsində ət- raflı şərh edilmişdir 1 . Mü əllif digər məqaləsində göstərir ki, iqtisadi ədəbiyyat- da «Holland x əstəliyi» dedikdə qaz, neft və digər mineral xam- mal yataqlarının kəşf edilməsi və işlənilməsi və ya onun dünya qiym
ətlərinin artması ilə bərabər eyni zamanda qeyri- neft sek- toru il
ə bağlı sahələrin birtərəfli inkişafının azalması ilə əlaqə- dar
dır. Müvafiq olaraq «Holland xəstəliyi»nin iki müxtəlif nö- vü nü ayırmaq olar, özü də onun ikinci növü yalnız xalis xam- mal ixrac ed ən ölkələrdə yaranır 2 .
əti ondan ibarətdir ki, öl- k ədə bir sahə sürətlə inkişaf edir, ancaq digər sahələr geridə qa- lır. Bəzi müəlliflərin qeyd etdiyi kimi, “Holland xəstəliyi” bir sah
ənin üstün inkişafı fonunda iqtisadiyyatın digər sahələrinin in kişaf etməməsi və nəticədə ölkə iqtisadiyyatında mənfi meyil- l ərin güclənməsidir. Kompleks iqtisadi amillərlə bağlı olan “Holland x əstəliyi” öz nəticəsini kənd təsərrüfatı və emal səna- yesind ə daha qabarıq şəkildə göstərir. Ölkənin valyuta bazarına 1 Bax: Г.Фетисов. «Голландская болезнь» в России: макроэкономичес- кие и структурные аспекты. «Вопросы экономики». Журнал. 2006. № 12, с. 38-54. 2 Bax:
Г.Фетисов. Динамика цен и антиинфляционная политика в усло- виях «голландской болезни». «Вопросы экономики». Журнал. 2008. № 3, с. 23-24. Pulun diktaturası
310 kül
li miqdarda xarici valyuta axını xəstəliyin baş verməsi üçün əlverişli mühit yaradır. “Holland xəstəliyi” məhz təbii resursla- rın (ekoloji məhsul) istehsalının və ixracının artması nəticəsin- d ə ölkəyə xarici valyuta axınının artmasının yaratdığı effektdir. Bu effekt ona gör ə xəstəlik adlandırılır ki, xarici valyuta təklifi- nin artması milli valyutanın real dəyərini artırır və təbii resurs- lar ixrac edil ənədək rəqabətqabiliyyətinə malik olan milli əmtə- ələrin istər daxili və istər də xarici bazarlarda rəqabətqabiliyyəti aşağı düşür 1 . Hollandiyada 70-ci ill ərdə qaz tapılandan sonra ix racın 90 faizə yaxını qaz nəqlinin payına düşürdü. Məhz Hol- lan diyada qaz hasilatının azalması son nəticədə bu ölkədə böh- ra nın yaranmasına gətirib çıxarmışdır. Bu da ixracın kəskin şə- kild ə aşağı düşməsinə və mənfi saldonun güclənməsinə səbəb oldu. Q.Fetisova gör ə, iqtisadiyyatın «xammal modeli» ona gö- r ə pisdir ki, xammal hasilatının artımı sayəsində və ya müvafiq dünya qiym ətlərinin yüksəldilməsi nəticəsində bu xammal ixra- cının sürətlə artımı «Holland xəstəliyi» doğurur. Bu fenomenin mahiyy
əti əmək və kapital resurslarının «ticarət aparılan» qey- ri-xammal sektorundan (bundan sonra «ticar ət aparılan» sekto- ra) «ticar ət aparılmayan» sektora (başlıca olaraq xidmət sferası- na) yerd
əyişməsindən ibarətdir. «Holland xəstəliyi» anlayışı Şi- mal d
ənizinin Niderland sektorunda Qroningen yatağından qa- zın Almaniyaya ixracı ilə əlaqədar yaranmışdır. İxrac gəlirləri- nin artımı Hollandiyanın pul vahidi quldenin güclü möhkəm- l ənməsinə, müvafiq olaraq idxalın səmərəliliyinin yüksəldilmə- sin ə və prinsipcə beynəlxalq ticarət predmeti olan «ixrac olu- nan» m əhsulların ixracının azalmasına səbəb oldu. «Ekono- miks» mövqeyind ən «Holland xəstəliyinin» izahı belədir: təbii xam malın artıqlığına (istehsalın digər amilləri ilə müqayisədə) malik olan ölk ədə qeyri-xammal «ticarət aparılan» məhsulların
1
.Bax: Manatın bahalaşması və iqtisadi inkişaf: “Holland xəstəliyi”nin məz- munu v
ə əlamətlərinin tədqiqi Bakı.: 2005, s.6.
Pulun diktaturası
311 (bundan sonra «ticar ət aparılan məhsullar») əvəzinə xammal ix- rac etm
ək əlverişlidir 1 . İxrac ölkəyə pul gətirir, idxal isə ölkədən pul aparır. Müs- b ət saldonun olması o baxımdan əhəmiyyətlidir ki, ölkəyə daha çox pul g əlir. Təəssüf ki, neft ölkələrində müsbət saldo neft sektorunun hesabınadır. Buna müsbət saldo deyil, bəzən «qara saldo» da deyirl ər. Hərfi mənada neftin rənginə uyğun olsa da iqtisadi m ənada ona görə «qara saldo» adlandırırlar ki, o, birbaşa birjalardan asılıdır. Amerikanın Kaliforniya Universitetinin siyasi elmlər üzrə araşdırıcısı Andrea Herşman 2008-ci ildə Bakıda «Holland sin- dromunun siyasi m ənbələri» adlı məruzə ilə çıxış edib. O deyib ki, «Holland sindromu» dey əndə ilk əvvəl enerjidaşıyıcılarının ixracından əldə edilən gəlirlərin artması nəticəsində iqtisa- diyyatın sənayesizləşdirilməsi nəzərdə tutulur. Onun fikrincə, bu f əsadın digər əlaməti yerli istehsallı malların bahalaşması və dü nya bazarında rəqabət qabiliyyətini itirməsidir. Yəni ölkə iqti sadiyyatının müxtəlif sektorlarında ziddiyyət yaranır, bu- nunla da k ənd təsərrüfatı və emal sənayesi böhranla üzləşir. Eyni zamanda, ölk ə iqtisadiyyatının neft sənayesindən ifrat ası- lılığı meydana çıxır. Bu isə öz növbəsində gələcəkdə davamlı in kişafı təhlükə altına alan bir amilə çevrilir. Yuxarıda qeyd etdiyimiz kimi, «Holland sindromu» ilə ya naşı «Afrika sindromu» ifadəsinə də iqtisadi ədəbiyyatda rast g əlinir. Bunlar arasında ümumi oxşarlıq mövcud olsa da, bəzi xüsusiyy ətlərinə görə bir-birindən fərqlənirlər. Bu da həmin ölk ələrdə siyasi hakimiyyətin gücündən, adət-ənənədən və iqti- sa diyyatın idarə edilməsi metodlarından asılı olaraq meydana çıxır.
1 B ах: Г.Фетисов. Альтернативы «сырьевой» модели развития Российской экономики (как трансформировать «нефтедолларовые» доходы в высокие технологии?). «Российский экономический журнал» 2007. № 9-10, с.7.
|
ma'muriyatiga murojaat qiling